Həyatımızın rəngi

 
Həyatımızın rəngi


Həyat haqqında nə qədər xəbərlər var.. Saysız hesabsız, hamısı da bir-birinə bənzər. Maraqlısı budu ki həyata aid əksər xəbərlərdə eyni tipdə sual verilir bu da oxuyucuları yorur. Bu dəfə həyatdan yox, həyatımızın rəngindən danışacayıq. Bizi ağuşuna alan həyatın rəngindən.
Bir ömür hədiyyə edilib bizə. İstəsək də, istəməsək də bunu yaşamalıyıq. Tanrının bizə bəxş etdiyi bu ömrü layiqincə yaşamağa çalışırıq. Bəzən yıxılırıq, vuruluruq, yaxın bildiklərimizdən zərbələr alırıq. Bu zaman günahkar kimi həyatı görürük. Onu günahlandırırıq. Ətrafımızda baş verənləri, problemləri görməmək üçün çıxış yolunu uzaqlaşmaqda görürük. Qaçmaq istəyirik uzaqlara. Bəzən bütün cəsarətimizi topluyub qaçırıq, ancaq nə fayda? Peşman olub geri qayıdırıq. Acısıyla, dərdiylə, problemləriylə yenidən həyata sarılırıq.
Ətrafımızda gördüyümüz hər şey fərqlidir. İnsanlar belə fərqlidir. Oxşar xarakterli nə qədər insan var, görəsən? Hər birimizin həyat haqqında müxtəlif fikirləri var və hər birimiz həyata öz prizmamızdan yanaşırıq. Kiməsə görə həyat şirindir, kiməsə görə acı. Kiməsə görə həyat maraqlıdır, kiməsə görə maraqsız. Kiməsə görə həyat monoton rənglərdən ibarətdir, kiməsə görə həyat al-əlvan rənglərdən ibarət olub, rəngarəngdir. Nə qədər rəng var.. göz oxşayan, insanı valeh edən. Bəzən əhvalımızın pis vaxtında parlaq, şux rəngli bir şey görəndə istər istəməz üzümüzdə təbəssüm oyanır.. Sanki bu rəng bizi öz dünyamızdan qoparır və öz dünyasına qonaq aparır. Bəlkə də qısa müddətlikdir bu qonaqlıq, amma bu kiçik qonaqlıq bizim üzümüzdə təbəssüm yarada bilir.
Rənglər də həyatımıza maraq qatan amillərdən biridir. Rəng qatan amillərdən biri. Hər birimizin özünə görə sevdiyi rəng var. Sizdən sevdiyiniz rəngi soruşmayacam, həyatınızın hansı rəngdə olduqunu soruşacam.
Yaşadıqlarınızı bir anda nəzərdən keçirin. Xatırlayın yaşadıqlarınız, həyatda qarşılaşdığınız problemləri. Keçmişinizi.. İndini.. Və gələcəyinizi...

Bir balaca düşünün və deyin.
Sizcə sizin həyatınız hansı rəngdən ibarətdir?
Hansı rəng sizin həyatınızı əks edir və nə üçün o rəng?
Hansı rəng sizi təbliğ edirsə şərhinizi də o rəngdə yazın..:)


Geri dön

_RONALDO_

  • 18 mart 2011 19:42
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
sevgi yalandir,
[right][/right]

--------------------

Ulya

  • 7 noyabr 2010 14:21
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol baciw.

Yusif

  • 7 noyabr 2010 11:00
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerrr

SerSeRi_RuzGaR

  • 7 noyabr 2010 00:08
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
tongue BaNa KiRMizI CCCOOOOKKKKK YaKiSiYOr.....!!!(z.)
YasIl

--------------------
<<<$aLunKa>>>

sevgi yalandir

  • 6 noyabr 2010 23:50
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
BUYURUN)))))) winked

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}