“Əslində Nanə özünü gözdən saldı”

 
“Əslində Nanə özünü gözdən saldı”

Dünən ATV kanalında yayımlanan “Gün keçir” proqramında insident yaşanıb. Tanınmış yazıçı-dramaturq Natiq Rəsulzadə proqramın aparıcısı Nanə Ağamalıyevaya etiraz əlaməti olaraq canlı yayımı yarımçıq tərk edib. Buna səbəb aparıcının məşhur yazıçıya qarşı sayğısız davranışı olub. Belə ki, gənc yazarların və Natiq Rəsulzadənin dəvət aldığı verilişdə Nanə Ağamalıyeva üzünü tanınmış yazıçıya tutaraq “Mən sizi tanımıram” ifadəsini işlədib. Daha sonra aparıcı tamaşaçılara üzünü tutaraq N.Rəsulzadəni tanıyıb-tanımamalarını soruşub. Onlar da “yox” deyiblər…

Məsələyə aydınlıq gətirmək üçün Natiq Rəsulzadəyə müraciət etdik. Baş verənlərdən məyus olduğunu dilə gətirən tanınmış yazıçı, aparıcının bu sözlərini təkcə özünə qarşı deyil, həm də çoxsaylı oxucularına qarşı təhqir kimi qiymətləndirdiyini bildirdi: “Mənə çox maraqlıdır, o aparıcı ədəbiyyat aləmindən xəbərsiz ola-ola necə ürək edib ədəbiyyatdan danışır, kimlərəsə roman barədə mühazirələr oxuyur. Əslində o, məni deyil, özünü gözdən saldı. Deyir ki, mən sizi tanımıram. Yaxşı əgər sən məni tanımırsansa, niyə verilişinə qonaq dəvət etmisən? Digər tərəfdən o üzünü auditoriyaya tutaraq “Natiq Rəsulzadə adlı yazıçını tanıyırsınızmı?” sualını verməsi gülünc idi. Çünki bu sualdan öncə həmin auditoriyadan son illərdə oxuduqları kitabların adlarını soruşduğumda ağızlarına su alıb durdular. Əgər o cavanlar kitab oxumayıblarsa, məni hardan tanıyacaqlar? Digər tərəfdən heç olmasa mənim adımı tanıyırsan, sizin yazıçı adlandırdığınız dayınızın heç adını mən belə eşitməmişəm”.

N.Rəsulzadəni əslində əsəbiləşdirən və narahat edən başqa məqamdır. Onun sözlərinə görə, bu gün televiziyaların qeyri-peşəkar aparıcıların ümidinə qalması faciəvi durumdan xəbər verir: “O xanıma elə gəlir ki, bəzənib-düzənib efirə çıxmaqla hər iş bitir. Fikirləşir ki, onun danışığına, nə dediyinə qulaq asan onsuz da yoxdur. Təki vizual görüntüsü olsun və hamı ona tamaşa etsin. Xeyr, belə deyil, aparıcı savadlı, intellektual, bilgili olmalıdır ki, dəvət etdiyi qonağı tanımaqla bərabər, onun yaradıcılığından xəbəri olsun. İnanın, proqramdan çıxıb Yazıçılar Birliyinə gedənə qədər mənə oxucularım tərəfindən yüzlərlə telefon zəngləri oldu. Hamısı verilişdə mənə qarşı sayğısız davranışdan təəssüf hissi keçirdiklərini deyirdilər. Mənim isə onlara cavabım bu oldu; nə qədər ki, telekanallar qeyri-peşəkar aparıcıların ümidinə qalıb və nə qədər ki, telekanal rəhbərləri o aparıcıları dəstəkləyib arxasında dayanır, vəziyyət belə acınacaqlı olaraq qalacaq”.

Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Respublika Dövlət mükafatı laureatı olan yazıçı on beşdən artıq filmin ssenari müəllifidir; “Bayramda yağış” (film, 1985), “Biz qayıdacağıq”, “Gecə qatarında qətl” (film, 1990), “Girov” (film, 2005), “Ovsunçu” (film, 2003) və s. Eləcə də saysız-hesabsız kitabların müəllifidir.


Geri dön

nar_18

  • 19 mart 2012 19:20
  • Məqalə: 0
  • Şərh: 3337
  • Bal:
Dalga adli istifadeci ile tam raziyam ....

teshekkurler xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

enigmatic_girl

  • 19 mart 2012 16:12
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
Ondan hec xosum gelmir...

--------------------

Dalga

  • 19 mart 2012 15:53
  • Məqalə: 201
  • Şərh: 5399
  • Bal:
{awards}
Naneden xowum gelmir Yaziciyada heqiqeten hormetsizlik edib ve yazicimizda duz edib verliwini terk edib . Ele ondan da bele bir wey gozlemek olar Cunki,onun iwi qalmaqal yaratmaqdir Hecne qanmir verliwini qalmaqalla maraqli edir .Tontoncum melumat ucun tewekkur edirem

--------------------

_L-nara_

  • 19 mart 2012 14:38
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
Sitat: psiyuxe
gunah onda deyil gunah "atv"dedi ki ele agzinin danisigini bilmeyen ve jurnalistika sahesinden basi cixmayani getirib verlis verib..Nane xanim geyiminizle yox verilisivizi seviyyeli aparmaqla gundemde olun!!!!!!


Sitat: psiyuxe
gunah onda deyil gunah "atv"dedi ki ele agzinin danisigini bilmeyen ve jurnalistika sahesinden basi cixmayani getirib verlis verib..Nane xanim geyiminizle yox verilisivizi seviyyeli aparmaqla gundemde olun!!!!!!

--------------------
Unudulmaq istəmirsənsə, ya oxunacaq şeylər yaz, ya da yazılmağa dəyər şeylər et.

Slatkaya emocka.

  • 19 mart 2012 14:35
  • Məqalə: 2
  • Şərh: 1424
  • Bal:
{awards}
Hec xoslamiram bu qizi men amaki cox pis edibdii...

psiyuxe

  • 19 mart 2012 14:30
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
O qiz umumiyyetle ozunu apara bilmir...suallari menasiz ve sexsi heyati gundeme getirir ve bununla da reytinq qazanir..gunah onda deyil gunah "atv"dedi ki ele agzinin danisigini bilmeyen ve jurnalistika sahesinden basi cixmayani getirib verlis verib..
Nane xanim geyiminizle yox verilisivizi seviyyeli aparmaqla gundemde olun!!!!!!

--------------------
HER SEYIN ORTA HEDDI YAXSIDI...SERHEDDI KECDIN SEVGI BELE DEYERINI ITIRIR..(imza geleceyin psixoloqu)

nazz

  • 19 mart 2012 14:25
  • Məqalə: 1
  • Şərh: 451
  • Bal:
{awards}
Naneden zehlem gedir..daniwanda qiwdirir..sesi ozunun xowuna gelir yeqin ki wink

--------------------
♥ dünyanın 7 möcüzəsi varmış. yəni indi məndən 6 dənə də var? İnanmaram! :)♥

angela alsu

  • 19 mart 2012 13:31
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
atv-de zaurnan nane-di esl aparicilar mence

--------------------
dunya unutursa donmeyi
ruzgar unutursa esmeyi
asiklar unutursa sevmeyi
belki o zaman unuturum seni

Nako92

  • 19 mart 2012 12:41
  • Məqalə: 12
  • Şərh: 354
  • Bal:
{awards}
Bu qiza day dehset zehlem gedirde
O gunleri birini devet elmisdi roya zeng eledi terifledi oxuyani sonra Nane qayidib bele dediye sende nese var ki Roya zeng eliyib ele bili roya cox boyuk ..... Ne bilim haminin kecmisinden xeberim var o qederde parlaq deyil...
(Duzdu yazicini mende tanimiram mma ki men kitab oxumuram deye tanimiram)

--------------------

lubov

  • 19 mart 2012 12:30
  • Məqalə: 0
  • Şərh: 580
  • Bal:
{awards}
ishleri yoxdu haaa....

mirsaab

  • 19 mart 2012 12:02
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
hec xosum gelmir bu qizdan her seyi sunidi fellow
ele onada bele yarasir wink

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

J ♥ S

  • 19 mart 2012 11:48
  • Məqalə: 445
  • Şərh: 3536
  • Bal:
{awards}
aaaaa... niye bele olub? naneye hec yarawdirmadim vallah.. xebere gore tewekkur....

--------------------
J & S ∞♥....

★Miss Love★

  • 19 mart 2012 11:19
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
duzdur уaziciуa qarwi hormeтsizlik edib amma menim Naneden xowum gelir mence digerlerine nisbeтen Nane daha уaxwi ve seviууeli verliw aparir,xebere gore тewekkurler

EnD of TiMe

  • 19 mart 2012 11:07
  • Məqalə: 553
  • Şərh: 6696
  • Bal:
{awards}
Naneden hec xosum gelmirde... her seyi sunidi...Gulusu bele..Tesekkurler....

Kucuk kiz

  • 19 mart 2012 10:41
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
cok uzuldum su naneye bakya kiz sen turkiyeye gedib gelib adammi oldun?bune saykisizlik anlamadim bence hic yakismadi yada yakisdi tam sana goreymis bilemiyorum yani

ZuzU_PianisT

  • 19 mart 2012 10:38
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
men yazicinin sozderine qowulmuram ama naneni cox yaxindan taniyram ozu menle qoxumdu ve nanenin savadi da cox gozeldi men de etiraf duzdu saygisiz olub amma mende tanimiram natiq resulzadeni,kitablarida oxuyuram aglim da yerindedi,bir natiq resulzadenin kitabini oxumamiwix deyene niye de savadsiz olmaliyiq!

Edward_Pattinson

  • 19 mart 2012 09:00
  • Məqalə: 21
  • Şərh: 179
  • Bal:
{awards}
Twk.xebere ve eziyyete gore))

--------------------
KaMo RaPpeR 1998'cı il 1Yanvar Azerbaijan / baku. 2013'da solo rap fəaliyyətinə start verib. Rap həyatına solo davam edir... ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 22
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}