Allah-təala gələcəkdə olan hadisələri necə bilir?

 
Allah-təala gələcəkdə olan hadisələri necə bilir?

Sual: Allahşünaslıq bəhsində Allahın elmi haqqında deyilirdi: “Allah-taala gələcəkdə baş verəsi, keçmişdə baş vermiş və hazırda baş verən bütün hadisələrdən eyni dərəcədə xəbərdardır, onun xəbərsiz olduğu məsələ yoxdur. Onun elmi bütün hadisələrə münasibətdə “hüzuri” elmdir, yə’ni bütün hadisələr Onun hüzurunda baş verir. Keçmişin, bu günün, gələcəyin hadisələri ilə Allah arasında heç bir pərdə yoxdur.” Allahın keçmişdən və bu gündən xəbərdarlığını asanlıqla qəbul etmək olur. Amma gələcəkdə baş verəsi hadisələrə münasibətdə problem yaranır. Axı hələ ki, baş verməmiş bir hadisə Allahın hüzurunda necə mə’lum ola bilər? Cavab: Uyğun suallara allahşünaslıq bəhslərində yetərincə cavab verilmişdir. Keçmiş, bu gün, gələcək kimi məfhumlar məhdud düşüncəli və məhdud varlıqlı insana aiddir. İnsanın vücudu zaman və məkan baxımından məhduddur. Əgər insan vardırsa, bu varlığın konkret zamanı və məkanı vardır. İnsanın məkanca məhdud olması onun üçün “yaxın, uzaq”, zamanca məhdud olması isə “keçmiş, bu gün, gələcək”kimi məfhumlar yaradır. Əgər vücudumuz bütün varlıq aləmini tutmuş olsaydı, bizim üçün “yaxın, uzaq” məfhumlarının əhəmiyyəti olardımı?!

İnsanın zamanca məhdud oması “keçmiş, bu gün, gələcək” kimi məfhumlar ortaya çıxarır. “İndi”dedikdə yaşadığımız anı nəzərdə tuturuq. “Keçmiş” “indidən” əvvəlki, “gələcək” isə “indidən” sonrakı ömür dönəmimizdir. Demək, hər üç məfhum üçün miqyas insanın özüdür.

Məsələn, bizim üçün keçmiş sayılan bir dövr, keçmişdə yaşamış insanlar üçün bu gün sayılmışdır. Eləcə də, keçmişdəki insanların gələcək saydığı dövr bizim üçün bu gündür.

Bəli, zaman və məkanca qeyri-məhdud bir varlıq üçün bu məfhumların mə’nası yoxdur. Onun üçün keçmiş də, bu gün də, gələcək də eynidir. O hər dövrü görür və hər andan xəbərdardır
.

Məsələn, yol kənarındakı otağın divarındakı dəlikdən yola baxan insan yoldan ötən karvandakı dəvələri bir-bir görə bilir. Onun baxış borusu məhdud olduğundan düşüncəsində keçmiş, indi, gələcək məfhumları yarır. Bu adam üçün gördüyü dəvədən əvvəlki dəvə “keçmiş”, sonrakı dəvə isə“gələcəkdir”. Amma otaqdan bayırda durub, karvanı müşahidə edən adam üçün bütün dəvələr eyni zamanda hərəkət edir.

Başqa sözlə, zaman və məkandan ucada duran varlıq üçün bütün hadisələr əyanidir. Doğrudan da, gələcəkdə baş verəsi hadisələr hələ ki, baş verməmişdir. “İndi” dedikdə yaşadığımız an nəzərdə tutulur. Amma bu o demək deyil ki, gələcək öz sferasında da mövcud deyil. Əksinə, hər bir varlıq öz sferasında mövcuddur və onu varlıq aləmindən silib-atmaq olmaz. Sabahın hadisəsi bu günə aid olmasa da, onun varlığı inkar edilməməlidir.

"Dini Suallara Cavab" kitabından (Parlayangünəş)

Allah-təala gələcəkdə olan hadisələri necə bilir?


Geri dön

nar_18

  • 19 mart 2012 18:36
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
teshekkurler deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✰Dгeaм✰

  • 19 mart 2012 11:28
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cunki O,her seyi goren ve bilendir.

EnD of TiMe

  • 19 mart 2012 11:16
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Cox maraqliydi..oxudum..tesekkurler......

★Miss Love★

  • 19 mart 2012 11:10
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli idi hec bele duwunmemiwdim,xebere gore sagol=)

Kucuk kiz

  • 19 mart 2012 10:35
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
yeri ve goyu yaradan RABBIM sen hepimizi koru

mirsaab

  • 19 mart 2012 10:33
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
HER SEYIN SAHIBI ALLAHDIR VE HER SEYI ALLAH BILIR.
TESEKKURLER

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

ZuzU_PianisT

  • 19 mart 2012 10:33
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
cox gozel tewekkurler

Edward_Pattinson

  • 19 mart 2012 08:57
  • Məqalə: 21
  • Şərh: 179
  • Bal:
{awards}
Twk Allah komeyiniz olsun!Oxudum cox selis yazmisiz twk bir daha

--------------------
KaMo RaPpeR 1998'cı il 1Yanvar Azerbaijan / baku. 2013'da solo rap fəaliyyətinə start verib. Rap həyatına solo davam edir... ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}