Dini terminlər (3-cü hissə)

 
Dini terminlər (3-cü hissə)

MÜNACAT- ALLAHa müraciət şəklində deyilən şe"r və nəsr nümunəsi. Münacatın əsas məzmunu ALLAHa həmd, şükr və duadan ibarətdir. Duaların mətnində, habelə müsəlman ədəbiyyatında, o cümlədən Azərbaycan klassik ədəbiyyatında xeyli gözəl münacat nümunələri vardır.

NƏ`T - ədəbiyyatda Həzrət Məhəmməd Peyğəmbər (s.a.s) haqqında deyilmiş şe"r nümunələrinə "nə"t" deyilir. Nizami, Füzuli, S.ə.Şirvani kimi Azərbaycan şairlərinin dəyərli nə"tləri məşhurdur.

ÖVLİYA - "vəli" (yə"ni ALLAH dostu) sözünün cəmidir. Dini kitablarda yüksək əxlaqi məqama, "kəramət" adlanan xariqul-adə və qeyri-adi işlər görmək bacarığına malik olan şəxslər "övliya" adlandırılmışlar.

PEYĞƏMBƏR - fars dilindən tərcümədə hərfi mə"nası "xəbər gətirən" deməkdir. ALLAHla insanlar arasında rabitə yaratmaq, ALLAHın əmr və qadağanlarını insanlara çatdırmaq vəzifəsi peyğəmbərlərə tapşırılmışdır. Tarix boyunca ALLAH bəşəriyyətə 124 min nəfər günahsız (mə"sum) Peyğəmbər gondərmişdir ki, bunların birincisi Həzrət Adəm (ə), sonuncusu isə Həzrət Məhəmməddir (s.a.s).

RÜKƏT - şərti olaraq namazın bölündüyü hissələrə deyilir. Hər rük"ətdə mütləq qiraət (Qur"an surələrinin oxunuşu), rüku və iki səcdə olur. Sübh namazı iki rük"ət, məğrib namazı üç rük"ət, zöhr, əsr, və işa namazları isə dörd rük"ətdən ibarətdir.

SALAVAT - dua növüdür. Həzrət Məhəmməd Peyğəmbərin (s.a.s) adı çəkildikdən sonra onun ruhuna həmişə salavat demək lazımdır. Salavatın mətni belədir: "ALLAHümmə səlli ə la Mühəmmədin və ali Mühəmməd" (Tərc: "İlahi, Məhəmməd Peyğəmbərin (s.a.s) və onun nəslindən olanların ruhuna salam olsun!") Peyğəmbərin adı çəkilmədən salavat çevirməyin böyük səvabı vardır.

TƏSBİH (yaxud TƏSBEH) - lüğəti mə"nada tərcüməsi "müqəddəsləşdirmək, həmd etmək"dir. ALLAHı gözəl adlarla öymək, onun müqəddəs sifətlərini tə"rifləmək "təsbih" sayılır. Lakin termin kimi ""təsbih"" adı altında, sapa düzülmüş 33 yaxud 100 dənədən ibarət əşya nəzərdə tutulur. Təsbihin dənələri su ilə yoğrulub qurudulmuş torpaqdan (bu, adətən müqəddəs yerlərin torpağı olur), şüşədən, bə"zən isə qiymətli daşlardan ibarət olur. Təsbih çevirərkən adətən "zikr" adlı dualar oxunur. Elə təsbih çevirməyin məqsədi də 33 dəfə təkrarlanan zikrlərin sayını yadda saxlamaqdır.

ÜMRƏ - Məkkə ziyarətinin bir növüdür. Həccdən fərqli olaraq, ümrə ziyarətini ilin müəyyən günlərində yerinə yerirmək vacib deyildir. İstənilən vaxt Məkkəyə getmiş şəxsin ziyarəti ümrə sayılır.

FİTRƏ ZƏKATI- zəkatın bir növü olub, hər il ramazanın sonunda ödənilir. Hər bir müsəlman özü və öhdəsində olan ailə üzvləri üçün fitrə zəkatı olaraq adambaşına təqribən 3 kq. buğda (buğda əvəzinə arpa, xurma, kişmiş də ola bilər), yaxud bunun pulunu verməlidir. Fitrə zəkatı yeməyə ehtiyacı olan kasıb adamlara verilir.

XATƏMUL-ƏNBİYA - ərəb dilindən tərcümədə "peyğəmbərlərin möhrü" deməkdir. Peyğəmbərlərin sonuncusu olan Həzrət Məhəmməd (s.a.s) bu ləqəblə tanınır. Qədim dövrlərdə (s.a.s) yazıların lap sonuna möhür vurulardı. Buna görə də Həzrət Məhəmmədi (s.a.s) peyğəmbərlər siyahısının sonunda tamamlayıcı möhrə bənzədərək, ona bu ləqəbi vermişlər.

HƏDİS - Həzrət Məhəmməd Peyğəmbərin (s.a.s) dilindən söylənilən kəlam. Cə"fəri məzhəbinə görə, on iki imamın dilindən rəvayət edilən hədislər də peyğəmbərin hədisləri qədər əhəmiyyətli sayılır. İslam tarixi boyunca on minlərlə hədisi əhatə edən iri hədis məcmuələri tərtib olunmuştdur.

ÇAVUŞ - qədimlərdə Həcc, Kərbəla və Məşhəd ziyarətinə gedənləri karvana toplayan şəxslərə "çavuş" dəyirdilər. Çavuşlar şəhərin içində məhəllə-məhəllə gəzib, uca səslə qəsidə oxuyar və camaatı hazırlaşmağa çağırardılar. Klassik şairlər çavuşların oxuması üçün "çavuşi" adlı xüsusi şə"rlər yazmışlar.

CİHAD - döyüş, mübarizə deməkdir. İslamda cihadın iki növü vardır. İslam dişmənləri ilə, habelə Vətənin azadlığı uğrunda aparılan müharibə "cihadi-əsğər" (kiçik cihad), insanın öz nəfsi və tamahı ilə apardığı mibarizə isə "cihadi-əkbər"(böyük cihad) adlanır.

ŞƏHİD - cihadda həlak olmuş şəxslərə deyilir. Qur"anda, habelə Peyğəmbərin və imamların hədislərində şəhidlərin yüksək məqamı, axirətdə onlara veriləcək mükafat haqqında çoxlu mə"lumat vardır.


Geri dön

ANGEL LOVE

  • 20 mart 2012 13:46
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
twk edirem...........................

--------------------

Priya

  • 19 mart 2012 23:12
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Çox təşəkkür yazı için.Amma bir nüansı qeyd etmək istərdim.

Həmişə peyğəmbərimizin adı çəkiləndə salavat deyilər.Amma unutmamaq gərək ki,salavatı bu cür demək daha önəmli və vacibdir:
"Hz.Muhamməd peyğəmbərimizə və onun əhli-beytinə salavat"deyilir və salavat çəkilir.
Allah cümləmizin ibadətini qəbul etsin.Amin.

--------------------




nar_18

  • 19 mart 2012 19:03
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqli xeberdi teshekkur edirem ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

★Miss Love★

  • 19 mart 2012 18:54
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli idi oxudum тewekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}