Təsirli hekayə

 
Təsirli hekayə

Rauf səhər işə getməyə hazırlaşırdı. Maşını qarajdan çıxardarkən qızını, Sonanı yolla gedən gördü. Əynində gözəl bir don, əlində isə bir məktub var idi.
-- Hara gedirsən?
-- Mən...mən....ata, mən poçta gedirəm.
-- Niyə?
-- Bu məktubu göndərməliyəm
-- Ver mənə mən göndərərəm sənin üçün
Bir an balaca qız çəkindi amma axır ki, məktubu atasına uzatdı. Atası qoydu maşının qabaq oturacağına, qızına əl elədi və yola düşdü.
İşdə oturarkən məktub Raufun gözünə dəydi. Üstündəki ünvanı oxudu:
Allah Baba
Cənnət
Səma
Məktubu açdı və oxudu.
Əziz Allah baba,
Bu mənim sənə birinci məktubumdu. Anam həmişə deyirdi ki, sən uşaqları sevirsən və onların dualarını tez eşidirsən. Mənim anam 7ci ad günümdən 3 gün sonra vəfat etdi. Ona kimi həmişə xoşbəxt idim, amma indi çooox qəmliyəm. Atam həmişə mənimlə oynayardı, mənə kitab oxuyardı, amma indi heç mənimlə danışmır. Səhər tezdən işə gedir, axşam isə mən yatandan sonra qayıdır. Xalam deyir ki, artıq içməyə də başlayıb.
Xahiş edirəm Allah baba, mənim anamı qaytar. Onsuz bu evdə yaşamaq istəmirəm. Hər gün məktəbə gedəndə sinif yoldaşlarımın analarını görürəm və məni ağlamaq tutur. Nə olar Allah baba, anamı qaytar. Əgər o artıq mələkdirsə və onu qaytara bilmirsənsə onda məni də götür apar. Anamı necə apardın məni də elə apar.
Mən yaxşı qızam. Anamdan soruş deyəcək. Həmişə dərslərimi edirəm və otağımı yığışdırıram. Söz verirəm ki, sənə heç bir narahatçılıq törətməyəcəm. Səni gözləyəcəm!
Səni sevən, Sona..
Rauf məktubu bir yox üç dəfə oxudu. Bir az sonra, vəfat etmiş həyat yoldaşı ilə ilk dəfə tanış olduğu yerə getdi. Orda böyük bir ağac var idi. Ağaca baxa baxa bir neçə saat qızının yazdığı barədə fikirləşdi. Həm özünə həm də həyat yoldaşına söz verdi ki, dəyişəcək.
Altı Ay Sonra:
Sona artıq yerində yatmışdı. Rauf onu yuxudan oyatmaq istəyəndə çarpayının yanında bir məktub gördü. Ünvanı belə idi:
Allah Baba
Cənnət
Səma
Məktubu açdı və oxudu:
Əziz Allah Baba,
Bu sənə ikinci məktubumdu. Bilirəm ki birinci məktubumu almısan. Sənə təşəkkürümü bildirmək istəyirəm. Düzdü anamı mənə qaytarmadım, məni götürüb aparmadın, amma atamı dəyişdin.
Bilirsən Allah baba, mən indi onun otağında yatıram. Gecələr mənə nağıllar oxuyur, mənimlə danışır, gülür, və hər səhər üzgüçülüyə gedirik. Axşamlar isə, maşınla şəhəri gəzirik. Daha içki içmir. İstəyirsən xalamdan soruşarsan. Bilmirəm sənə necə təşəkkür edim, Allah baba, çox sağ ol!
Səni Sevən, Sona..


Geri dön

Miss Lady

  • 22 mart 2012 15:50
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
cox gozel.cox lap cox..tesili sozu hecdir onun yaninda...cox gozel hekayedi

kEnd4i KiVIRCiK

  • 21 mart 2012 19:29
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
cox tesirliqiii cox maraqlidi cox

kiskanc

  • 20 mart 2012 16:28
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
men bunu başqa yerdə də oxumuşam amma yenə də təssəlkkurlər

★Miss Love★

  • 20 mart 2012 00:18
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox тesirli ve menali hekaуedir тewekkurler,kovreldim oxuуanda((

Priya

  • 19 mart 2012 22:41
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Həqiqətən çox təsirli idi.Məktub,Sonanın atası tərəfindən oxunanda,gözlərim doldu.Hekayənin sonunda artıq göz yaşlarıma əngəl ola bilmədim.Yazı için təşəkkür.

--------------------




wehrizad

  • 19 mart 2012 21:39
  • Məqalə: 0
  • Şərh: 431
  • Bal:
{awards}
COOOX SAGOL..........KOVRELTDI MENI.........ALLAH HECKIMI ANASIZ QOYMASIN...........

--------------------
............................

✰Dгeaм✰

  • 19 mart 2012 21:38
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesirli idi.Tesekkur edirem.

enigmatic_girl

  • 19 mart 2012 21:36
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
recourse cox tesirli....

--------------------

★Azerbaijan girl★

  • 19 mart 2012 21:25
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
baciwim coox sag ollll

Delya_91

  • 19 mart 2012 20:58
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
tesirliydi dogurdan da

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

melek1

  • 19 mart 2012 20:52
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
coxx saqolun wassat

--------------------
GEDEN SIZIN UCUN COX QIYMETLI OLSADA QAPINI ORTUNKI;
ICERIDE QALANLAR USUMESIN
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}