Allahın Rəsulundan (s) İmam Əliyə tövsiyələr (2-ci hissə)

 
Allahın Rəsulundan (s) İmam Əliyə tövsiyələr (2-ci hissə)

Ya Əli!
Bir kimsə səni üzünə təriflədikdə de: “Həmd olsun Allaha ki,məni onların zənn etdiklərindən daha xeyirli yaratdı.Allahım,onların bilmədiyi əməllərimi bağışla.Mədh etdiklərinə görə də məni cəzalandırma”

Ya Əli!
Təharət və təmizliyini gözəl yerinə yetir ki,ruzin bərəkətlənib artsın.Təmizlik imandandandır.Təmizlik və təharəti gözəl yerinə yetirən şəxsə mələklər dua edərlər.

Ya Əli!
Namaz dinin dirəyidir.Həqiqətən,Allah və mələkləri Peyğəmbərə salat və salam göndərirlər.Mənə salat və salam göndərənlərə,namaz qılanlara Allahın salat və salamı olsun.İki rükət gecə namazı min rükət (nafilə qılınan) günüdüz namazından xeyirlidir.

Ya Əli!
Gecə namazı dünya və axirətdə sahibi üçün nurdur.Namaz qılan şəxs Qiyamət günündə cənnət dəvələrindən bir dəvənin üzərində və bəraət dəftəri sağ əlində olaraq həşr olunar.Gecə namazı Cabbar olan Allahın əzabından əminlikdir.

Ya Əli!
Kim camaat namazına gedərsə,ona həccə getmiş kimi savab yazılar.Kim nafilə namazı qılmaq üçün gedərsə,ona ümrə həcci qədər savab yazılar.

Ya Əli!
Ya alim ol,ya öyrənən ol,ya da elmi dinləyənlərdən ol,dördüncüsündən olma.Həzrəti Əli(əleyhissalam)dedi: “Ya Rəsulallah,dördüncüsü hansıdır?”.
Allah Rəsulu (səlləllahu əleyhi və alihi və vəsəlləm) buyurdu: “O şəxs ki,elmi bilmir,öyrənmir və dinləmir”

Ya Əli!
Alimin qıldığı ikir rükət namaz cahilin qıldığı yetmiş rükət namazdan daha üstündür.

Ya Əli!
Allahın qonağına,kafir də olsa belə,ikram et.Çünki,Allahın qonağına ikram edənə Allah ikram edər.Allahın qonağına düşmən olana Allah da düşmən olar.Bir qövmə müsafir gəldiyi zaman ruzisi ilə birgə gələr.Getdiyi zaman o,ev əhlinin günahlarını özü ilə götürüb aparar.

Ya Əli!
Müsafir olan evdə rəhmət və bərəkət vardır.Salamı yay.Yeməyi yedirt.İnsanlar yuxuda ikən gecə namazı qıl.Bunları etsən,Allah-təala hər gün yetmiş dəfə sənə nəzər salar.Allah kimə nəzər salarsa,onu atəşlə əzablandırmaz.

Ya Əli!
Kafir olsa belə,qonşunun sənə etdiyi vəsiyyəti yerinə yetir.Qonşuna qarşı məhəbbətli və şəfqətli ol.Bunu yaxşı bil ki,Allah-Təala qonşusuna həsəd edən şəxsin ömrünü heç edər və malını mənfəətsiz yerlərə sərf etdirib yox edər.

Ya Əli!
Müsəlmanların qadınlarına baxmağı qadağan edirəm.Çünki müsəlmanların xanımlarına çox iltifat edən şəxsin qəlbindən axirət qoxusu çıxar,yerinə fəqirlik,qəm və sıxıntı gələr.

Ya Əli!
Sənə həsəd etməyi qadağan edirəm.Çünki,od odunları yeyib qurtardığı kimi,həsəd də yaxşılıqları yeyər.

Ya Əli!
Sənə yalan danışmağı qadağan edirəm.Çünki yalan danışmaq münafiqlərin əxlaqındandır.Səni fəsad törətməkdən də çəkindirirəm.Çünki o,böyük bir müsibətdir və mütləq Allah-Təala bütün tamahkarlara,riyakar və fəsad törədənlərə,ata-anasına hörmətsizlik edənlərə,zəkat verməyənlərə,namaz qılmayanlara ,faiz və haram yeyənlərə,içki içənlərə,qoxulayaraq və ya toz halında sərxoşedici maddələrdən istifadə edənlərə,heyvanlarla cinsi münasibətdə olanlara olanlara, “Lut qövmü”nün etdiyini edənlərə,qonşusuna əziyyət verənlərə Cənnəti haram etmişdir.Bu pis işlərə bir daha adət etməmək şərti ilə istiğfar və tövbə etməzlərsə,Cənnətə daxil olmazlar.

Ya Əli!
Hər kimin günaha təhrik edən və içki içən bir qonşusu,qohumu və ya övladı olarsa və onları bi pis işlərdən çəkindirməzsə,o da onların etdiyi günaha ortaq olar.

Ya Əli!
Yaşlılara ehtiram göstər,uşaqlara mərhəmət et.Qəriblərə kərim olan qardaş kimi ol.Yetimlərə qarşı mərhəmətli ata kimi ol.Dullara qarşı şəfqətli çoban kimi ol ki,Allah-Təala da atdığın hər bir addım üçün min savab yazsın,min günahını məhv etsin və etdiyin hər yaxşılığn əvəzində Cənnətdə bir imarət verin.

Ya Əli!
Yoxsullarla otur ki,Allah yanında dərərcən yüksəlsin.

Ya Əli!
Əleyhinə olsa belə,haqqı söylə.Bir xurma olsa da sədəqə ver.Çünki,sədəqə ilə bərabər bəla gəlməz.

Ya Əli!
Hər ayın on üç,on dörd və on beşinci günlərini oruc tut.Çünki bu üç gündə oruc tutmaq tam bir il oruc tutmaq qədər savablıdır.Hər kim Ramazan ayının orucunu və ona bağlı olaraq Şəvval ayında da altı gün oruc tutarsa,bütün ili oruc tutmuş kimi olar.

Ya Əli!
İnsanların eyiblərini gizlərt ki,Allah da sənin ayiblərini gizlətsin.Çünki insanların eyiblərini gizlədən şəxsin üzərinə Allah-Təala hər gün yetmiş rəhmət və malının da üzərinə yetmiş bərəkət endirər.

Ya Əli!
Allah-Təala üç növ insanı sevməz:
1.Qonşusunun ac olduğunu bilib tox yatanı.
2.Qüsursuz olduğu halda köləsini döyəni.
3.Dostundan gələn hədiyyəni rədd edəni.

Ya Əli!
Paxıl şəxs Allahdan və Onun rəhmətindən uzaqdır.O,Cənnətdən uzaq,Cəhənnəmə isə yaxındır.Comərd şəxs isə Allaha və Onun rəhmətinə yaxındır.

Ya Əli!
Dünya malından qənaətlə istifadə et.Az bir şey də olsa,Allah yolunda ver.Şübhəsiz,Allah onu bərəkətli edər və savabını artırar.Kim belə etsə,Qiyamət günü peyğəmbərlərlə birlikdə olar.

Ya Əli!
Bığlarının altından uzanan tükləri qırx.Çünki bığı uzanan şəxsin bığının üzərində şeytan oturar və onun yediyindən yeyib,içdiyindən içər.Dişlərlə dırnaqları kəsmək fəqirliyə səbəb olar.


Geri dön

Dinar Mamedova

  • 23 mart 2012 14:12
  • Məqalə: 772
  • Şərh: 1825
  • Bal:
Я Əли!
Мüсафир олан евдə рəхмəт вə бəрəкəт вардıр.Саламı яы.Ыемəыи ыедирт.İнсанлар ыухуда икəн гецə намазı яıл.Бунларı етсəн,Аллах-тəала хəр гüн ыетмиş дəфə сəнə нəзəр салар.Аллах кимə нəзəр саларса,ону атəşлə əзабландıрмаз.

Я Əли!
Кафир олса белə,яонşунун сəнə етдиыи вəсиыыəти ыеринə ыетир.Яонşуна яарşı мəхəббəтли вə şəфяəтли ол.Буну яхşı бил ки,Аллах-Тəала яонşусуна хəсəд едəн şəхсин öмрüнü хеç едəр вə малıнı мəнфəəтсиз ыерлəрə сəрф етдириб ёх едəр.

Я Əли!
Мüсəлманларıн яадıнларıна бахмаğı яадаğан едирəм.Çüнки мüсəлманларıн ханıмларıна çох илтифат едəн şəхсин яəлбиндəн ахирəт яохусу çıхар,ыеринə фəяирлик,яəм вə сıхıнтı гəлəр.

--------------------

ANGEL LOVE

  • 21 mart 2012 22:02
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twkler.............................

--------------------

★Miss Love★

  • 20 mart 2012 00:05
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
deуerli xebere gore тewekkurler=)

EnD of TiMe

  • 19 mart 2012 22:22
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Tesekkurler xebere gore.....

✰Dгeaм✰

  • 19 mart 2012 21:18
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Cox uzun yazmisan.Amma bilirem ki,cox gozel alinib.Allah razi olsun.

faithful

  • 19 mart 2012 21:09
  • Məqalə: 56
  • Şərh: 1027
  • Bal:
{awards}
teshekkur :) her birimizden insallah !

★Azerbaijan girl★

  • 19 mart 2012 21:05
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah raziii olsun twklerrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 70

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}