İmam Sadiq (ə) tövbəkar kişiyə nəyin zaminliyini verdi?

 
İmam Sadiq (ə) tövbəkar kişiyə nəyin zaminliyini verdi?

Günahkar bir kişi İmam Sadiqin (ə) yanına gəlir və deyir ki, tövbə etmək istəyir. İmam buyurur: “Həqiqətən tövbə etmək istəyirsən, yoxsa elə-belə söz deyirsən?”

Dedi: Yox, həqiqətən, tövbə etmək istəyirəm.

Buyurdu: Bizim dediyimiz tövbəni etməyə hazırsanmı?

Dedi: Bəli.

Buyurdu: Əgər mən dediyim tövbəni etsən, Allaha and olsun ki, behiştə girməyinə zamin olaram. Əgər mən dediyim tövbəni etsən, səninlə bundan da böyük mübadilə edərəm.


Dedi: Ağa, buyurun.

Buyurdu: Allahın istəmədiyi şeylərdən əl çək və bu, tövbədir. Əgər paxılsansa, həsəd ilə rabitəni kəs, əgər təkəbbürlüsənsə, təkəbbürünün qanadını qayçıla. Əgər məğrursansa, qürurunun qanadını yandır. Əgər riyakarsansa, riyanı bayıra çıxart və cəhənnəm atəşinə at. Münafiqsənsə, ikiüzlü olmaqdan əl çək. Əgər işdə az işləyirsənsə, az işləmə. Əgər eyş və içməkdən ləzzət alırsansa, onlardan bayıra çıx. Şəhvət dalıncasansa, şəhvətdən əl çək. Şorgözsənsə, şorögzəlükdən əl çək. Əgər hələ də haram malı sevirsənsə, haram malla əlaqəni kəs.

Həmin kişi fikilrəşir və deyir: Əl çəkdim.

Çox dövlətli idi, qoyun sürüləri, dəvələri vardı, dəyirmanı vardı, mağazası vardı, kirayəyə yer verirdi, bütün bunlardan əl çəkir.

Əbu Bəsir deyir: “Bir gün Kufədə onu gördüm ki, ancaq bir ərəb paltarında qalmışdı. Ona dedim hara gedirsən? Dedi: Bir köynək dalıncayam, əynimdə olan bu köynək günah işlətdiyim günlərə aiddir. Əynimdə dağdan da ağırdır. Ona bir köynək verdim və mənə dua etdi. Soruşdum: Mal-dövlətini nə etdin? Dedi: Heç biri düzgün deyildi. Soruşdum: Qoyunları nə etdin? Dedi: Heç biri düzgün deyildi. Soruşdum: Arvad və uşaqlarını nə etdin? Dedi: Mən Bəni-Üməyyədən olan qadınla evlənmişdim, o, mənim yolumu qəbul etmədi. Soruşdum: İndi uşaqların nə edirlər? Dedi: Uşaqlarımı da dəli adlandırdılar. Onlar da getdilər, biz qaldıq və bir də bu köynək. O zaman ki, malım vardı bu köynək mənə ağırlıq etmirdi, çünki qəlbimdə Allah nuru yox idi. O kəs ki, nurani olur, hətta saman çöpü belə ona dağ kimi ağırlıq edir.

Onu bir neçə gün görmədim və soruşdum və dedilər ki, kimsəsiz bir xarabadadır. Getdim və dedim ki, istəyirsənsə həkim gətirim? Dedi: Yox, həkim məni xəstə edib. Başını qucağıma götürdüm və özündən getdi. Bir qədər sonra özünə gəldi və dedi: Əbu Bəsir, mövlam İmam Sadiq (ə) indi zaminliyinə əməl etdi, keçən il mənə demişdi ki, əl çək. Mən də zamin olaram ki, behiştə gedəsən. İndi Allahın mələkləri bu xarabadadırlar. Onlar mənə dedilər ki, İmam Sadiq (ə) onlara mənim behişt əhli olmağımı deyibdir”.


İmam Sadiq (ə) tövbəkar kişiyə nəyin zaminliyini verdi?


Geri dön

★Miss Love★

  • 20 mart 2012 11:39
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
maraqli xebere gore тewekkurler=)

lubov

  • 20 mart 2012 11:11
  • Məqalə: 0
  • Şərh: 573
  • Bal:
{awards}
maraqli idi sag olun smile

J ♥ S

  • 20 mart 2012 10:32
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun cox gozel xeebr idi. smile

--------------------
J & S ∞♥....

nar_18

  • 20 mart 2012 10:12
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
teshekkur edirem deyerli cebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 69
Cəmi: 108

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}