Ruzi və Uzun Ömür İstəyi

 
Ruzi və Uzun Ömür İstəyi

(İmam Səccadın ruzi azalan zaman oxuduğu dua)

"İlahi, Sən bizi ruzimizdə bədgümanlıq, ömrümüzdə uzun arzularla sınadın (sınamısan, sınayırsan). Nəticədə biz Sənin ruzilərini ruzi istəyənlərdən (özümüz kimi adi insanlardan) istədik və arzularımız səbəbilə uzun ömür sürənlərə tamah saldıq (hərisliklə onlar kimi çox yaşamaq istədik)".

Buna inanmadıq ki, ruzilər Allah tərəfindəndir, nəticədə ümidsizliyə düşdük. Bu da böyük günahlardandır. Sən bizi ömrümüzlə sınamısan ki, bizim axirətə, yoxsa dünyada qalmağa şövqlü olduğumuzu göstərəsən. Uzun arzular səbəbilə çox yaşamağa həvəsləndik, buna görə də hərisliklə hər yolla olur-olsun ruzi əldə etmək istədik. Düşünmədik ki, ruzilər (ömür də bir ruzidir Allah əlindədir və bölünüb)

Ruzi və uzun ömür məsələsi

İnsan ruzidə Allaha etimadsızlığı səbəbilə necə olur-olsun, hər yol ilə (halal-haramına baxmadan) sıxıntıdan çıxmaq istəyir. Uzun arzular isə onun uzun ömürlüyə tamah salmasına səbəb olur.

Sonrakı parçada isə salavatdan sonra dərhal belə bəyənilməz haldan necə çıxmaq lazım olduğunu göstərir:

"Elə isə (məndən) Məhəmmədə və onun ailəsinə salam çatdır və bizə düzgün (və dərin) yəqin bəxş et ki, onunla (Səndən qeyrisindən) istəmək əziyyətindən bizi qurtarasan. Qəlbimizə xüsusi aramlıq ver ki, beləliklə (ruzi əldə etmək yolunda bizi) əziyyət sıxıntısından uzaqlaşdırasan (yalnız Səndən istəyək və digərlərinə yalnız bir vasitə gözü ilə baxaq)"

Bizi yaradan hökmən bizi bizdən yaxşı tanıyır və həyatımızı idarə qüdrəti bizdən çoxdur. O, bizi zəiflikdən yaradıb, qüdrətə doğru gedirik, yaradarkən cəhalətdə idik, nadanlıq içində idik, bizi öyrətdi. Buna görə də məlumdur ki, bizdən qəflətdə deyil, bizi unutmayıb. Bunu nəzərə alaraq Allahla varlıq rabitəmizi zehnimizdən keçirməliyik, üzərində düşünməliyik ki, beləliklə tədricən imana və yəqinə çevrilsin.

Yəqin nədir? Yəqin yəni, budur və bundan ayrısı deyil. Günəşi görürük, yəqinimiz var, kimsə şəkk etsə də əhəmiyyət vermirik. Bir şeyin varlığını bütün vücudumuzla hiss etdiklərimiz də bu qəbildəndir. Əqli idraklarımız, əqli baxışlarımız da yəqinə çevrilməlidir (ilk mərhələdə-elmi yəqinə). Bu mərhələdə insan etiqadi və əməli büdrəmələrlə də üzləşir.

Ruzidə sıxıntıya düşmək də bir növ əməli sürüşmədir. Baxışlarımıza pis təsirini qoya bilər. Buna görə də baxışlarımızı gücləndirməyə çalışmalıyıq. Çünki əməlimiz baxışlarımıza əsaslanır. Etiqadımıza daha çox önəm verməlyilik. Əqidə kitablarını oxumaq lazımdır, amma kifayət etmir. Ola bilər ki, bəziləri belə kitabları oxumayıblar, amma fitri inamları elə güclüdür ki, etiqadi məsələləri bizdən daha artıq müdafiə edirlər. Şeyx Tusinin dövründə sadə kəndlidən soruşdular ki, bir nəfər Allahı qəbul etməsə nə edərsən? Cavab verdi ki, bu beli təpəsinə elə çırparam ki...!

Məhfumlar qəlbə qayıtmalıdır. Buna görə də oxumaqdan sonra bilmək gəlir-bilməlisən. Qədim dərslik kitablarında yazılırdı ki, Allah səni bağışlasın, bilməlisən ki, ... demirdi ki, oxumalısan. Bu mətləbi o vaxt bizə Ayətullah Müctehidi buyurmuşdu...

Quranda Peyğəmbərimiz (s) haqda buyrulur ki, əvvəlcə Quranı oxuyur, sonra paklaşdırır: yətlu... yuzəkkihim (oxumaqla kifayətlənmir. Oxumaq başlanğıcdır, sonra öyrənmək, anlamaq, anladığının həqiqətinə, sonra həqiqətin həqiqətinə yetişmək və s.-Tərc.)

Bu cəhətdə səhlənkarlığa yol versək, baxışlarımız zəifləyəcək və onda bu məhumların, öyrəndiklərimizin də bir faydası olmayacaq. Buna görə də yəqinimizi gücləndirməliyik. Bütün elmlər buna xidmət edir-bəzisi birbaşa, bəzisi dolayısı yolla. Fiqh elmində mütəxəssis olmaq istəyən şəxsin baxışları səhih olmazsa, bu öyrənmələr bir fayda verməyəcək. Fəqih olsun, filofos olsun, fərqi yoxdur, etiqadı qəlbinə enməsə, inama çevrilməsə, gündəlik həyatında bu məfhumların iştirakı olmasa, faydası olmur.

Bəzi dualarda yəqin kəlməsi ilə birgə "sadiq" kəlməsi də işlənir: Həqiqətə uyğun yəqin ver mənə.

Hədisdə gəlib ki, həzrət Musa Allahdan istəyir ki, xəzinələrini mənə göstər. Allah qısa və çox dəqiq buyurur: Mən nəyin olmasını istəsəm "ol" deyirəm, o da olur. Allahın nəyi isə mədəndən çıxarmağa ehtiyacı yoxdur. Buyurur ki, indəna xəzainuhu- hər şeyin xəzinələri bizim yanımızdadır. Hər şey bizim qüdrətimiz altındadır.

Bu məsələləri məşq etməliyik, üzərində davamlı çalışmalı, oxumalı, öyrənməli, düşünməli, düşüncələrimizi təkrarlamalıyıq. Ruhi məsələlər çox məşq olunmalı, təkrarlanmalıdır (ki, yəqin şəklini alsın. Alimlər demişkən, əslində gündəlik ibadətlər və onlarda olan təkrar hərəkətlər və sözlərin bir fəlsəfəsi də budur - Tərc.). Dərs məşqləri, çalışmaları zahiri və zehnidir, amma bu məşqlər qəlbi məşqlərdir. Əvvəlcə insan elmi yəqinə, sonra tədricən eyni yəqinə çatmalıdır (elmül-yəqin, eynül-yəqin, həqqül-yəqin).

İnsanın fəaliyyətləri bu yəqinə əsaslanmalıdr. Həzrət demək istəmir ki, çalışmalı deyilik. Bütün ruzilərdə çalışma lazımdır. İnsan istəməlidir. Bəzi ruzilər ümumidir, mənəviyyat belədir, şərtlərinə əməl etməklə hamı onu istəyə bilər. Amma yəqin bu söykənəcəklə olmalıdır ki, hər nə varsa, verilirsə, hamısını Allah verir. Biz yəqini əldə etmək üçün çalışırıq. Amma unutmuruq ki, onu verən də Allahdır.

İmam bu ifadələrlə həm Allaha dua edir, həm də bizə öyrədir.

Və həbləna yəqinən sadiqən-bizə düzgün yəqin mərhəmət buyur.

Buna görə də gördükdə ki, hədisdə belə ibarələr var, bilmək lazımdır, yəqini verən Allahdır, amma onun müqəddimələrini, yəqinə yetişmə yollarını biz düzgün şəkildə hazırlamalıyıq.

Və əlhimna siqətən xalisətən...


Bizə xalis bir əminlik bəxş et ki, biz zəhmətin şiddətindən azad olaq.

Dünya həyatında daim çətinlik var, hər nə olur-olsun əldə etmək istəsək zəhməti var - biz insanı zəhmətdə yaratdıq - buyurur. Hiss və hərəkəti olan hər bir varlığın əziyyəti var, qarışqa belə əziyyət çəkir. Zəhmətlər müxtəlifdir və nə üçün zəhmət çəkilməyə diqqətli olmaq da müxtəlifdir (bu diqqətlilik insanın hərəkətində təsirlidir). Alimlərimiz elmi əldə etmək üçün nə əziyyətlərə qatlaşmışlar! Allah da onlara elm qapılarını açmışdır. Dünya işləri də həmçinin, hamısı zəhmət tələb edir.

Mərhum Əllamə Təbatəbai elm yolunda nə çətinliklərə qatlaşıb! Nəhayət elə elmi dərəcələr yetişir ki, Mürtəza Mütəhhəri buyurur ki, o 200 il sonra tanınacaq. M. Mütəhhəri buyurmuşdu ki, mən Quran elmlərində nə əldə etmişəmsə "əl-Mizan"dan əldə etmişəm. Əllamənin qızı deyirmiş ki, atamdan soruşdum, nə üçün yazanda hərflərin nöqtələrini qoymursan? Buyurdu ki, mən yazmağa başlayanda maarif sel kimi axmağa başlayır. Qorxuram ki, yazıb çatdıra bilməyim. Buna görə də tələsik yazıram, sonra qayıdıb nöqtələri qoyuram.

"əl-Mizan"ı başa düşən bilər ki, Əllamə bu kitabın hər parçasında necə elmi bəhslər etmişdir!

Demək istəyirik ki, insan əldə etmək üçün zəhmət çəkməlidir. Amma bu zəhmət Allaha olan yəqinə, övliyalarına (ə) diqqətə söykənməlidir. Əks halda "əllameyi-dəhr" də olsan faydası yoxdur. İbn Sina o boyda dühası ilə ilahiyyat bəhslərdində çətinliyə düşərkən, məsələ üzərində 40 gün düşünər, cavabını tapmayanda namaz qılıb, Allahdan kömək istəyərmiş.

Əllamə Təbatəbainin yeniyetməlik, gənclik dövrlərinin əvvəllərində zehni çox zəif imiş. Heç nə yadında qalmırmış. Bir gün müəllimi deyir ki, belə getməz, gəl, nə özünü yor, nə də məni. Qəlbi sınır və səmim qəlblə Allahdan kömək istəyir. Bununla da zehni kütlüyü həll olunur. Bundan sonra dərsləri özü oxuyar, bəzi çətinlikləri həll etmək üçün dərsə gələrmiş (yəni hər gün dərsə öyrənməyə deyil, əvvəlcədən öyrəndiklərinin içində rastlaşdığı bəzi çətinlikləri həll etməyə gedərmiş).

Biz işlərimizi Allaha əminliklə həyata keçirməliyik. Bu hal Allahın ilhamıdır. Allaha diqqətli olmaq, Onu düşünmək, mənəvi hallar ilhamdır, hər zaman gəlmir. Gələndə də çox təsirli olur, insanın halını dəyişdirir. Mənəvi ilhamlar və halın gəlməyi Allahın böyük nemətidir. Qədri bilinməlidir.

Davamı var.

Ruzi və Uzun Ömür İstəyi


Geri dön

EnD of TiMe

  • 20 mart 2012 23:38
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
Tesekkurler xebere gore......

_favorit_arkadas

  • 20 mart 2012 12:57
  • Məqalə: 556
  • Şərh: 8237
  • Bal:
{awards}
allah razi olun

--------------------

★Miss Love★

  • 20 mart 2012 11:22
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli ve deуerli xebere gore sagol=)

nar_18

  • 20 mart 2012 10:03
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur edirem deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

SinglE GirL

  • 20 mart 2012 09:57
  • Məqalə: 0
  • Şərh: 264
  • Bal:
{awards}
gozel sozlerdir oxumaga deyer.O ki qaldi yere 2-ci olmaq da pis deyil winked

mirsaab

  • 20 mart 2012 09:45
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
tesekkurler ALLAH RAZI OLSUN.
ILK SERH MENDEN smile

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 27
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}