Dini terminlər (4-cü hissə)

 
Dini terminlər (4-cü hissə)

ABİD - lüğəti mənada "ibadət edən" deməkdir. İslam tarixində öz gözəl əxlaqı, çoxlu ibadətləri ilə məşhur olan şəxslərə "abid" demişlər. Həmin şəxslər həqiqətən ibadətdən zövq almış, günün əksər vaxtlarında ALLAHa ibadət etməyi özlrinə borc bilmişlər. Belə abidlərdən çoxlu fövqəladə hərəkətlər - kəramətlər müşahidə edilmişdir.

BÜRHAN - "dəlil, sübüt" deməkdir. Hər bir elm sahəsində olduğu kimi, İslami fəlsəfə və kəlam elmlərində də bütün əsas prinsiplər dəlillər vasitəsilə sübüta yetirilir. Məsələn, ALLAHın varlığı, vahidliyi, ədaləti, peyğəmbərlərin və imamların zərurəti, onların məsumluğunun vacibliyi və s. məsələlərin hər biri çoxlu sayda bürhanlar vasitəsilə isbat olunur.

QƏSİDƏ - klassik ədəbiyyatda şer formalar?ndan biri. Adətən, əruz vəznində yazılır. Quruluş etibarı ilə qəzəli xatırladan qəsidə həcminin böyüklüyü, dini-irfani məzmunu ilə bundan fərqlənir. Qəsidənin ilk beytinin misraları bir-biri ilə qafiyələnir. Sonrakı beytlərin ilk misralarının qafiyələri sərbəst buraxılır, ikinci misra isə ilk beytlə həmqafiyə şəklində yazılır. Qəsidələrdə adətən, ALLAH-təala, peyğəmbərlər, imamlar mədh olunur. Azərbaycan ədəbiyyatında Nəsimi, Füzuli, Xətai, S. Ə. Şirvani və başqalarının dərin məzmunlu qəsidələri çox məşhurdur.

DİYƏ - şəriət terminlərindəndir. İlam qanunlarına görə, qəsdən cinayət törətmiş hər bir şəxs etdiyi əmələ müvafiq surətdə cəriməni zərərçəkənə ödəməlidir. Bu cəriməyə "diyə" deyilir. Diyənin miqdarı törədilən cinayətin ağırlığından asılıdır. Məsələn, xüsusilə ağır olan qətl cinayətinə görə, cani ya öldürülməli, ya da zərərçəkən tərəfə diyə ödəməlidir. Bəzən əks tərəf diyəni qəbul etməklə razılaşır və beləliklə cani ölümdən xilas olur. Diyənin hökmləri mürəkkəbdir, bu barədə ətraflı məlumat almaq üçün mütləq şəriət kitablarına müraciət olunmalıdır.

ECAZ - hər hansı hərəkətin təkraredilməzliyini, başqalarının bu işi təkrar etməyə aciz olduqlarını bildirən ifadədir. Dini ədəbiyyatda "ecaz" kəlməsi adətən, Quranla bagl? islədilir. ALLAH?n ən boyuk mocuzələrindən sayılan Qurani-Kərim heç bir insan tərəfindən təkrar olunmayacaq dərəcədə dəqiq söz və məna gözəlliyinə malikdir. Quranda işlənmiş hərf və sözlərin təkrarı, kəlmələrin məna rəngarəngliyi, xüsusi ahəngdarlıqla növbələşməsi bu kitabın ecazını göstərən xüsusiyyətlərdəndir. Böyük İslam ədibləri, filoloq və təfsirçilər Qurani-Kərimin ecazı barədə xeyli dəyərli əsərlər yazmışlar.

ƏZLAM - İslamdan əvvəlki cahilliyə dövrü ərəblərin məxsusi atributlarından biri. Bütpərəst ərəblər hər hansı bir işi görmək istəyərkən əvvəlcə oxlarla fala baxırdılar. "Əzlam" adlı bu fal oxlarının sayı adətən üç ədəd olurdu. Oxların birinin üstünə "Tanrı əmr edir", o birinin üstünə "Tanrı qadağan edir" yazırdılar. Üçüncü oxu isə yazısız buraxırdılar. Həmin oxlar mötəbər sayılan bütlərin qarşısına qoyulurdu. Fal üçün müraciət edən şəxsin özü, yaxud kahin oxları qarışdırıb arasından birini götürürdü. Əgər birinci ox çıxırdısa, nəzərdə tutulan işi yerinə yetirirdilər. Qadağan oxu çıxsaydı, həmin əməldən çəkinirdilər. Yazısız ox çıxdığı təqdirdə proses təzədən təkrar olunurdu. Qurani-Kərimdə cahiliyyə dövrünün bəzi ənənələri sırasında fal oxları da qadağan edilmişdir: "Ey iman gətirənlər! Şərab, qumar, bütlər, fal oxları (əzlam) şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!" ("Maidə" surəsi, 90-cı ayə).

İCTİNAB - "çəkinmək, uzaq qaçmaq" deməkdir. İslam əxlaqında adətən günahlardan çəkinməyə "ictinab" deyilir. Günah və haram işlərdən ictinab etmək insanın əxlaqını kamilləşdirir, onu dünya və axirət xoşbəxtliyinə yetirir.

ZƏRİH - müqəddəs şəxslərin qəbrini ətraf mühitdən ayıran maneəyə deyilir. Müsəlman aləminin müxtəlif nöqtələrində dəfn edilmiş şəxsiyyətlərin məzarı üstündə divarları taxta, dəmir, gümüş və yaxud qızıldan olan üstübağlı xırda otaq şəklində zərihlər qurulur. Mədinədə Həzrət Məhəmməd peyğəmbərin (s.a.s), Nəcəfdə İmam Əlinin (ə), Kərbəlada İmam Hüseynin (ə), Məşhəddə İmam Rzanın (ə) məzarları uzərində qurulmuş məhəccər şəkilli qızıl zərihlər müsəlman incəsənətinin şah əsərlərindən sayılır.

KƏRAMƏT - gözəl əxlaqı, elmi və ibadəti ilə seçilən müqəddəs həyata keçirə bildikləri fövqəladə əməllərə deyilir. Məsum şəxslərin (peyğəmbər və imamların) qeyri-adi hərəkətləri "möcüzə" adlandığı halda, qeyri-məsum şəxslərin belə hərəkətləri "kəramət" adlanır. İslam tarixində böyük ariflər, alimlər, seyyidlər ALLAH yanında uca məqama malik olduqlarına görə, xalqın ehtiyaclarını yerinə yetirmək üçün ALLAHa dua etmiş, ALLAH da onlara kəramət göstərmək qüdrəti vermişdir.


Geri dön

ANGEL LOVE

  • 22 mart 2012 13:55
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
twkler.............

--------------------

EnD of TiMe

  • 20 mart 2012 23:28
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Tesekkurler....

enigmatic_girl

  • 20 mart 2012 13:17
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Tesekkurler..))

--------------------

✿Victoria✿

  • 20 mart 2012 12:06
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BILMEK LAZIMDIR

--------------------

J ♥ S

  • 20 mart 2012 10:47
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
90%-ni oxudum cox gozel idi halim pislewdi oxuya bilmedim tewekkur deyerli idi)))

--------------------
J & S ∞♥....

nar_18

  • 20 mart 2012 10:14
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
teshekkur edirem xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Maisy

  • 20 mart 2012 09:25
  • Məqalə: 2
  • Şərh: 65
  • Bal:
{awards}
Cox sag ol bunlari bilmek vacibdi.TWK

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 65
Cəmi: 85

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 149
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}