Vəhy və Quran: 2. Quran möcüzәdir

 
Vəhy və Quran: 2. Quran möcüzәdir

Vəhy və Quran: 2. Quran möcüzәdir

Şübhәsiz ki, әrәb dili elә zәngin, әhatәli bir dildir ki, insanın bütün düşüncәlәrini vә daxili duyğularını әn aydın vә dоlğun şәkildә çatdıra bilir, bu cәhәtdәn heç bir dil әrәb dilinә çata bilmәz. Tarix göstәrir ki, әksәriyyәti köçәri, mәdәniyyәtdәn vә yaşayışın bir çox imkanlarından mәhrum olan Islamdan öncәki cahiliyyәt dövrünün әrәblәri söz sәnәti vә ritorika sahәsindә böyük mәqam sahibi idilәr. Belә ki, tarixin sәhifәlәrindә onlara rәqib tapmaq mümkün deyildir. Әrәb әdәbiyyatında bәlağәtli söz әn yüksәk dәyәrә malik idi vә gözәl bәdii sözlәrә çox ehtiramla yanaşılırdı. Öz allahlarını vә bütlәrini Kәbә evinә qoyduqları kimi әn güclü şair vә natiqlәrin könül oxşayan şerlәrini dә Kәbәnin divarından asırdılar. Әrәb dilinin geniş vә çoxqaydalı olmasına baxmayaraq әrәblәr onun bütün qaydalarına düzgün vә heç bir sәhvә yol vermәdәn riayәt edirdilәr. Onlar söz sәnәtindә misilsiz mәharәtә malik idilәr.

Bir neçә ayәnin Peyğәmbәrә (s) nazil olduğu vә camaat üçün oxunduğu ilk günlәrdәn Quran әrәb natiqlәri arasında böyük bir әks-sәda doğurdu. Quranın mәnalı, cazibәli vә şirin bәyanı qәlblәrdә elә dәrin bir tәsir buraxdı ki, bütün bәlağәtli sözlәr unuduldu vә "Müәllәqat" adlı Kәbәdәn asılan o gözәl şerlәr aşağı endirildi. Bu ilahi sözlәr sonsuz gözәlliyi vә cazibәdarlığı ilә bütün qәlblәri özünә mәftun edir vә öz şirin nәzmi ilә bütün söz sahiblәrini susmağa mәcbur edirdi.

Digәr tәrәfdәn isә bu, müşrik vә bütpәrәst qövmlәr üçün çox acınacaqlı vә dözülmәz idi. Çünki Quran öz güclü mәntiqi vә aydın bәyanı ilә tәkallahlılığı sübut edir, şirki vә bütpәrәstliyi pislәyir, insanların allah adlandırıb ehtiyac әllәrini uzatdıqları, qarşılarında qurban kәsdiklәri vә Allah әvәzinә sitayiş etdiklәri bütlәri tәhqir edir, onları insanın hәyatında heç bir tәsiri olmayan daş heykәllәr vә cansız taxtalar adlandırırdı. Başdan ayağa eqoist vә tәkәbbürlü olan, bütün hәyatlarını yol kәsmәklә, qan tökmәklә keçirәn vәhşi әrәblәri hәqiqәtpәrәstliyә, әdalәtsevәrliyә vә insanlığa çağırırdı. Buna görә dә bütpәrәst әrәblәr mәsәlәni müharibә yolu ilә hәll etmәyi qәrara aldılar vә bu hidayәt çırağını söndürmәk üçün hәr bir vasitәyә әl atdılar. Lakin onların bütün sәylәri boşa çıxırdı.

Besәtin әvvәlәrindә Peyğәmbәri (s) әrәblәrin poetika vә ritorika sahәsindә tanınmış mütәxәssisi Vәlid adlı bir şәxsin yanına apardılar. Peyğәmbәr (s) "Fussilәt" surәsinin әvvәlindәn bir neçә ayә oxudu. Vәlid isә qururlu halda diqqәtlә qulaq asırdı.
فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنذَرْتُكُمْ صَاعِقَةً مِّثْلَ صَاعِقَةِ عَادٍ وَ ثَمُودَ

("Ya Peyğәmbәr. Әgәr haqdan üz döndәrsәlәr, de: "Mәn sizi Ad vә Sәmud qövmlәrinin ildırımı kimi bir ildırımla qorxuduram!")
Peyğәmbәr (s) bu ayәyə çatdıqda Vәlidin әhvalı dәyişdi, bәdәni lәrzәyә düşdü vә huşunu itirdi. Mәclis dağıldı vә camaat çıxıb getdi. Bu hadisәdәn sonra bir qrup Vәlidin yanına gәlәrәk gileylәndilәr ki, sәn bizi Mәhәmmәdin yanında rüsvay etdin. Vәlid dedi: "Xeyr. Allah and olsun, bilirsiniz ki, mәn heç kimdәn qorxmuram, heç nәdә dә tamahım yoxdur. Bilirsiniz ki, mәn bu sahәdә mütәxәssisәm. Mәhәmmәddәn eşitdiyim sözlәr adi insan sözünә bәnzәmir. Cazibәli vә mәlahәtli sözlәrdir. Ona nә şer demәk olar, nә dә nәsr. Dolğun vә dәrin mәzmunludur. Әgәr bu barәdә mәnim qәti fikrimi bilmәk istәyirsinizsә, üç gün mәnә möhlәt verin, fikirlәşim." Onlar üç gündәn sonra Vәlidin yanına gәlәrkәn Vәlid dedi: "Mәhәmmәdin sözlәri ürәklәri ovsunlayan sehrdir." Müşriklәr Vәlidin sözü ilә Quranı sehr vә cadu adlandıraraq hәm özlәri onu dinlәmәkdәn çәkinirdilәr, hәm dә başqalarını bu işdәn çәkindirirdilәr. Bәzәn Peyğәmbәr (s) Kәbәdә Quran oxuyarkәn sәslәrini ucaldıb әl çalırdılar ki, camaat onun sәsini eşitmәsinlәr.

Lakin bununla belә, Quranın cazibәli vә mәlahәtli bәyanına vurulduqları üçün çox vaxt gecәnin qaranlığından istifadә edәrәk Peyğәmbәrin (s) evinin arxasına yığışıb Quranın sәsinә qulaq asırdılar. O zaman bir-birlәrinә deyirdilәr: Bu sözlәri mәxluq sözü adlandırmaq mümkün deyildir. Allah Quranda bu hadisәyә işarә edәrәk buyurur:
نَحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَى إِذْ يَقُولُ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلاَّ رَجُلاً مَسْحُورًا

"(Sәn Quran oxuyanda) onlar sәnә qulaq asdıqları zaman sәni necә dinlәdiklәrini vә zalımların öz aralarında gizli-gizli danışıb: "Siz ancaq ovsunlanmış bir adama uyursunuz!" - dediklәrini dә bilirik." ("İsra" 49)

Bәzәn Peyğәmbәr (s) Kәbәdә Quran oxuyaraq insanları dinә dәvәt edәrkәn Peyğәmbәrin (s) qarşısından keçib getmәk istәyәn natiq әrәblәr әyilirdilәr ki, camaat onları görüb tanımasınlar. Allah bu barәdә Quranda buyurur:
أَلا إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُواْ مِنْهُ

"Bilin ki, gizlәnmәk mәqsәdilә ikiqat olarlar." ("Hud" 5)


Geri dön

EnD of TiMe

  • 20 mart 2012 23:12
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
Tesekkurler xebere gore..

Aysel_

  • 20 mart 2012 15:58
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Maraqli idi Allah razi olsun

★Miss Love★

  • 20 mart 2012 15:38
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
oxudum deуerli xebere gore sagol=)

✰Dгeaм✰

  • 20 mart 2012 15:23
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

nar_18

  • 20 mart 2012 15:17
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

_favorit_arkadas

  • 20 mart 2012 15:12
  • Məqalə: 556
  • Şərh: 8239
  • Bal:
{awards}
allah razi olsun.....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 53
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}