Möminlərin qəlbindəki gizli məhəbbət

 
Möminlərin qəlbindəki gizli məhəbbət

“De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.” (“Şura” surəsi, ayə 23)
Böyük şəxsiyyətlərin böyük imtahanlarla üzləşdiyi günə- Aşura gününə az qalıb. Müsəlman dünyası Aşura gününə qədərki günləri İmam Hüseyn (ə) əzasına həsr edir. Bunun əlamətdarlığı odur ki, aşura qabağı bir müqəddimədir bu günlər və İmam Hüseynə (ə), O Həzrətin (ə) şuhədasına hörmət əlamətidir, dərin və böyük məhəbbət və məvəddətin təzahürüdür. Bir məhəbbət və məvəddət ki, Allah (c.c) bunu bəşəriyyətə vacib bilmişdir. Qurani-Kərimin Qiyamətə qədər qüvvədə olması kimi, İmam Hüseyn (ə) məhəbbəti də, Qiyamətə qədər bütün möminlərin qəlbində qalacaqdır. Hər kim ki, müsəlmançılığa, möminliyə iddialıdır, o kəslərin qəlbində İmam Hüseyn (ə) məhəbbəti mütləq qərar tutmuşdur.
Niyə gizli məhəbbət?

Burada vurğulanası bir mətləb var; Elə bir mətləb ki, mövzumuza istiqamət verir. Bu, gizli məhəbbət haqqındadır. Amma, görəsən niyə gizli məhəbbət? İslam dini zühur etdikdə beş-on nəfər mömin (iman gətirən) bir otaqda gizlicə yığılıb mərasimlər, məclislər təşkil edir, enən ayələri bir-birinə ötürürdülər (bir-birini bu ayələrdən xəbərdar edirdilər). O zamanlar ilk iman edənlər Həzrət Peyğəmbərin (s) əmrinə uyğun olaraq bu xəbərdən (İslamın zühur etməsindən) kimsəni agah etməmişdilər. Allahın əmri, Peyğəmbərin (s) göstərişi belə idi ki, möminlərin arasında gizli qalsın- bu mübarək zühur. Buna uyğun olaraq da, möminlər İslam sevgisini, Həzrət Peyğəmbərin (s) və Quranın eşqini qəlblərində xəlvət bəsləyirdilər.

Çünki bu aşkarlansa idi, çox fitnələr baş verərdi. İslamın nurunu ilk günlərdən söndürməyə başlayardılar. Möminlərə əziyyət edərdilər ( necə ki, sonralar bu əziyyətləri etdilər). Bəlkə, o tezliklə möminlərin bəzisi (dindən geri) dönərdilər. Amma, Allahın din olaraq seçdiyi İslamın gizli təbliğ olunması, İslamın gizli sevilməsi, bu dinə olan məhəbbətin qəlblərdə gizli qalması məsləhət görülürdü.
İslam Peyğəmbərinin (s) zəhməthaqqısı nədir?

İlahi peyğəmbərlər (ə) hərəsi bir neçə il Allahın dinini təbliğ etmiş və insanları düz yola hidayət etmişlər. Bu yolda olmazın əziyyətlərə və məşəqqətlərə qatlaşmışlar. Bəs nədir bu insanların (ə) zəhmətlərinin qarşılığı? Bu suala həmin peyğəmbərlər (ə) özləri cavab vermişlər. Bu mövzuda bir neçə Quran ayəsi qeyd etmişik ki, peyğəmbərlərin (ə) özlərindən bu sualın cavabını eşidək; Əlbəttə ki, O həzrətlər (ə) öz mübarək təbliğlərinin müqabilində ümmətdən heç nə istəməmişlər. Onların əməklərinin (zəhmətlərinin) qarşılığı (mukafatı) Allah yanındadır.

Ulul-Əzm peyğəmbərlərdən (ə) olan Həzrət Nuh (ə) bu sualın cavabında belə buyurur: “Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir.” Həzrət Hudun (ə) cavabı belədir: “Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mukafatım ancaq məni yaradana aiddir. Məgər, anlamırsınız?” (“Hud” surəsi, ayə 51) Həzrət Saleh (ə) buyurur: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mukafatım ancaq aləmlərin Rəbbinə aiddir.” (“Şuəra”surəsi, ayə 145) Həzrət Lut (ə) buyurur: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.” (“Şuəra” surəsi, ayə 164) Həzrət Şuəyb (ə) peyğəmbər də, bu sualı cavabsız qoymur; “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mukafatım ancaq aləmlərin Rəbbinə aiddir.” (“Şuəra” surəsi, ayə 180)

Allah-Təala belə buyurur Öz Peyğəmbərlərinə (ə) ki, Onlar ümmətə bunu belə də, çatdırsınlar. Bəs İslam Peyğəmbərinin (s) zəhməthaqqısı nədir? Allah-Təala İslam Peyğəmbərinə (s) zəhmətinin qarşılığı olaraq ümmətdən bir şey istəməsini əmr edir. O da, “məvəddə”dir. Yəni, aşırı sevgi, daha çox məhəbbət. Kimədir bu sevgi, kimə bəslənib bu məhəbbət? Allah-Təala Peyğəmbərinə (s) əmr edir; “De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. (“Şura” surəsi, ayə 23) Əməyinin mukafatı Allah dərgahında olan bir İnsan- Həzrət Peyğəmbər (s) 23 illik təbliğatın qarşılığında ümmətdən Öz yaxınlarına (Əhli-Beytindən (ə)) məhəbbət bəsləmələrindən başqa heç nə istəmir. Deməli, bir ilahi vəzifə və hər bir müsəlmanın borcudur, onun üçün vacibdir- Əhli-Beytin (ə) məhəbbəti.
Peyğəmbərin (s) mübarək hədisi.

Bu gün mübarək İslam dini ilə birlikdə İmam Hüseyn (ə) qiyamı və hərəkatı da, yaşayır. Qiyamətə qədər nə İslam, nə də, İmam Hüseynin (ə) qiyamı nə təhrif olunacaq, nə də, sönəcəkdir. Bu gün bir çoxları İslam dinini və İmam Hüseyn (ə) hərəkatını təhrif etməyə çalışırlar, amma, şükrlər olsun ki, həqiqi alimlər, Peyğəmbərlərin (ə) həqiqi varisləri buna imkan vermirlər. Bu dini və Aşura qiyamını qoruyub saxlayırlar. İmam Hüseynin (ə) qiyamı- 14 əsr ötməsinə baxmayaraq hər il təzədir və təravətlidir. Çünki “İmam Hüseyn (ə) qiyamı” demək, “İslam” deməkdir. O zamankı mömin ürəklərdə (möminlərin qəlbində) İslamın məhəbbəti gizli idi, möminlər o məhəbbəti qəlblərində gizli saxladılar və bir vaxt yetişdi ki, aşkarladılar, bu da, dinin bu dövrümüzə qədər yaşamasına, təhrif edilməməsinə səbəb oldu.

İmam Hüseyn (ə) və Aşuraya olan məhəbbət də, belədir. Peyğəmbərimizdən (ə) mübarək bir hədis var; “Həqiqətən möminlərin qəlbində Hüseynin (ə) gizli bir məhəbbəti vardır.” Bu gizli məhəbbət, İslamın ilk dövrlərindəki ilk möminlərin qəlblərində bəslədikləri gizli məhəbbətin davamıdır. Bu gizli məhəbbət əslində o gizli məhəbbətdən daha üstün, daha şərafətli və daha fəzilətlidir. Çünki “Şura” surəsinin 23-cü (“Məvəddət”) ayəsində ki, Peyğəmbər (s) “qohumluq sevgisindən başqa bir şey istəmirəm” buyurur, bu, 23 illik təbliğatın və peyğəmbərlik missiyasının müqabilindədir. Bu müddətin tərkibində- əlbəttə ki, İslamın ilk günlərindəki gizli təbliğat və İslama olan gizli məhəbbət də, vardır və hətta, bu, müqəddəs missiyanın girişidir, bir müqəddiməsidir. Deməli, Allah Peyğəmbərinə (s) əmr edir ki, bu təbliğatın müqabilində Əhli-Beytə (ə) məhəbbət və məvəddət bəsləmələrini istə ümmətdən. Birinci məhəbbət İslamın məhəbbətidirsə, ikinci məhəbbət İslam fədaisinin, İslamı diri saxlayan kimsənin məhəbbətidir ki, hər ikisi mömin qəlblərdə gizli qalmaqdadır.

“Möminlərin qəlbində İmam Hüseynin (ə) qətlinə görə elə bir hərarət vardır ki..” Həzrət Peyğəmbər (s) bir başqa hədisi-şərifində belə buyurur: “Möminlərin qəlbində İmam Hüseynin (ə) qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.” Bəli, bu hərarət və bu gizli məhəbbət O İnsanadır (ə) ki, Mübahilə günü və hadisəsi zamanı Həzrət Peyğəmbər (s) Onu (ə) qucağında gətirmişdi. Bilirsinizmi bu əməlin hikməti nə idi. Peyğəmbərin (s) göz bəbəyi kimi qoruyub saxladığı, Öz mübarək təbirincə desək; sağ əlinə günəşi, sol əlinə ayı versələr belə, təbliğ etməkdən çəkinməyəcəyi və gələcək nəsillərə ötürməli olduğu dini, gələcəkdə həmin körpə- İmam Hüseyn (ə) qoruyacaqdı və ilahi nurun sönməsini imkan verməyəcəkdi. Belə bir şəxsi, Həzrət Peyğəmbər (s)- Kainatın Fəxri, yaradılmışların ən üstünü, peyğəmbərlərin (ə) ən Şərafətlisi mübarək qucağında gətirir. Bu, Həzrət Peyğəmbərin (s) İmam Hüseynə (ə) olan ehtiramının açıq təzahürüdür.

Bu hərarət və bu gizli məhəbbət O İnsanadır (ə) ki, Mübahilə hadisəsində İslam Peyğəmbəri (s) nəcranlıları lənətləyəcəyi təqdirdə, İmam Hüseyn (Əhli-Beyt (ə)) “amin!” deyəcəyi halda məsihilər həlakət və məhvə məhkum olacaqdılar. Bu isə, nəcranlı məsihilərin öz etiraflarıdır ki, İslam tarixində, kitablarında aşkar şəkildə qeyd olunmuşdur.
Bu məhəbbəti qəlblərdən silməyə çalışanlar.

Tarix boyu- bu günümüzdə belə, İmam Hüseyn (ə) məhəbbətini mömin ürəklərdən silmək istəyənlər var. Zor gücünə, əks-təbliğat vasitəsi ilə bu planı həyata keçirtmək istəyiblər və istəyirlər. Niyə? İmam Hüseyn (ə) qiyamının dövrümüzün zalimlərinə nə aidiyyatı var? Bu sualın cavabı çox sadədir; Ona görə ki, İmam Hüseyn (ə) məhəbbətinin aradan getməsini istəyən və buna görə çalışanlar ancaq Yəzid (lənətullah) mahiyyətli insanlar olarlar. Çünki İmam Hüseyn (ə) qiyamı və məhəbbəti zalimləri, ədalətsiz insanları rahat qoymur, gündüzlərini gecə edir, gecə yuxularına haram qatır. İmam Hüseynin (ə) qiyamı və məhəbbəti insanları ədalətə, haqqa səsləyir, zillətə boyun əyməyi məhkum edir, şərəfli ölümü alçaqcasına yaşamaqdan üstün bilir. İmam Hüseynin (ə) şərif məzarını zaman-zaman zalim rejimlər məhv etmək, ört-basdır etmək, İmam Hüseyn (ə) zəvvarını, aşiqlərini, əzadarlarını O Həzrətdən ayırmağa çalışmışlar, amma, mümkün olmamış. Bu gün belə, İmam Hüseynin (ə) məzarı işğalda olmuş olsa belə, ora ziyarətə getmək mümkündür. Amma, Müaviyə, Yəzid, Şimr, ibn Ziyad, Hərmələ, Ömər Sədin (lənətullahi əleyhim əcməin) nə məzarları bilinir, nə də, onlara zərrəcə ehtiram yoxdur, Allahın, Peyğəmbərin (s), möminlərin lənətinə düçar olmuşlar.

Yəzid lənətliyin cəhənnəmə vasil olma hadisəsini tarix kitablarından oxumuşuq. Onu cəhənnəmə vasil edən kişinin, Yəzid lənətliyin (İmam Hüseynin (ə) qatili) olmasını öyrəndiyi zaman əlindəki alətlə onu öldürmək üçün üstünə hücum etməsi və Yəzid lənətliyin qorxudan qaçaraq ayağının ata ilişməsi və yerlə sürünərək zillət içində həlakətə düçar olması qeyd olunur. Heç şübhəsizdir ki, həmin kişini Yəzid lənətliyi öldürməyə vadar edən qəlbində olan İmam Hüseyn (ə) məhəbbəti olub. İbn Ziyad, Ömər Səd, Hərmələ, Şimr lənətlikləri və başqa qatilləri (lənətullahi əleyhim) cəhənnəmə vasil edən rəhmətlik Muxtar Səqəfi, İbrahim ibn Malik Əştər Nəxəyi və onların əsgərlərini (rəhmətullahi əleyhim) bu mübarək işə sövq edən və hərəkətləndirən- qəlblərindəki İmam Hüseyn (ə) eşqi olub. Bu, elə bir eşq və məhəbbətdir ki, sahibi döyüş meydanında öldürülsə də, Onun (ə) məhəbbəti, eşqi ölməz və bu eşq-məhəbbəti qəlblərində bəsləyənləri vadar edər ki, həmin qatillərdən intiqam alsınlar, həmin qatilləri cəhənnəmlik etsinlər.

Bu həmin məhəbbətdir ki, müsəlman xalqı zillətə qərq etməyi, öz qapısında nökər etməyi qarşısına məqsəd qoyan tağut-pəhləvi rejimini devirən və tarixin zibilliklərinə gömən İmam Xomeyni (r) həzrətlərini “bizim nəyimiz varsa, Məhərrəm-Səfər aylarının bərəkətindəndir” deməyə vadar edir, Hindistanı İngiltərə müstəmləkəsindən azad edən Mahatma Qandini öx xalqını İmam Hüseyndən (ə) ibrət almağa çağırmaqlığa səsləyir. Bu mübariz insanları qalib edən İmam Hüseyn (ə) eşqidir.

Deməli, İmam Hüseyn (ə) məhəbbətini qəlblərdən silməyə çalışanlar çox “tədbirlidirlər” və bilirlər ki, bu eşq- onların sonlarıdır, onları bir gün cəhənnəmə vasil edəcək.

Allah-Təala bizləri İmam Hüseyn (ə) aşiqlərindən qərar versin, dünya və Axirətdə bizi Quran və Əhli-Beytdən (ə) ayrı salmasın!

Möminlərin qəlbindəki gizli məhəbbət


Geri dön

EnD of TiMe

  • 20 mart 2012 23:20
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
Tesekkurler....

faithful

  • 20 mart 2012 16:31
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
Ellerinize sagliq,Allah razi olsun!oxumasam da copy etdim

★Miss Love★

  • 20 mart 2012 15:45
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Allah Тeala bizleri Imam Huseуn asiqlerinde qerar versin,dunуa ve Axireтde bizi Quran ve Ehli beутden aуri salmasin!
AMIN INWALLAH! XEBERE GORE ТEWEKKUR EDIREM=)

nar_18

  • 20 mart 2012 15:45
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✰Dгeaм✰

  • 20 mart 2012 15:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox uzundu.Oxuya bilmirem.Amma yene de bu haqda bilmirdim.Indi bildim.Tesekkurler.

_favorit_arkadas

  • 20 mart 2012 15:08
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razi olsun sizden....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}