Məni bağışla, Anam

 
Məni bağışla, Anam

Əziz anam, xatırlayırsanmı əvvəllər hər şey necə fərqli idi? Sənin yumşaq əllərin həyatı anlamağa başladığım andan hiss etdim, anladım ki ətrafımda məni sevən atam və anam var, onlar hamıdan daha üstündür, hamıdan yaxşıdırlar. Biz birlikdə dünyanın ən xoşbəxt ailəsiyik.

Xatırlayırsanmı atam necə məni yavaşca göyə atıb - tutardı. Atamın güclü əlləri üzərində olarkən heç bir şeydən qorxmurdum, çünki bilirdim ki, o məni əlindən düşürməz, mənə ağrı verməz heç vaxt.

Sən bizə baxıb sevincdən, sevgidən ağlayardın və mən də heçnə anlamayıb elə hey soruşardım: "Ana niyə axı ağlayırsan, axı heç kim xəstələnməyib, heç kim ölməyib?" Sənsə cavab verərdin ki, çox xoşbəxtəm, çünki biz varıq. Ana, bilsəydim ki hər şey belə tez dəyişəcək... Mən axı böyük qız idim, nəsə etməyə çalışardım ki, atam belə tez ölməsin, nəsə edərdim ki, sənə heçnə olmasın...

Ana yadındadırmı necə bayramlara hazırlaşardıq birgə. Novruzu, Yeni ili gözləyərdik. Hər yeni ildə birgə "yolka" bəzəyərdik, tam yuxarısına boyum çatmadıqda atam məni qucağına alıb qaldırardı, sənsə oyuncaqları mənə verərdin ki asım.


Sən tortu bişirərkən atamla mən şamları axtarıb tapardıq, səbrsizcə səni gözləyərdik. Necə də şən keçərdi günlərimiz! Birgə dənizə gedərkin, alış-veriş edərdik, mənsə hər mağazada nə görsəm bunuda alın deyərdim. O an elə bilirdim ki, bu xoşbəxtliyimiz ömürlükdü, sevincimin həddi yox idi.

Oyan ana, əziz anam, bu yenədə mənəm, sənin balaca qızın, hansını ki hər gecə qucaqlayardın, yatmadan öncə öpərdin. Dəfələrlə eyni nağılı istəyərdim, sən də yorulmadan oxuyardın, laylay mahnılarını oxuyardın. İstədiyim hər bir şeyi alardın.Xatırlayırsanmı hər gün atam gələnədək birgə nahar hazırlayardıq.

Sevgili anam xatırlayırsanmı? Məktəbə getdiyim günü xatırlayırsanmı? Mənə bantiklər almışdın, dərsdə nə edəcəklərimi atamla mənə öyrədirdiz, şəkil çəkməyi, yazı yazmağı. Bir dəfə dovşan çəkməyi o qədər istədim, amma heç cürə alınmırdı, filə oxşar şəkil çıxırdı. Atam bunu görüb mən yatandan sonra rəsm dəftərimə dovşan şəkli çəkmişdi. Məndə səhər görüb təəcüblənmişdim ki, necə oldu ki fil belə dovşana döndü. Sən isə mənə dedin ki, gecə sən yatarkən dovşan özü gəldi dəftərinə. Mənsə inanırdım hər sözünüzə. Elə bilirdim Şaxta baba həqiqətəndə var. Necə də onda gözəl idi hər şey!..

Böyüdükcə sizin mübahisələrinizi gördükdə elə bilirdim ki, günahkar mənəm. Və bir gün bu haqda atadan soruşdum səndən gizli. Ata isə dedi ki, biz səni çox sevirik, və bu hər nə olursa olsun heç bir zaman dəyişməyəcək. Necə də istərdim zamanı keçmişə qaytarmaq!..

Zaman keçdikcə ata da evə gec gəlməyə başladı. Artıq mənə şəkil çəkməkdə kömək etmirdi, mənimlə oynamırdı. Evə ancaq şən vəziyyətdə gəlirdi və ondan qəribə və xoş olmayan qoxu gəlirdi. Ana yadındadırmı? Sən ona çox bərk qışqırdın və mən sonra o qədər utanırdım ki qonşuların yanında. Hamı sizin mübahisələrinizi görürdü. Getdikcə atamdan uzağa qaçmaq istədim, sakit şəkildə baxa bilmirdim necə atam səni incidir. Dəfələrlə ağlayıb atama yalvarırdım ki, daha səni incitməsin.


Yay tətilinin ilk gününü ömürlük yaddaşıma yazdım. Atam artıq yox idi bu həyatda. Necə də ağır idi mənə hər şey, yaşamaq istəmirdim artıq. Həkimlər dedi ki, atam içməsəydi ömrü belə az olmazdı, hələ yaşayardı. Ata, indi necə də həyatımda yerin görünür...

Atam yaşasaydı bəlkə də sən də bu qədər dəyişməzdin. İndi mənə elə gəlir ki, artıq sənə lazım deyiləm. Dərmanlar içib elə hey yatırsan, deyirsən ki özünü pis hiss edirsən. Səni belə görmək elə incidir ki. Axı sənin bu halın tək sənə deyil, mənə də ağır gəlir. Ana oyan, mən artıq böyümüşəm, birgə bu çətinliklərdən keçə bilərik.


Geri dön

EnD of TiMe

  • 20 mart 2012 23:22
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
tesekkurler gozel xebere gore..

Dalga

  • 20 mart 2012 20:04
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Allah butun valideynlere can sagligi versin Anam ucun cox darixmiwam

--------------------

Priya

  • 20 mart 2012 19:32
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Anamı da atamı da çox sevirəm.Məncə,valideyn nə qədər bədbəxt olsa da övladının xatirinə,Allah eşqinə, ona verilən bu qısa ömrü layiqli yaşamalıdır.Ən azından bu onun bəndəlik borcudur.Yazı için təşəkkürlər.

--------------------




angel gunay

  • 20 mart 2012 19:27
  • Məqalə: 31
  • Şərh: 823
  • Bal:
{awards}
super..cox maraqlli idi) love
lap kederlendim recourse

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

Melek Kiz

  • 20 mart 2012 18:16
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
mamalarin adi cekilen kimi kederlenirem

nar_18

  • 20 mart 2012 18:14
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
anami cooox sevirem ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

_N_

  • 20 mart 2012 16:50
  • Məqalə: 2
  • Şərh: 71
  • Bal:
{awards}
Butun analarin ellerinden opurem.Var olsunlar...Xebere gore TWKler

--------------------
Unutsun beni demişsin, bu bana imkansız geliyor. Çünkü unutmam için önce seni hatırlamam gerekiyor.

★Miss Love★

  • 20 mart 2012 15:51
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
axira kimi oxudum ve cox beуendim dogurdanda menalidi тewekkur edirem

✰Dгeaм✰

  • 20 mart 2012 15:16
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Tesekkurler.Yaxsi yazmisan

enigmatic_girl

  • 20 mart 2012 15:15
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
axira kimi oxuya bilmedim((

--------------------

_favorit_arkadas

  • 20 mart 2012 15:06
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
maraqlidir.......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 59
Cəmi: 84

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 46
Cəmi: 126
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}