Sual-Cavab

 
Sual-Cavab

Sual-Cavab

1.Yağış suyu ilə dəstəmaz almaq olar?
Cavab:Bəli,yağış suyu pak olduğundan onunla dəstəmaz almaq olar.Bir müddət qalıb iyi,dadı və rəngi dəyişdikdə isə ondan dəstəmaz almaq olmaz.

2.Bəzən uşaqlarla mərcləşirik.Bunun haram olduğunu deyirlər.Bu doğrudurmu?
Cavab:Əgər udub-uduzacağınız təqdirdə nəyisə verəcəyinizi, yaxud hər hansı xoşagəlməz iş görəcəyinizi şərtləşmisinizsə,bu halda şərtləşmə haram və günahdır.Yox,əgər faydalı bir iş görəcəksinizsə bunun heç bir nöqsanı yoxdur.

3.Kişilər namazı qısaqol köynəklə və corabsız qıla bilər?
Cavab:Bəli,kişilər qısaqol köynəklə və corabsız namaz qıla bilər. Amma qadınlar əllər və üz istisna olmaqla bütünlüklə bağlı olmalıdırlar.

4.Yuyunduqdan sonra qurulanmadan dəstəmaz almaq olar?
Cavab:Məsh çəkilən yerlərə(baş, ayaqlar)istisna olmaqla, digər bədən üzvləri yaş olsa belə dəstəmaz almaq olar.Məhs çəkilən yerlər isə dəstəmaz alarkən mütləq quru olmalıdır.

5.Həddən artıq bahalı paltarlar almaq israfçılıq hesab olunur?
Cavab:İsrafa səbəb olan tək malın qiyməti deyil, həm də miqdarıdır.Yəni, aldığınız mal sizin ehtiyaclarınızdan xaric olarsa, ucuz olsa belə israfçılığa yol vermiş olursunuz.

6.Bəzən burnumdan qan açılır.Dəstəmaz aldıqdan sonra burnumdan gələn qan dəstəmazı pozur?
Cavab:Xeyir,burundan açılan qan dəstəmazı pozmur, qanaxmanın qarşısını alıb, namazınızı qıla bilərsiniz.

7.Bərzəx nədir?Haradır?
Cavab:Bərzəx ərəb dilində pərdə mənasını verir.Daha dəqiq desək, bu dünya ilə axirət arasında qərar verilən bir yerdir.İnsan dünyasını dəyişdikdən sonra ruhu qiyamət gününə qədər bərzəx aləmində saxlanılar.Möminlərin ruhu rahatlıqda, kafirlərin isə ruhları sıxıntıda olar.

8.Bədənə tatuaj etdirmək nə üçün günahdır?
Cavab: Bədənə zərər yetirdiyi üçün Peyğəmbərimiz (s.ə.s) bunu müsəlmanlara qadağan etmişdir.Qadağada ən başlıca məqsəd isə bədənə ağrı verməyin qarşısını almaq, başqalarının diqqətini cəlb etməmək və müsəlmanın özünü qeyri-müsəlmanlara bənzətməməsidir.

9.Kişi cinsinin nümayəndəsi qadın saç ustası olması dində necə qarşılanır?
Cavab:Bu düzgün hesab olunmur.Çünki,nəinki naməhrəm qadının saçına əl vurub müxtəlif formalara salmaq,bəlkə bazmağın özü belə düzgün deyil.Kişi bərbəri olmaqda isə heç bir problem yoxdur.

10.Televiziya verlişlərində suallara cavab verməklə qazanılan hədiyyə və ya pul haramdır?
Cavab:Xeyir,bunun heç bir günahı və haramı yoxdur.

11.Üz makiyajlı olduğu halda dəstəmaz almaq olar?
Cavab:Dəstəmaz üzvlərinə(üz, əl, qol, 2 ayağın və başın üstü) vurulan makiyaj və digər kosmetik vasitələr suyun bədənə çatmasına mane olmamalıdır.Mane olduğu halda dəstəmaz batil olur.Yəni kosmetik vasitələrin yağlılığını özünüz təyin etməli, suyun bədənə çatıb-çatmadığına əmin olmalısıız.

12.Səcdəyə gedərkən alınla yanaşı burun da yerə dəyməlidir?
Cavab:Xeyir.Səcdə burunun yerə dəyməsi vacib deyil.Burun yerə dəyə də bilər, dəyməyə də.

13.40 yaşımdan namaza başlamışam.Bilmək istərdim, 40 yaşıma qədər qılmadığım namazların qəzasını qılmalıyam?
Cavab:Bəli, hər bir müsəlman yetkinlik yaşına çatdıqda qılmadığı namazların qəzasını qılmalıdır.Qəza namazlarını istənilən vaxt qılmaq olar.Namaz vaxtı olmasa da olar.(Qızların 9, oğlanların isə 14-15 yaşından namaza başlamaları vacidir.)

14.Huri kimlərə deyilir?
Cavab:Huri cənnət sakinlərinin bakirə zövcələrinə(qadınlarına)deyilir.Huri,həmçinin gözünü qarası iri, göz qapaqları nazik olan qızlara deyilir.Qurani-Kərimdə bu ibarədən 4 yerdə istifadə olunub.Bəzi ayələrdə bu barədə söhbət açılır.(“Vaqiə”-35,38; “Sad”-52; ”Nəba”-33).


Geri dön

ANGEL LOVE

  • 21 mart 2012 10:28
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
twkler........................

--------------------

★Miss Love★

  • 21 mart 2012 09:47
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli ve deуerli xebere gore тewekkurlerrrrrr=)

_Mikayil_

  • 21 mart 2012 00:35
  • Məqalə: 1
  • Şərh: 11
  • Bal:
{awards}
twk...Allah hamimizi saxlasin.

_N_

  • 20 mart 2012 23:05
  • Məqalə: 2
  • Şərh: 71
  • Bal:
{awards}
Bunlari bilirdim xebere gore tesekkurler

--------------------
Unutsun beni demişsin, bu bana imkansız geliyor. Çünkü unutmam için önce seni hatırlamam gerekiyor.

EnD of TiMe

  • 20 mart 2012 22:49
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Oxudum..maraqli idi..Tesekkurler.....

ibn xatun_2011

  • 20 mart 2012 21:47
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
MEQALƏNİ BƏYƏNDİM....AFƏRİN....

--------------------

✰Dгeaм✰

  • 20 mart 2012 21:13
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox beyendim.Tesekkurler.

Priya

  • 20 mart 2012 21:00
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Bəyəndiyinizə sevindim.Təşəkkürlər.

--------------------




SevgiHeyatdi

  • 20 mart 2012 20:56
  • Məqalə: 6
  • Şərh: 303
  • Bal:
{awards}
Tewekkurler...cox sagolun

--------------------
Wkalatimin Balasiiiiiiiiiiii............

nar_18

  • 20 mart 2012 20:50
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

★Azerbaijan girl★

  • 20 mart 2012 20:47
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
coox gozel twklerrr

enigmatic_girl

  • 20 mart 2012 20:45
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Eline saglik canim superdi)))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}