Saxta telefonlardan gələn təhlükə

 
  • 20.03.2012, 17:53
  • Bölmə: Mobil
  • Müəllif: Deniz
Saxta telefonlardan gələn təhlükə

"Yeni Müsavat" qəzeti yazır ki, qeyri-statistik məlumatlara görə, bu gün ölkədə satışda 1 milyona yaxın yararsız mobil telefon var. Deyilənlərlə bağlı müxtəlif vaxtlarda aparılmış araşdırmalar nəticəsində hətta məlum olub ki, bu cür telefonlara saxta zəmanət kağızları da verilir.

Keyfiyyətsiz, daha dəqiq desək, saxta mobil telefonlar Azərbaycana əsasən Cənub-Şərqi Asiya, Koreya, Dubay və Çindən gətirilir. Bu ölkələrdən keyfiyyətsiz telefonların idxal edilməsinə səbəb isə iqtisadi nöqteyi-nəzərdən onların idxalçı üçün sərfəli olmasıdır. Avropa ölkələrindən fərqli olaraq, bu ölkələrdən sərfəli qiymətlərlə ölkəyə gətirilən telefonlar sexlərdə yığılır, daha sonra dövriyyəyə buraxılır. Həmin aparatların qiymətinin ucuz olması əsasən kasıb alıcı kütləsini özünə cəlb edə bilir. Xatırladaq ki, bu gün ölkədə bu cür alıcılar kifayət qədərdir.

Mobil telefon bazarında müşahidə edilən ən təhlükəli məsələlərdən biri də ölkəyə gətirilən saxta telefonların bir müddət istifadə edildikdən sonra satışa çıxarılmasıdır. Ən qorxulusu odur ki, bir çox hallarda keyfiyyətini və görkəmini dəyişmiş telefonlar yerli sexlərdə kosmetik dəyişikliklər edilməklə alıcıya təzə aparat kimi təqdim edilir. Məhz bu prosesdən bixəbər alıcılar isə qısa müddət istifadədən sonra həmin aparatların tamamilə yararsız vəziyyətə düşməsinin şahidi olurlar.

Ekspertlər bu cür mobil telefonların həm sağlamlığa, həm də cibə ziyanlı olduğunu deyirlər. Daha dəqiq desək, belə saxta mobil telefonlar tez sıradan çıxır, hətta onları təmir etdirmək belə mümkün olmur. Araşdırmalar onu göstərir ki, hələ də Azərbaycanda, əsasən də paytaxtda fəaliyyət göstərən bir çox telefon dükanlarında digər ölkələrdə istifadə edilmiş aparatların təzə telefon adı altında satışa çıxarıldığına rast gəlinir. Söz yox ki, bu cür aparatlar bəzi işbazlar tərəfindən, bilərəkdən qazanc məqsədi ilə alınıb ölkəyə gətirilir. Çünki keyfiyyətsiz telefonlar orijinallara nisbətən qat-qat ucuz qiymətə satıldığı üçün onların alıcısı daha çox olur.

Artıq heç kimə sirr deyil ki, Çində, Dubayda fəaliyyət göstərən sexlərdə həmin telefonlar üçün təzə qutular hazırlanır, telefonların üzərinə yeni korpus taxılaraq ucuz qiymətə satılır. Əldə etdiyimiz məlumatlara görə, bəzi işbazlar ucuz telefonları Avropa ölkələrində keçirilən endirim kampaniyaları zamanı əldə edirlər. Burada isə fərdi sexlərdə onların mobil operatordan asılılığını təmin edən kilid söndürülür və qeyri-rəsmi surətdə telefona təzə proqram yüklənərək satışa çıxarılır. Belə telefonlar paytaxtda və bölgələrdə holoqramsız, zəmanətsiz satılır.

Xatırladaq ki, ötən il Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi daxil olan şikayətlər əsasında Bakıdakı bir çox telefon dükanda monitorinq aparıb. Nəticədə Çində primitiv sexlərdə istehsal olunan və sertifikat almaqdan yayınan bir neçə adda keyfiyyətsiz mobil telefon aşkar olunmuşdu.

Saxta mobil telefonların fəsadları

Mütəxəssislərin fikrincə, ölkəyə qeyri-rəsmi yolla gətirilən mobil telefonların bazara yol tapması sonda ciddi fəsadlar yarada bilər. Belə ki, Çin və Dubay istehsalı olan mobil telefonların akkumulyatorunun (batareya) keyfiyyətsiz istehsalı və enerji yığılmağa qoyularkən cihazın həddən artıq elektrikə qoşulu qalması sonda partlayışla nəticələnə bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə açıqlamasında ölkə bazarındakı telefonların 30-40 faizinin saxta olduğunu bildirir. Onun sözlərinə görə, bu cür keyfiyyətsiz məhsulların ölkəyə gətirilməsi yolverilməzdir: “Müxtəlif dükanlardan alınan telefonlara illərlə təminat verilməsinə baxmayaraq, xoşagəlməz hallar baş verir. Telefon partlamalarının səbəbi isə aparatın qiymətli komponentlərindən biri olan akkumulyatorun saxta olması ilə bağlıdır. Telefonların qiymətli detallarının əksəriyyəti çox vaxt onların istehsalçısı deyil, digər ölkələrə məxsus firmalar tərəfindən saxta yolla hazırlanır. Nəticədə yığma aparat alınır ki, bu da keyfiyyətsiz məhsul deməkdir”.

Həkimlər isə bu cür telefon istifadəçilərinin müxtəlif xəstəliklərə məruz qaldığını söyləyirlər. Onların sözlərinə görə, Dubay və Cindən gətirilən telefonlarda şüalanma normadan artıq olur:

Bu telefonlarda şüalanma normadan artıqdır. Bu da istifadəçilərin sağlamlığına pis təsir edir. Bu cür saxta telefon istifadəçiləri arasında xərçəngə yoluxma riski böyükdür. Bəzən bu telefonlar dəri xəstəliyinə səbəb olur”.

Ekspertlərin sözlərinə görə, mənşə və uyğunluq sertifikatı olmayan, imey kodu pozularaq satılan Çin və Dubaydakı kiçik sexlərdə istehsal olunan saxta mobil telefonlar istehlakçıların həyatı üçün təhlükə yaradır.

Qeyd edək ki, araşdırmalarımız zamanı o da məlum oldu ki, ölkəyə gətirilən saxta mobil telefonlar əsasən “28 may” metrostansiyasının yaxınlığındakı mağazalarda satılır.
Mobil telefonların təmiri ilə məşğul olan Hidayət İsmiyev bildirdi ki, bütün saxta telefonlar keyfiyyətsiz tərcümə və çoxsaylı orfoqrafiya səhvlərinə malikdir:

Onların funksionallığı da orijinaldan xeyli fərqlənir. Menyu tamamilə fərqli şəkildə əks olunur, yalnız ikonalar orijinala oxşar olur. Orijinal telefonda isə aparatın yoxlamadan keçdiyini bildirən sertifikatlar olmalıdır. Saxta telefonlarda ya belə sertifikatlar olmur, ya da onlar savadsız şəkildə hazırlanıb və əsl sertifikatlardan kəskin şəkildə fərqlənir. Bu işdə bir şərt var, orijinal olan, lakin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən aparatlarda belə sertifikatlar və istehsalçının zəmanət xidməti olmur”.


Geri dön

_favorit_arkadas

  • 14 aprel 2012 14:33
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
..:MeleK kiz:..,
mencede

--------------------

VIPTOZ

  • 21 mart 2012 00:10
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
saxta veya ariginal ferqi yoxdu ansuzda hamisi ziyandi.ama menimki saxta deyil ve saxtaynan originali secmekde cetin deyil tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

EnD of TiMe

  • 20 mart 2012 23:07
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Saxta deyil menim telefonum...Tesekkurler....

.♣.Chrysalis.♣.

  • 20 mart 2012 21:48
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
maraqli xeber idi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Deniz

  • 20 mart 2012 21:25
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Ne qeder uzun xeber haziirlanisam ey men:))

★Miss Love★

  • 20 mart 2012 20:26
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
hmm maraqlidir,mende ariginaldir,тewekkurler=)

enigmatic_girl

  • 20 mart 2012 20:10
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm maraqlidir))

--------------------

ME_SA

  • 20 mart 2012 19:54
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
Menim telefonum arginaldir .Amma mence de bunlar insan sehhetine ziyandir!TWK

--------------------
legen.az <3

nar_18

  • 20 mart 2012 18:09
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler maraqli xeber idi ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

..:MeleK kiz:..

  • 20 mart 2012 18:07
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
arginal tapmaq cetin deyil prosta geydirmeden baha olurda onada her adamin imkani catmir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 46
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 3
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}