Azan və İqamədə "Əşhədu ənnə Əliyyən Vəliyullah" demək düzgündürmü?

 
Azan və İqamədə "Əşhədu ənnə Əliyyən Vəliyullah" demək düzgündürmü?

Əhli Beyt davamçıları sayılan Şiələr azan və iqamədə qədim zamandan bəri "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra "Əşhədu ənnə Əliyyən Vəliyullah" kəlməsini deməkdədirlər. Ancaq Şiə və Cəfəri məzhəbini kifayət qədər tanımayanlarda belə bir sual meydana gəlir “Görəsən bu şəhadət deyilməsi namazın Azan və İqaməsində düzgündürmü?”. Biz ABNA olaraq Şiə dünyası tərəfindən təqlid edilən müçtehitlerin bu mövzudakı fətvalarını nəşr edirik…

İmam Xomeyni: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin qisimindən deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət (Allaha yaxınlaşma) qəsdiylə deyilməsi yaxşıdır.

İmam Xamnei: "Əşhədu ənnə Əliyyən Vəliyullah" Şiənin şüarı və şüarı olaraq gözəl və əhəmiyyətlidir və mütləq qürbət qəsdiylə deyilməlidir, ancaq azan və iqamənin qisimindən deyil.

Ayətullah uzma Məkarim Şirazi: "Əşhədu ənnə Əliyyən Vəliyullah" (yəni: Həzrəti Əlinin bütün yaradılmışların vəlisi olduğuna şəhadət verirəm) azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra təbərrük qəsdiylə deyilməlidir, lakin onun bir qisimindən olmadığı başa düşülməlidir.

Ayətullah uzma Seyid Əli Sistani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbet qəsdiylə deyilməlidir.

Ayetullah uzma Vəhid Xorasanı: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq həzrəti Əlinin vəlayəti dinin tamamlayıcısı olduğundan ona şəhadət verib şahid tutmaq bütün hallarda yaxşıdır. Eləcə də "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra "Əşhədu ənnə Əliyyən Vəliyullah" demək ən fəzilətli ibadətlərdən biridir.

Ayətullah uzma Cəfər Subhani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra mütləq qürbət qəsdiylə və azan və iqamənin zinəti olaraq deyilməlidir.

Ayətullah uzma Safı Gulpəyqani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət qəsdiylə deyilməsi yaxşıdır.

Ayətullah uzma Nuru Həmədani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət qəsdiylə deyilməsi yaxşıdır. Lakin bizim zamanımızda olduğu kimi Şiənin şüar və şüarı sayıldığından hər halda bu şüarın deyilməsi gözəl və lazımlıdır.

Ayətullah uzma Ələvi Gorqani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət qəsdiylə deyilməsi yaxşıdır.

Ayətullah uzma Məzahiri: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra iki dəfə deyilməsi müstahəbdır, lakin Şiənin şüar və şüarı olduğundan deyilməsi lazımlıdır.

Mərhum Ayətullah uzma Behçət: Əmirəl Möminin Əli bin Əbu Talibin (əleyhi salam) vilayətini təsdiq edilməsi müstəhəbdir, azanda bəyənilən bir iş ünvanında deyilməlidir. "Nihayə", "Fəqih" və "İhticac" kitablarında "ənnə Əliyyən Vəliyullah" və ya "Əliyyun Əməril Möminin" və ya bu yönlü ibarətdə "əşhədu ənnə Əliyyən Vəliyullah" deyilməsi istənilmişdir. Azandan əlavə digər məqamlarda da vəlayəti təsdiq etmək yaxşıdır. Bu səbəbdən xas bir dəlilə ehtiyac yoxdur. Burada deyilməsi lazım olan ən əhatəli cümlə həzrəti Əmirəl Mömininin (əleyhi salam) və günahsız imamların xəlifə və ya qəyyum olduğunu təsdiq etməkdir.

Mərhum Ayətullah uzma Mirzə Cavad Təbrizi: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət qəsdiylə deyilməsi yaxşıdır.
Mərhum Ayətullah uzma Fazil Lənkərani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət qəsdiylə deyilməsi yaxşıdır.

Ayətullah uzma Sadiq Ruhani: Azan və iqamədə "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra "əşhədu ənnə Əmirəl Mömininə Əliyyən Vəliyullah" və ya "əşhədu ənnə Əliyyən Əmirəl Möminin Vəliyullah" demək müstəhəbdır, hətta bu cümlə Şiənin şüarı olduğundan, bəzi fəqihlər bu cümlənin deyilməsinin vacib olduğu ehtimalını vermişlər. Tərk edilməməlidir.

Ayətullah uzma Seyyid Sadiq Şirazi: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçasıdır. Bəzi rəvayətlərdə buna işarə olmuşdir.
Üçüncü şəhadətin (Əşhədu ənnə Əliyyən Vəliyullah) azan və iqamənin bir parçası olduğunun mənas budur: yəni əgər azan və iqamə onsuz oxunsa azan və iqamə naqis məna daşıyacaq və azan və iqaməni tamamlamaq lazımdır.

Azan və İqamədə "Əşhədu ənnə Əliyyən Vəliyullah" demək düzgündürmü?


Geri dön

EnD of TiMe

  • 22 mart 2012 15:19
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
Tesekkurler xebere gore.......

Beren Saat...

  • 22 mart 2012 11:48
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
tewekkurlerrrrrr

Miss Lady

  • 21 mart 2012 21:44
  • Məqalə: 180
  • Şərh: 2216
  • Bal:
{awards}
allAH RAZI OLSUNN

_N_

  • 21 mart 2012 16:46
  • Məqalə: 2
  • Şərh: 71
  • Bal:
{awards}
"Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbet qəsdiylə deyilməlidir...duzdu

--------------------
Unutsun beni demişsin, bu bana imkansız geliyor. Çünkü unutmam için önce seni hatırlamam gerekiyor.

✰Dгeaм✰

  • 21 mart 2012 16:26
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

_favorit_arkadas

  • 21 mart 2012 16:17
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 12
Qonaqlar: 52
Cəmi: 85

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}