Təvazökar qəlbdən iblis qaçır

 
Təvazökar qəlbdən iblis qaçır

Həzrət İmam Cəfər Sadiq (ə) mühüm bir əməli nöqtəyə həmişə işarə edərdi. O da budur ki, əgər qəlb təvazökar halətə malik olarsa, həm daxili və həm də zahiri şeytan bütün varlığı ilə bu insandan qaçar. Təvazökar qəlb, sanki düşən meteor kimidir və şeytanlar onun qorxusundan səmaya yaxın dura bilmirlər. Əgər özlərinə yaxınlaşmaq cürəti versələr, onun təsiri altında bütün varlıqları ilə qaçarlar. (Erfan)

Qurani-Kərimdə Allah Təala buyurur: “Biz (yerə) ən yaxın göyü ulduzlarla bəzədik. Və (onu) itaətdən boyun qaçıran hər bir şeytandan qoruduq. Onlar mələyi-əlanı (uca aləmi) eşidə bilməzlər və hər tərəfdən atılarlar. Şiddətlə qovularlar və onlar üçün daimi əzab vardır”. (“Saffat” 6-9).

Bəli, namaz - İlahinin mənəvi səmasıdır və təvazökar qəlb o səmanın ulduzlarıdır. O vaxta qədər ki, bu ulduz və düşən meteor vardır, şeytan Quran qarisinə və Quranı təlavət edənə əl vura bilməz. Əgər namazqılanın namazını pozmaq istəsə, qəlbinin təvazökarlığı meteor kimi ona namazqılana yaxınlaşmağa icazə verməz. Ona görə də Allah Təala Quranda buyurur ki, o zaman ki, Quran oxumağa başlayırsan, qovulmuş şeytandan Həzrət Haqqa pənah apar. Yəni bu pənah təkcə “Əuzu billəhi minəş-şeytanir-racim” sözləri ilə olmamalıdır. Bu pənah həm də əməli olmalıdır. Bu mənada ki, insan vücudunda gərək ixlas, təvazökarlıq, mərifət, eşq, diqqət, yoxsulluq və zillət təcəlli etməlidir. Bu təcəlli də həmin pənah apardığımız yerdir. Əgər bu səngərdə qərar tutarıqsa, şeytanın əli, xüsusilə də namaz zamanı bizə çatmaz. O zaman ki, dillə deyirik ki, pənah aparıram, dediyimiz bu sözün həqiqi mənasını tapması üçün əməli şəkildə bu pənaha tərəf hərəkət etmək lazımdır. Özünü şeytanın əlinin çatmadığı bir yerə çatdırasan ki, hər nə qədər Allaha yaxın olarsan, şeytan da o qədər səndən uzaqlaşar.

Ancaq bu həqiqəti dərk etməsən, Təkbirətul-ehramdan sonra hər nə qədər desən də ki, “Əuzu billəhi minəş-şeytanir-racim” - təsir etməyəcəkdir və namazın lənətlik iblisin əlindən amanda olmayacaqdır.

Mehriban Allah insana olan lütfü səbəbindən, hidayət və kamal vasitələrini onun üçün hazırlamışdır. Onu təhlükələri uzaqlaşdırmaq üçün xüsusi vasitələrlə təchiz etmişdir. Bu silahların köməyi ilə insan özünü şövq və həvəslə hidayət nuruna boyayar və daima təhlükələri qovmaq üçün bir əli silahda olar. Allahın inayəti ilə vücudunun torpağını İlahi məhsullar üçün hazırlayar və torpağı şeytandan qoruyar.

O zaman ki, qəlb Allah düşməni tərəfindən zəbt edilir, istər daxili olsun, istərsə də xarici - həqiqətə çatmaq qeyri-mümkün olur və İlahi mələkut aləmini əlçatmaz və İlahi feyzlərdən məhrum edər. Əgər Mövlanıza tərəf yol tapsanız, əgər Onun eşq çərbətindən içmək istəsəniz, Allah sizə Öz Müqəddəs dərgahına yol göstərər. Onun evi olan qəlbinizi düşmənin əlindən alın və Ona tərəf pərvaz edin. Ondan istəyin ki, qəlbinizə iblisdən nicat versin və bu yolda sizə yardım etsin.

Onu bil ki, insan qəlbinin bir üzü ruhani aləmdə, bir üzü isə cismani aləmdədir. Əgər İlahi feyz bir üzvə çatmazsa, orada hasarlar yaranar. Həmin üzv hərəkətdən qalar. Qəlbin həm silahı, həm də fəsadı vardır. Silahı onun səfasında, fəsadı isə küdurətindədir. İnsanın xaricində beş hiss orqanı vardır və qəlbində də bu cür beş hiss sistemi vardır. Əgər onlar sağlam olsalar, insan qeyb aləminin ruhaniliyini dərk edər. Qəlbin həmçinin qeybi müşahidə etməsi üçün gözü vardır. Qeyb əhlini eşitmək üçün qulağı, İlahi kəlam üçün dili və dadma orqanı vardır. Hər kimdə bu üzvlər sağlam olmazsa, qəlbində fəsad yaranar. Hər kimin qəlbindəki hiss orqanlarında çatışmamazlıq yaranarsa, cəhənnəm onun üçün olar. Quran buyurur: “Şübhəsiz ki, biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, amma onunla anlamazlar. Gözləri vardır, lakin onunla görməzlər. Qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvanlar kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafillər də məhz onlardırlar”. (“Əraf” 179).

Quranda qəlb haqqında çox sayda ayələr vardır. Hər birində də qəlbin xüsusiyyətləri açıqlanmışdır. Belə ki, Quran buyurur: “Buna görə də məgər Allahın sinəsini İslam (ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)? Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər”. (“Zumər” 22). “Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir”. (Mücadilə” 22). “Onun məhəbbəti ürəyinin pərdəsindən qəlbinin dərinliklərinə sirayət edib. Həqiqətən biz onu açıq-aşkar bir azğınlıqda görürük”. (Yusuf” 30).

Uca Allahdan istəyək ki, bizləri qəlbi təvazökarlardan qərar versin!

Təvazökar qəlbdən iblis qaçır


Geri dön

Beren Saat...

  • 22 mart 2012 11:13
  • Məqalə: 0
  • Şərh: 178
  • Bal:
maraqli xeberdi

ANGEL LOVE

  • 21 mart 2012 21:47
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler...............................

--------------------

_N_

  • 21 mart 2012 15:06
  • Məqalə: 2
  • Şərh: 71
  • Bal:
{awards}
Tesekkurler xebere gore winked

--------------------
Unutsun beni demişsin, bu bana imkansız geliyor. Çünkü unutmam için önce seni hatırlamam gerekiyor.

✰Dгeaм✰

  • 21 mart 2012 14:59
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Insallah her birimizin qelbi ele olar ve seytan bizden uzaq olar.

EnD of TiMe

  • 21 mart 2012 14:50
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Teki bele olub seytani ozumuzden qacirdaq...Tesekkurler xebere gore

★Miss Love★

  • 21 mart 2012 13:43
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Uca Allahdan isтeуek ki,bizleri qelbi тevazokarlardan qerar versin!
Amin inwallah,maraqli xebere gore sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}