Yemək seçən uşağınızı yola gətirin

 
Yemək seçən uşağınızı yola gətirin

Bəslənmə mövzusunda ailələrin qarşılaşdığı ən ciddi problem uşaqlarının yemək seçməsidir. Uşağınız yemək seçirsə, ona sağlam və balanslı bir bəslənmə alışqanlığı qazandırmaq olduqca çətinləşəcək.

Uşaqların yemək seçməsinə mane olmaq və seçdiyi qidaları yeməsi üçün nələr edilə biləcəyini dietoloq Səma Mamak belə izah edir:

Uşaqlıq insan həyatında digər bütün vərdişlərin qazanıldığı kimi bəslənmə vərdişinin də qazanıldığı ən əhəmiyyətli dövrdür. Bu dövrü şəkilləndirən faktorların başında valideynlərinin sahib olduğu həyat şəkli, genetik xüsusiyyətlər və uşağın zaman keçirdiyi ictimai ətraf gəlir. Bu dövrdə uşağın kafi və balanslı bəslənməsi fiziki və ruhi baxımdan sağlam inkişafında çox əhəmiyyətli rol oynayır. Təbii olaraq uşaqlıq çağındakı fərdlər bəslənmə vərdişlərini balanslı və sağlam bəslənməyə istiqamətlənən istəklərlə təşkil edə bilməzlər. Uşaqlıq çağındakı fərdlər əksəriyyətlə şirniyyat, çipsi, şokolad (ümumiyyətlə əllərinə nə keçsə) kimi qidalara üstünlük verirlər. Uşağın bəslənmə vərdişini təşkil edəcək və yerləşdirəcək olan ən əhəmiyyətli faktor yenə valideynlər olacaq.

Yaxşı, uşaq bəslənməylə əlaqədar qərarları verməyə nə vaxt başlayır? 24 ay- 5 yaş dövrü arasında seçimləri inkişaf edir və bunu valideynlərə, ya da dayəsinə bildirməyə başlayırlar. Bu dövr fiziki inkişafda da özbaşına geyinmə, çəngəl-qaşıq istifadə etmə, daha hərəkətli olmaq baxımından ən aktiv müddətdir. Bu müddəti uşaqların əksəriyyəti evdə keçirirsə, ana-ata, qardaş; məktəb, bağça, ya da körpələr evi kimi valideynlərin idarə etmədiyi bir yerdə keçirirsə, yoldaşlarının vərdişlərini mənimsəyər və bəslənmə mənasında da gördüyü hər detala sahiblənərlər. Beləliklə, qidalara qarşı fikirləri, onları seçməsi ya da rədd etməsi inkişaf etməyə başlayar.

Yeməyi seçmə və rədd etmə uşaqlarda görülən ən əhəmiyyətli bəslənmə problemlərindən biridir. Bəs uşaqların yeməyi seçmə ya da rədd etmə problemi haradan qaynaqlanır?

- Körpəlik dövründə bəslənməsinə diqqət göstərilməməsi. Xüsusilə əmizdirmə dövründə anadan uzaq keçirilmiş körpəlik, kifayət qədər ana südü ilə bəslənməməsi, ya da çox bəslənməsi bəslənmə vərdişinin pozulmasında ilk pillədir.
- Əmizdirmə dövründən sonra əlavə qida almağa başlayan körpənin qarışıq halında,yeməyinə əlavə olunan qidaların dadını ayrı-ayrı ala bilməyəcək şəkildə bəslənməsi.
- Tez-tez qarşılaşdığımız vəziyyət olan ananın əlində qaşıqla uşağın arxasında gəzməsi şəklində görülən yemək yedizdirmək üçün edilən israr və təzyiqlər.
- Uşaqların bu dövrdə yemək yeməkdən daha əhəmiyyətli gördükləri şeylərin olması; xüsusilə xarici dünyanı kəşf etmək, ictimai əlaqələr qurmaq, öz azadlığını inkişaf etdirmək, istədiklərini etdirməyə çalışmaq, ətrafında gördüyü davranış və tutumları təqlid etmək, oyun oynamaq, ətrafı və bilmədiyi şeyləri öyrənmək, yoldaşlarıyla yarışmaq.
- Həzm sistemi parazitləri, çeynəməsinə və udmasına uyğun olmayan qidalar, acı və turş dadın sıx olduğu ərzaqların yeməyini yeməkdən imtina etməyə və bilvasitə iştahsızlığa səbəb olması.
- Oyun oynadığı əsnada, cizgi filmi izlərkən ya da maraq dairəsinin başqa bir yerdə olduğu anlarda yemək yeməsi.
- Daha əvvəl yediyi zaman özündə gözəl təəssüratlar buraxmayan, ya da sonradan narahatlıq verən qidalarla yenidən qarşılaşmaq.
- Yemək masasında özünə göstərilən maraq dairəsinin dağıldığını hiss etmək, ya da masa ətrafında aparılan mənfi dialoqlar və uşağın bu vəziyyəti silah olaraq istifadə etməsi.
- Yemək seçdiyi ya da rədd etdiyi zaman ana-atanın danlaması, əsəbiləşməsi.
- Qarşısına qoyulan yeməyə diqqət göstərilməmiş olması, qarışıq ləzzətlərin bir yerdə olması.

Uşağın seçdiyi qidalarla arasını düzəltmək üçün nə edilməlidir?

Bu nöqtədə soruşulacaq ilk sual: yemək yemək tamamilə uşağın istəyinəmi buraxılmalı, yoxsa ona heç söz haqqı vermədən ana-atanın idarəsindəmi olmalıdır?
Əvvəlcə edilməsi lazım olan şey uşağın artıq öz başına bir fərd olduğu və yemək yemənin də öz idarəsi altında olması istəyini unutmamaqdır. Ona aid bir qab, çəngəl,qaşıq saxlamaq, ailə süfrəsində uşaq kürsüsündə ya da rahat hərəkət edə biləcəyi şəkildə oturmasını təmin etmək lazımdır

Uşaqların yemək seçməyinə maneə olacaq tədbirlərimizi belə sıralaya bilərik:

- Əmizdirmə dövründə əlavə qida olaraq verilən qidaların qarışıq deyil tək-tək verilməsi və uşağın hər bir qidanın dadına hakim olmasının təmin edilməsi.
- Və yenə bu dövrdə dadını bilmədiyi qidanın qalmaması.
- Dadını bəyənmədiyi qidanı yeməsi üçün məcbur etməmək.
- Əgər yemək istəməzsə, yeməyi qarşısından götürüb və sonrakı paya qədər heç bir şey verməmək yemək seçməsinə mane olmaqda əhəmiyyətli rol oynayar. Belə bir vəziyyətdə ac qalacaq narahatlığıyla sevərək uşağın yediyi başqa bir qida verilməməlidir.
- Alış-veriş zamanı rədd etdiyi qidayla əlaqədar ondan məsləhət almaq, o anda alveri oyun halına gətirmək, xüsusilə rədd etdiyi tərəvəz, ya da meyvədən 1-2 dənəsini özünün səbətə qoymasına icazə vermək
- Süd-qatıq qrupu qidaları yemık etmək istəməzsə bəzəkli-rəngli bir stəkanla uşağa xidmət edin, sevəcəyi südlü şirnilər hazırlayın, rəngli qaşıqlar, pipetler istifadə edin.
- Toyuq, ya da qırmızı ət,ya da balığı böyük parçalar halında yeməyi rədd edirsə, qiymə halında sevdiyi başqa bir qidaya əlavə edərək yedirmək , əti qiymə şəklinə gətirib şəkilli küftələr etmək, makaron kimi sevdiyi bir qida varsa, makaronu ətin yanında bəzəmək üçün istifadə etmək və bu sayədə yedirmək.
- Tərəvəz qrupu qidaları yeməyi rədd edərsə, evdə tez-tez tərəvəz yeməyi bişirmək, ailəlikcə süfrədə tərəvəz yeməyi yemək, çiy tərəvəzi şəkillər verərək sevdiyi cizgi filmi xarakterlərinə bənzədərək dilimləmək, kiçik parçalar halında, çubuq şəklində, halqalar şəklində vermək və hər nə şəkildə olursa-olsun, şorbalarına,makaronuna qarnitur olaraq əlavə etmək.
- Meyvələri özünün seçməsini, bəyənməsini təmin etmək, xoş görünüşlü meyvə salatları etmək,beləcə bütün meyvələri dadmasını təmin etmək və yenə meyvələri istifadə edərək evdə xoşlanacağı şəkildə kekslər hazırlamaq.
- Yemədiyi bir qidanı qəbul etmək qarşılığında sevdiyi başqa bir qidanı mükafat olaraq göstərməmək və rədd etdiyi qidaları anlayacağı dildə sağlamlığı üçün nə kimi faydaları olduğunu izah etmək.


Geri dön

EnD of TiMe

  • 22 mart 2012 15:10
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
yemeyleri men cox secirem...tesekkurler..

tontonun anasi

  • 22 mart 2012 12:14
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
MENE LAZIMIYDI BU XEBER COX SAGOLUN

--------------------

Beren Saat...

  • 22 mart 2012 11:31
  • Məqalə: 0
  • Şərh: 178
  • Bal:
{awards}
cooox gozel xeberdi

Angel Milana

  • 21 mart 2012 23:07
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
hmm twk xebere gore...))

--------------------
<3 Dunyanin 7 mocuzesi varmiw...Menden 6 dene daha mi var?...Inanmam!... <3

ANGEL LOVE

  • 21 mart 2012 21:27
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
maraqlidir............................

--------------------

angelochik

  • 21 mart 2012 19:40
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
he gelecekde lazim olar

enigmatic_girl

  • 21 mart 2012 18:49
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Maraqlidir wink

--------------------

Miss Lady

  • 21 mart 2012 18:43
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
MEN HELE OZUM USAGAM...XEXEXEE

nar_18

  • 21 mart 2012 18:39
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
heleki lazim deyil wink ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

kEnd4i KiVIRCiK

  • 21 mart 2012 18:13
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
cox gozelll<<<<<<<<gelecekde cocuk olarsa eleyeriikkkkkk..>>>>>

..:MeleK kiz:..

  • 21 mart 2012 18:09
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
maraqli xeberdi gelecekde lazim olacaq

VIPTOZ

  • 21 mart 2012 18:05
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
men sulu yemeklrden basqa hec bir yemeyi secmirem.usaqliqdada bele olmusam tsk xebere gore

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

C.I

  • 21 mart 2012 17:42
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
maraqli ve super xeberdi tsk edirem........

--------------------

Deniz

  • 21 mart 2012 16:49
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Men usaq vaxti hec yemek secen deyildim, indi her yemeyi beyenmirem:)) usaq vaxti mamam ne verse yeyirdim ey:)))

★Miss Love★

  • 21 mart 2012 16:48
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Mende uwaq vaxтi уemek уeуende mamami bezdirerdim hecne уemezdim,mamam hemiwe dalimca qacirdi wink

miniwinx

  • 21 mart 2012 16:48
  • Məqalə: 0
  • Şərh: 339
  • Bal:
{awards}
Maraqlidi........................... wink Twk

--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

✰Dгeaм✰

  • 21 mart 2012 16:47
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqlidi.Cox sagol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 22

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}