Niyə Özünü Aldadırsan?: 1. Giriş

 
Niyə Özünü Aldadırsan?: 1. Giriş

Niyə Özünü Aldadırsan?: 1. Giriş

Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə insanların böyük hissəsinin həyatdakı məqsədləri bir-birinə bənzəyir. İlk baxışda bir-birlərindən fərqli görünsələr də, əslində təməldə eynidirlər. Çünki həyat tərzləri dəyişsə də, dünyaya aid istəkləri, bağlılıqları, maraqları, planları, idealları və əməlləri çox oxşardır.

İnsan xarakterinin formalaşdığı ilk illər uşaqlıq illəridir. Bu illərdə uşaqların olduqca məsuliyyətsiz və dünyadan xəbərsiz həyatı olur. Sonra məktəb həyatı və gənclik illəri gəlir. Bu illərdə məqsəd çoxlu dostlar tapmaq, məktəbdə məşhur olmaq, dəbə uyğun paltarlar geyinmək, ətrafındakılara özünü göstərmək kimi klassik istəklərlə məhdud olur. Daha sonra məktəb illəri sona çatır və iş həyatı başlayır. İş həyatında insan öz peşəsində yüksəlməyə, daha çox pul qazanmağa, daha üstün mövqeyə yiyələnməyə çalışır. Buna görə bütün vaxtından və imkanlarından istifadə edir. Həmçinin yaxşı insan tapıb evlənmək və "oğul-uşaq sahibi olmaq" üçün səy göstərir. Dünyadakı ən əhəmiyyətli hadisənin "xoşbəxt ailə qurmaq" olduğunu düşünür. Bir sözlə, insan doğulur, böyüyür, təhsil alır, iş həyatına başlayır, evlənir, övlad sahibi olur, bacardığı qədər pul və etibar qazanmağa çalışır, sonra uşaqlarını evləndirir, nəvə-nəticə sahibi olur… Beləliklə, bir neçə dünyəvi məqsəd və idealla yaşayır. Əlbəttə ki, bunların hamısı dünya həyatında vacib olan və müsəlmanların şövqlə yerinə yetirdikləri işlərdir, ancaq hər bir insan əsl məqsədini unutmadan, dünyada imtahan olunduğunu, dünyanın axirət üçün hazırlıq yeri olduğunu bilərək hərəkət etməklə məsuliyyət daşıyır.

Niyə Özünü Aldadırsan?: 1. Giriş

Allah üstün güc sahibi Yaradıcımızdır və Onun qüdrəti qarşısında hər bir insan qulluq vəzifəsini qüsursuz olaraq yerinə yetirməlidir. İman sahibi olan insan ibadətlərinə göstərdiyi diqqətinə görə özünü bəlli edir. Allahın fərz buyurduğu zəkat, beş vaxt namaz, dəstəmaz və oruc kimi ibadətlərini həyatı boyunca şövqlə davam etdirir. İbni Ömərdən (r.ə.) rəvayət edildiyinə görə, Rəsulullah səllallahu əleyhi və səlləm belə buyurmuşdur:
"İslam beş təməl üzərində bina edilmişdir: Allahdan başqa ilah olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək. Namazı düzgün qılmaq, zəkatı haqqıyla vermək, Allahın evi Kəbəni həcc etmək və Ramazan orucunu tutmaq."
(Buxari, İman 1, 2, Təfsiri-surə (2)
30; Müslim, İman 19-22. Bundan əlavə bax: Tirmizi, İman 3; Nəsai, İman 13)

İllər sürətlə keçir və insan heç gözləmədiyi anda həyatın ən böyük və qaçılmaz həqiqətlərindən biri ilə qarşılaşır. Ölüm vaxtı gəlmişdir; bəlkə 50, bəlkə 60 və ya ən çox 70 yaşında bu dünyadan köçür.
O ana qədər ölümü heç düşünməmiş və ya çox az düşünmüşdür. Ətrafında çoxlu sayda insanın ölümünə şahid olmuş, amma öz ölümünü həmişə uzaq görmüşdür. Həyatı boyu ölümü düşünməyi belə ağlından keçirməmişdir; çünki dünyəvi maraqlara qapılmışdır. Buna görə Allahın rizası, cənnət, cəhənnəm kimi mövzulardan çox uzaqdır. Bu həqiqətlər üzərində düşünərək həyatının əsl məqsədini qavraya bilməmişdir. Dünyada yaşadığı dövrdə bir çox hədəfləri, planları və mənfəətləri olmuşdur. Dünya üçün çox çalışmışdır, amma ölümdən sonrası üçün heç bir hazırlığı yoxdur.
Belə bir vəziyyətdə heç gözləmədiyi anda yuxudan oyanırmış kimi hazırlıqsız və çaşqın halda ölümlə qarşılaşır. Geri dönmək istəyir, yalvarır. Amma artıq çox gecdir. Allah belə insanların vəziyyətini “Səcdə” surəsində belə xəbər verir:

De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız!” Kaş günahları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Ey Rəbbimiz! gördük, eşitdik. İndi bizi qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” – deyəndə görəydin! (“Səcdə” surəsi, 11-12)

Bəs, insan bu vəziyyətə necə düşür? Əsla düzəlməsi mümkün olmayan peşmançılığa düşənə qədər bu həqiqətlərdən necə qaçır? Dünyada yaşama məqsədini necə göz ardı edir?

İnsanların bu cür həyati əhəmiyyətli həqiqətləri göz ardı etmək və bunu edərkən də özlərini ovutmaq üçün istifadə etdikləri bəzi müdafiə mexanizmləri vardır. Bunlardan biri və bəlkə də ən təsirlisi insanın "özünü aldatması"dır. Özünü aldadan insan başda ölüm olmaqla bütün həqiqət və məsuliyyətlərdən qaça biləcəyini zənn edir. Halbuki özünü aldatmaq insanın qurtuluşu üçün çarə deyil. Əksinə, dünyada yaşamasının əsl məqsədini görməməzliyə vurmaq insanı sonu cəhənnəmlə nəticələnən çıxılmaz yola aparır. Elə isə insan həqiqətləri göz ardı edib özünü aldatmağı bir kənara qoymalı və Allahın dünyada ona verdiyi vaxtı ən gözəl şəkildə qiymətləndirməlidir.

Niyə Özünü Aldadırsan?: 1. Giriş

İndi bütün bunları özünüz üçün düşünün. Bu günə qədər yuxarıda təsvir etdiyimiz kimi bir həyatınız ola bilər. Siz də həyatınızın əsl məqsədi üzərində düşünməmiş, sizi yaratmış olan Allaha qarşı məsuliyyətlərinizi unutmuş, özünüzü aldadaraq yaşamış ola bilərsiniz. Əgər bu vəziyyətdə ikən bir anda ölüm və ardınca da əbədi peşmançılıqla qarşılaşmaq istəmirsinizsə, burada izah edilən həqiqətləri ciddi şəkildə düşünərək oxumalısınız. Çünki bu kitabda insanların həyatı boyu özlərini aldatdıqları mövzular açıqlanır və görməməzlikdən gəldikləri əsl həqiqətlər bildirilir.
Unutmayın! Ölüm anında oyanmaq və həqiqətləri görmək insana fayda verməyəcək. Allah bu barədə insanları qəti şəkildə xəbərdar edir:

Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Və Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (“Munafiqun” surəsi, 10-11)


Geri dön

EnD of TiMe

  • 22 mart 2012 15:12
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
Tesekkurler xebere gore..

Beren Saat...

  • 22 mart 2012 11:33
  • Məqalə: 0
  • Şərh: 178
  • Bal:
{awards}
coox sagolun maraqlidi

angelochik

  • 21 mart 2012 19:45
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
tewekkurler

nar_18

  • 21 mart 2012 18:58
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
deyerli xebere gore teshekkur edirem ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Miss Lady

  • 21 mart 2012 18:45
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
COX SAGOL EZIZ DOSTUM MENIM BU XEBERE GORE..BELE XEBERLERIN DAVAMINI GOZLEYIREM SENDEN.

J ♥ S

  • 21 mart 2012 18:15
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Allah razi olsun sizden! tewekkkurler...

--------------------
J & S ∞♥....

C.I

  • 21 mart 2012 18:02
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
tsk..............

--------------------

host96

  • 21 mart 2012 17:37
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkk[right][/right]

✰Dгeaм✰

  • 21 mart 2012 16:45
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

★Miss Love★

  • 21 mart 2012 16:43
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqlidir oxudum тewekkur edirem

_N_

  • 21 mart 2012 16:39
  • Məqalə: 2
  • Şərh: 71
  • Bal:
{awards}
“Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Və Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (“Munafiqun” surəsi, 10-11)

--------------------
Unutsun beni demişsin, bu bana imkansız geliyor. Çünkü unutmam için önce seni hatırlamam gerekiyor.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}