Tənhalıq sənin daxilindədir

 
Tənhalıq sənin daxilindədir

Tənhalıq – qorxunc bir haldır. Ən azından, bunu belə qəbul edir cəmiyyət. Tək qalmaq, dostların olmaması, qohumların yoxluğu, sevgisiz qalmaq – bir çox insan üçün ən çətin görünən bir həyatdır. Başqa insanların diqqətindən uzaq qalmaq, mənəvi yaxınlıqları olmadan, doğmaların dəstəyi olmadan, cəmiyyət tərəfindən qəbul olmadan və heç kim tərəfindən bilinmədən, görünmədən ölmək – sizcə bu bir dəhşət deyilmi?

Rəqabət dolu həyatımızda tənha qalmaq həyatda uduzmaqla əlaqələndirilir. Və cəmiyyətimiz çalışır ki, uduzan insan olmasın, və buna görə insanlar arasında əlaqə yaratmaq üçün bir çox şərait yaradırlar. Dövlət, dini, peşəkarlıq bayramları, əyləncəli layihələr, idman olimpiadaları, sosial proqlamlar, televiziya, internet – bütün bunlar insanları bir araya gətirmək üçün yaradılır.

Həqiqətən, ətrafında çoxlu insan olduqda həm şənlik yaranır, həm də orada hamıdan ayrılıq yaranma səbəbi az olur. Dostlar səni adınla çağırdıqda, sevdiklərin sənə xoş sözlər dedikdə, kolleqaların səninlə qürur duyduqda, düşmənlərin isə səndən qorxduqda - əlbət belə hallarda narahatlığa heç bir səbəb olmur. Ətrafında bu qədər insan sənin varlığını hiss edirsə, səni bir şəxsiyyət kimi qəbul edirsə onda tənhalıq problemi də aradan qalxır. Ona görə də, insanlar hər gün çevrəsini artırmağa çalışır, başqalarının onlara biganə olmamasına can atırlar.

Lakin gəlin biraz daha dərindən baxaq. Axı tənhalıq niyə bu qədər qorxudur insanları? Hətt bir anlıq tək qalmaq belə insanları üzür nədənsə. Axı tək qalmaqda dəhşətli görünən nədir ki? Niyə bekar olduğu zaman insanda ruh düşkünlüyü yaranır? Əslində tənhalığı təhlil etdikdə onun həm qorxunc həm də sevincli tərəflərini görmək olar.

Tənhalıq sənin daxilindədir

Tənhalıq qorxusu...

Hər birimiz daxilən həyəcan doluyuq. Nə qədər bu həyatda özümüz üçün gözəl şərait yaratsaq da bu bizə həyata dair sığortalar vermir. Xarici uğurlarımız və nailiyyətlərimizin arxasında böyük uğursuzluqlar və dağıntılar gizlənir. Və bunun nəticəsində hər zaman daxilimizdə böyük bir gərginlik yaşayır – özümüzdən narazılıq, həyatımızdan narazılıq, hərəkətlərimizdən narazılıq və ya narazılıqların heç olmaması. Cavabsız qoyduğumuz bir çox suallar. Böyük sayda problemlər, hansıların ki həllini öz boynumuza götürmək istəmirik. İtkilərin və əldən buraxdığımız nailiyyətlərin ağrısı, öz həyat yolumuzun mənasını anlamamağımız – bütün bunlar insanın daxilində personal bir cəhənnəm yaradır.
Və belə bir situasiyada tək qalan kimi bütün bu gizlilər ortaya çıxır, daxilimizdə mübarizələr başlayır, onlardan qaçmaq istəsək də bizi buraxmırlar. Bu səbəbdən biz tək qalmaqdan qorxuruq. Bizə hər zaman xarici qıcıqlamalar lazımdır ki, onlarla maraqlanarkən daxili gərginliklərimizi unudaq. Televizorun səsini lazımınca qaldırsaq, o qəlbimizin , ruhumuzun səsini gizlədə bilər. Həmin bu effekti bizə dostlarımız, bayramlar, layihələr, iş və s. əyləncələr verə bilər. Bütün zamanımızı belə şeylərə ayırmaqla daha da böyük probləmlərə yol açırıq, daxili gərginliyimiz getdikcə daha da böyüyür və daha da qorxulu şəkil alır...lakin bu hələ hər şey deyil...

Tənhalıq sənin daxilindədir

Tənhalığın dəhşəti...

Ta uşaqlıqdan bizə öyrədirlər ki, hər insanın öz yarısı var, hər birimizin dost olacağımız insanlar var, ruhən doğma olan insanlar var, və onlar bizi tənhalıqdan xilas edəcək. Amma biz unuduruq ki, insanı tənhalıqdan başqası xilas edə bilməz. Ən yaxın dost, ən yaxın insan, ən doğma insan belə bizim daxili dünyamızı bölə bilməz. Yaradılışdan biz təkik, və bu qaçılmazdır. Bizə elə gəlir ki, biz eyni havanı uduruq, eyni planetdə yaşayırıq, lakin bu o demək deyil ki, biz hər şeyə eyni gözlə baxırıq və hə rşeyi eyni anlayırıq. Ona görə də , daxilən hər bir insanın tək özünə aid bir dünyası var. Və bəlkədə mənim baxdığım və gördüyüm mavi səmanı başqaları başqa cür görürlər. Belə halda hardan yaranır o əminlik ki sənin daxilini başqası anlaya bilər? ...əsas olan da o dur ki, biz sırf helə bir adamı axtarırıq. Bir insanı tanımaq istədikdə onun özünü tanıtmaq istədiyi qədərindən artığını biz görə bilmərik. Ona görə heç vaxt biz başqasını anlamaq istədikdə o rəsmi tam şəkildə görə bilmirik.

Bu səbəbdən heç bir insan bizim daxilimizdə ki tənhalığı aradan götürə bilməz. Onlar sadəcə bizə kömək ola bilərlər ki, biz təkliyimizi unudaq. Və nə qədər ki, o insanlar bizə daha çox yaxınlaşırlar o qədər də çox biz onlara dəyər veririk.

Tənhalıq sənin daxilindədir

Lakin tənhalığın heç də pis olmayan tərəfləri də var. Əgər təklik bizim həyatımızın dəyişməz bir hissəsidirsə ondan bu qədər qorxmağa dəyərmi? Sən əgər yaralanmısansa qarşındaki sadəcə yaranı görür və əzab çəkdiyini bilir, lakin o sənin o əzabını yaşamır. İnsan uşaq ikən kimlərinsə köməyinə möhtac olur, bəs böyüdükdə buna ehtiyac var mı? Həyat heç bir zaman qarşımıza özümüzün həll edə bilməyəcəyimiz məsələləri qoymur – bəs bu halda niyə öz gücümüzü yoxlamırıq ki?

Əslində özünün tənhalığını dərk etmək insanı ilk öncə üzür. Amma belə halda kiməsə nəyisə sübut etməyə, özünü doğrultmağa, başqasından anlayış gözləməyə, özünü nədəsə günahlandırmağa ehtiyac qalmır. İnsan özü başlayır öz həyatını düşünməyə, öz gücü ilə qalxmağa, kiminsə onun əlindən tutacağını gözləmir artıq. Özü nələrəsə nail olur və bu nailiyyətlərdə heç kimə borclu olmur. Yıxıldıqda kimsə ona görə üzülmür, yıxılır və yenidən qalxır. İnsan özü özünə tək arxayın olur. Bəlkədə belə həyat bir çox tanışlıqlara son qoyur, lakin mənası olmayan tanışlıqlara son qoyur. Eyni anda sa daha da böyük dostluqlara yol açır. Artıq yetişmiş, azad bir insan olur. Tənhalığın xoşbəxtliyi bax elə bundadır.

Ağılsız insan tənhalığa qalib gəlməyin, müdrik insan tənhalıqdan səmərəli istifadə etməyin yolunu axtarır.
(Mixail Mamçiç)


Geri dön

EnD of TiMe

  • 22 mart 2012 14:31
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
yaxsi ki yalniz deyilem..Allahim var, ailem var, dostlarim var..Tesekkurler xebere gore

★Azerbaijan girl★

  • 21 mart 2012 23:37
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
baciwkom thanksssssssssssssssssssssssssssss

Sunnyeyes

  • 21 mart 2012 22:55
  • Məqalə: 0
  • Şərh: 108
  • Bal:
{awards}
bu xebere gore thanks

ibn xatun_2011

  • 21 mart 2012 22:29
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
HƏR ŞEY İNSANIN ƏLİNDƏDİR....ELƏ VAXT OLUR Kİ,İNSAN TƏNHA OLMAQ İSTƏYİR AMMA HƏR DƏN ÖZ ƏTRAFINA SEVDİYİ İNSANLARI TOPLAYA BİLƏR YA DA UZAQLAŞDIRA BİLƏR....

--------------------

host96

  • 21 mart 2012 22:17
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
twk-lerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

Miss Lady

  • 21 mart 2012 21:37
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
COOOOOX GOZELDILERR

enigmatic_girl

  • 21 mart 2012 21:28
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Yalnizliq cox pisdi(((

--------------------

ANGEL LOVE

  • 21 mart 2012 21:19
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler...........................

--------------------

nar_18

  • 21 mart 2012 21:08
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqli idi teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

faithful

  • 21 mart 2012 21:05
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
teshekkur :))))

Caspi

  • 21 mart 2012 20:50
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
Men hec sizinle razi deyilem, tenha qalmagi sevirem. Men tenha qalanda rahat oluram. Eslinde tenha qalmaq qorxunc deyil. Cunki hemin adam heyatdan mueyyen sebebler uzunden bezir ve insanlara nifret etdiyi ucun tenha qalir.

--------------------
Ən əsas şeyi gözlə görə bilməzsən.

kEnd4i KiVIRCiK

  • 21 mart 2012 20:07
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
moraqlidiiiiiiiiiirrrr

Priya

  • 21 mart 2012 19:52
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Nə qədər tənha olsaq da hamımızı hər zaman dinləyən və istəklərimizi yerinə yetirən biri var.Bu dostumuzu heç zaman unutmayaq.Çünki, o dost-Allah bizi heç vaxt unutmur.

Yazı için təşəkkürlər.

--------------------




VIPTOZ

  • 21 mart 2012 19:48
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
tenhaliqccoooooox pisdi.yazi maraqli idi tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

C.I

  • 21 mart 2012 19:38
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
coxxxxxxxxxxxxx maraqliydi tsk.........

--------------------

..:MeleK kiz:..

  • 21 mart 2012 19:38
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
maraqli xeberdi baciw cox sagol

✰Dгeaм✰

  • 21 mart 2012 19:33
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}