Tapmacalar

 
Tapmacalar

Aşmaz-uşmaz,
Yerə düşsə,
Beli sınmaz.
Açması: Yarpaq

***

Əyri-üyrü boy atar,
Əyağı yerə batar.
Salxım-salxım sallanar
Altında sarvan yatar.
Açması: Söyüd ağacı

***

İnəyim var eşikdədi,
Alı-ili eşikdədi,
İldə bir kərə sağılar.
Özü yenə eşikdədi.
Açması: Bağ

***
Uzanar, ha uzanar,
Qollarınnan balalar.
Açması: Ağaclar
Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
Açması: Lobya

Anaxanım atlandı,
Qol-qanadı qatlandı.
Açması: Kələm

***

Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.
Açması: Soğan

***

Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
Açması: Bibər

***

Bədəni yerdə,
Saqqalı göydə.
Açması: Turp

***

Bir damım var, qapısı yox.
Açması: Qarpız

***

Dolanar bütün ərzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecələr
Gəlib yerdə dincələr.
Açması: Kosmonavt

***

O nədi ki, yeməyi benzindi,
Ayağı rezindi.
Açması: Avtomobil
Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
Açması: Kartof

Ləyənda, ay ləyəndə,
Gül boynunu əyəndi,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
Açması: Xiyar

Ağ yerə toxum səpərlər
Açması: Yazı

Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.
Açması: Qələm

Ağca atı nalladım,
Səmərqəndə yolladım.
Açması: Məktub

Arpa yemir, saman yemir,
Anqırır heyvan kimi.
Açması: Paravoz

Bir qapağı, Min yarpağı.
Açması: Kitab

Bir qarpızım var cığal
Üstünə dünya sığar.
Açması: Qlobus

Bir sehirli fanaram,
Kibritsiz də yanaram
Nə yerdə yox, nə göydə
Havadan sallanaram.
Açması: Elektrik lampası

Quş deyil qanadı var,
Quşlardan yeyin uçar.
Açması: Təyyarə

Gedir-gedir izi yox,
Kəsir-kəsir qanı yox.
Açması: Paraxod

Özü qara, sözü ağ.
Açması: Yazı lövhəsi
O nədi ki, içində qışdır,
Çölündə bahar.
Açması: Soyuducu

***

Avın alsan mırıldar,
Sığallasan xoruldar.
Açması: Pişik

***

Ağzı qara boz bəylər,
Vursan ağzın əyilər
Açması: Canavar

***
Ağızı var, dili olmaz,
Yüz ağac vur çığırmaz.
Açması: Balıq

***

Adam döyül, əl-ayağı, dişi var,
Əcəb şeydi, qərəvəllə işi var.
Açması: Meymun

***

Bağda sürünər gəzər,
Az-az görünər gəzər,
Oxşuyar bir yumağa
Qorxuram əl vurmağa.
Açması: Kirpi

***

Bir atım var minə bilmirəm.
Ağzın açsa dinə bilmirəm.
Açması: Şir

***

Bir axmaq öküzüm var,
İləndirib ət yeyər.
Açması: Ayı

***

Qaya altdan qaz gedər,
Burnun qulazlar gedər,
Bir il buğaya gələr,
Yeddi il boğaz gedər.
Açması: Fil

***

Qızılgül beçə verdi,
Sana gör neçə verdi?
Yarpaqsız ağac gördüm.
Torpaqsız beçə verdi
Açması: Maral buynuzu

***

Dağdan, qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünər,
Divardan bərk yapışar.
Açması: Kərtənkələ

***

.Heyva kimi sap sarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.
Açması: Armud

***

İpsiz iynə, deşiksiz muncuq,
Allah düzər, adam üzər.
Açması: Üzüm

***
Dik çıxanda ildırım,
Dik enəndə digirqoz.
Açması: Dovşan

***

Dilim-dilim nar,
Diziməcən qar,
Yeddi dananın gönü,
Bircə ayağıma dar.
Açması: Siçan

***

Ağ yerə toxum səpərlər
Açması: Yazı

***

Yer altında yağlı küt.
Açması: Porsuq

***

O nədi ki, evə girməz,
Sədaqəti eldə gəzər.
Açması: İt

***

Ağ uzatdım,
Al toxudum,
Qara sərdim
Açması: Böyürtkən

***

Ağac başında al yanaqlı qız
Açması: Alma

***

Ağac başında qırmızı qız.
Açması: Zoğal

***


Ağac başında qımro bitər.
Açması: Fındıq

***

Ağac başında sarı yemiş.
Açması: Xurma

***

Ağac başında sarı yumaq
Üstünə səpilib ağ sumaq.
Açması: Heyva

***

Bir yanı ağ,
Bir yanı al.
Ağzına al,
Dadı bal.
Açması: Şaftalı

***

Bir təndirim var iki çörək tutur.
Açması: Qoz

***

Qahqah qalası var bunun,
Qan pilayası var bunun,
Nə doğur, nə törəyir,
Pərvaz balası var bunun.
Açması: Çiyələk

***

Dağda bir qab aş yumarladım,
Dənəsi də yerə düşmədi.
Açması: Nar


Geri dön

Hayalet_Sevgili

  • 23 mart 2012 13:56
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
Cavablarin day ne menasi var?
amma yenede TwK

--------------------
Olum son deyil,baslangicdir

..:MeleK kiz:..

  • 22 mart 2012 16:21
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
yaxsiki cvb yazmisan onsuzda hec birini bilmirdim smile

EnD of TiMe

  • 22 mart 2012 14:17
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Cavablarini vermesez ela olardi..tesekkurler..

ANGEL LOVE

  • 22 mart 2012 13:31
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler..........................

--------------------

Dalga

  • 22 mart 2012 13:12
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Super.......tewekkurler

--------------------

GERI DONME

  • 22 mart 2012 11:45
  • Məqalə: 0
  • Şərh: 576
  • Bal:
{awards}
sogannan turp superdi vallah guldum kimi gordumse dedim hamiya........twk love

ceko_1990

  • 22 mart 2012 10:45
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr recourse

--------------------
♥●•٠·˙˙♔♥♥Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.♥●•٠·˙♔♥♥˙۩۞۩ ۩۞۩ ۩۞۩ ۩۞۩

al yazmalim:))

  • 22 mart 2012 09:45
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
tesekkurlerrrrrr

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

Dinar Mamedova

  • 22 mart 2012 05:39
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
cavablarini yazibsuz da day biz yazmagin bi anlami yoxdu

--------------------

Els007

  • 21 mart 2012 23:39
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
twk xebere gore fellow

VIPTOZ

  • 21 mart 2012 23:27
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
bezilerin bilirdim hamsin birdefeye yox,yari yariya verseydiz daha maraqli olardi.yenede tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Kucuk kiz

  • 21 mart 2012 23:25
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
HAhahahaha lap guleyim tablo tamamlansin cok guzeldi

ceylan

  • 21 mart 2012 23:23
  • Məqalə: 0
  • Şərh: 207
  • Bal:
{awards}
cavablarini yazmasaydiz. biz tapsaydiq daha da maraqli olardi. ama yene de eziyyete gore tsk

--------------------
~~Denizleri sevirsense~~
~~Dalgalari da seveceksen~~
~~Sevilmek isteyirsense~~
~~Evvelce sevmeyi bileceksen.~~~

★Azerbaijan girl★

  • 21 mart 2012 22:57
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
lap uwaqligim yadima duwduyeee )) twkler baciwkom

nelli 20

  • 21 mart 2012 22:56
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
gozel idiler

Angel Milana

  • 21 mart 2012 22:54
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
enigmatic_girl,
mence de...yene de twk))

--------------------
<3 Dunyanin 7 mocuzesi varmiw...Menden 6 dene daha mi var?...Inanmam!... <3

miniwinx

  • 21 mart 2012 22:53
  • Məqalə: 0
  • Şərh: 339
  • Bal:
{awards}
Bədəni yerdə,
Saqqalı göydə.
Açması: Turp
Bu xosuma geldi
wink

--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

✰Dгeaм✰

  • 21 mart 2012 22:46
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cavablari yazmiyardinda.Amma yene de tesekkurler.

angelochik

  • 21 mart 2012 22:11
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
twk......................

Miss Lady

  • 21 mart 2012 22:10
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
TESEKKURLERR

Nikoyl

  • 21 mart 2012 22:06
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
maraqlidi cetinleri var

--------------------

Blood Angel

  • 21 mart 2012 22:03
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
tesekkur maraqli idi

--------------------
Hayatin tadini cikar,baktin onu beceremiyosun tadini cikarani hayatindan cikar...

enigmatic_girl

  • 21 mart 2012 22:00
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
az-az yazardin da ve cvblari biz tapardiq maraqli olardi ee))))

--------------------

_TUNAR_MAMEDOV_

  • 21 mart 2012 21:59
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
cox sag ol twk edirem eziyyetine gore...

--------------------

ay seven ulduz

  • 21 mart 2012 21:59
  • Məqalə: 3
  • Şərh: 1318
  • Bal:
{awards}
sagolun maraqliydi twk

ibn xatun_2011

  • 21 mart 2012 21:57
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
O NƏDİ Kİ,EVƏ GİRMƏZ,
SƏDAQƏTİ ELDƏ GƏZƏR.
AÇMASI: İT


--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 93
Cəmi: 132

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 508
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}