Anamın həsrəti

 
Anamın həsrəti

Bu gün niyəsə həsrət boğurdu məni. Anamdan ayrı keçən 7-cı ilim tamam oldu. Qürbət eldən asan deyil hər dəfə vətənə getmək. Məcbursan elə burda qəlbində həsrət çəkməyə. "Yoxdur onsuz bir günüm"- dediyim olurdu mənim də, amma hər günümü onsuz yaşayıram.

Ana hər bir qıza dayaqdır, bir yoldaşdır. Bir zamanlar ondan uzaq qalsam yaşaya bilmərəm deyə düşünərdim, amma baxın, 7 ildir yaşayıram ondan uzaqda. O qədər uzaqda ki, əlim də çatmır, yolum da. Bir zamanlar ondan öyrənərdim yemək bişirməyi, deyərdim "Sənsiz heç bir yeməyimin dadı olmaz". Amma 7 ildir onsuz bişirirəm yeməklərimi, dadı da öz yerində. Bir zamanlar məsləhət almaq üçün qaçardım anamın yanına, oturub qarşısında danışardım hər şeyi. Deyərdim sən olmasan dərdimi kimsəylə paylaşa bilmərəm mən, amma artıq 7 ildir yoldaşımla paylaşıram.

Bu 7 illik uzaqlıq bir həsrətdir qəlbimdə. Hər gün üzərinə daha bir damla əlavə olunur. Bir zamanlar anamın həsrətindən qəlbimdə böyük həsrət dəryası yaranar deyə qorxarkən, artıq 7 illik uzaqlıq yaradıb o dəryanı qəlbimdə mənim.

Heç asan deyil ondan uzaqda olmaq. Anan vətəndə yatarkən, sənin qürbətdə yatmağın. Heç asan deyil xəstə yatasan burda, başının üstündəsə qayğıkeş ananı görməyəsən.

7 illik bu həsrət mənə çox şey öyrədib. Həyatımdan dərslər almışam zaman-zaman. Yaşıma yaş artdıqca anam olduğu kimi qalır.Heç asan deyil qəlbində dağ boyda həsrət çəkmək. Daha darıxmaqdan da o yana keçib bu həsrət...

Bəs əgər bir gün vətənimə qayıtsam, görən tapa biləcəmmi onu elə qoyduğum yerdə? Görən tanıyarmı məni bir daha gözü önündə görəndə? Qucaqlayarmı yenidən "daş ürəkli" qızını? Sığal çəkərmi yenidən dizi üstə qoysam başımı? Ya sinəsinə uzansam, eşidə bilərəmmi yenidən ürəyinin döyüntüsünü? Bəs boynuna sarılsam, o əvəzsiz ətrini yenidən hiss edərəm mi?

Allah hər birinizin anasına can sağlığı versin, kimsə anasından uzaq düşməsin...


Geri dön

tontonun anasi

  • 23 mart 2012 13:23
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
Allah hər birinizin anasına can sağlığı versin, kimsə anasından uzaq düşməsin...

--------------------

EnD of TiMe

  • 22 mart 2012 19:40
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Allah hec kimi anasindan uzaq salamsin...tesekkurler....

enigmatic_girl

  • 22 mart 2012 18:35
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir....

--------------------

Yağmur_

  • 22 mart 2012 18:24
  • Məqalə: 2
  • Şərh: 140
  • Bal:
{awards}
Tesekkurler maraqli idi

Cansi

  • 22 mart 2012 18:14
  • Məqalə: 0
  • Şərh: 783
  • Bal:
{awards}
cox beyendim twk

--------------------
Men eserimin esiriyem

Narka E-ZaDe

  • 22 mart 2012 17:35
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Allah hər birinizin anasına can sağlığı versin, kimsə anasından uzaq düşməsin... Amin!!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Aysel_

  • 22 mart 2012 17:13
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler coox maraqli idi
Ana her zaman muqeddesdir ve CENNET ANALARIN AYAQLARI ALTINDADIR

Beren Saat...

  • 22 mart 2012 17:01
  • Məqalə: 0
  • Şərh: 178
  • Bal:
{awards}
ana muqeddesdi

ANGEL LOVE

  • 22 mart 2012 16:45
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler.....................

--------------------

nar_18

  • 22 mart 2012 16:25
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
gozel yaziya gore teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

..:MeleK kiz:..

  • 22 mart 2012 16:06
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
coxx gozel yazidi

Dinar Mamedova

  • 22 mart 2012 16:04
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
"Yoxdur onsuz bir günüm"- dediyim olurdu mənim də, amma hər günümü onsuz yaşayıram.
Axiracan oxudum cox qemlidi oxuyanda da cox pis oldum Allah butun Analarmiza uzun omur can sagligi versin onlar bizim basimizin tacidir onlarsiz bizim bir gunumuz olmasin ..Amin

--------------------

Niqul

  • 22 mart 2012 16:01
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
xebere gore tewekkurler smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

✰Dгeaм✰

  • 22 mart 2012 16:01
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

_favorit_arkadas

  • 22 mart 2012 15:59
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
uyzunedu.........

--------------------

Miss Lady

  • 22 mart 2012 15:59
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
oxumaga gucum catmir....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 51
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 450
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}