Nə üçün Həzrət Sahibəzzəman əleyhissalamın zühuru gecikir?

 
Nə üçün Həzrət Sahibəzzəman əleyhissalamın zühuru gecikir?

“İlahi, biz başımızı itirmişik; bəlalar, xəstəliklər, zülm və haqsızlıqlar içində qərq oluruq. Qeybdə olan İmamın zühurunu tezləşdir” Bu sözlər hər gün yerdən göylərə ucalır. Dünyanın şərqindən qərbinədək hər yerində zülmlə dolmuş dünyada yaşamaq istəməyən, həyatda xoşbəxt və firavan olmaq istəyən milyonlarla insan kainatın Xilaskarını gözləyir. Demək olar ki, elə bir camaat namazına rast gəlmək olmaz ki, intizarında olduğumuz İmamın tez zühur etməsi, yəni gəlməsi üçün dua edilməmiş olsun.
Zühur nə üçün baş vermir? Təbii ki, nələrsə çatmır. Elə isə nə çatmır?!
Bax, bu sual çoxlarını düşündürür.
Həzrət Mehdi əleyhissalamın zühuru mövzusuna baxdıqda, bu mövzunun üçbucaq müstəvidən ibarət olduğunu görürük:
1-Allah Taalanın istəyi;
2-Həzrət Sahibəzzamanın qeybdə olması;
3-İnsanların hazırlığı.

Deməli, çatmayan nədirsə, bizdə olan bir şeydir. Üçbucağın 2 bucağı nöqsansızdır. Amma üçüncü ...
Qurani-Kərimə, eləcə də Peyğəmbərlərin sonuncusu həzrət Mühəmməd səllallahu əleyhi və alihin sünnəsinə, məsum İmamların hədislərinə nəzər saldıqda görürük ki, Allah Taalanın və Məsumların bizlərdə görmək istədikləri başlıca sifətlərdən biri “Haqqın tərəfdarı olmaq”dır.
Görəsən biz Haqqı müdafiə edirik, yoxsa Batili və Haqqsızlığı?!

Bu sualı bizim hansımızdan soruşsalar, fikirləşmədən dilimiz deyəcək: Əlbəttə ki, biz haqqı müdafiə edirik. Kaş bu cavab həqiqət olaydı. Bizim qəlbimiz və rəftarımız da bu suala belə cavab verəydi: Biz Haqqı müdafiə edirik!
Adətən, insanlar özlərindən gələn pis iyə narahat olmurlar, o pis iyə adi yanaşırlar. Lakin bu pis iy başqalarından gələrsə çox narahat olur, qəzəblənir...
Eləcə də analar öz övladılarını, həmçinin övladlarının nəcis olmuş paltarlarını yuduqda həmin pis iyi qətiyyən pis iy kimi hiss etmirlər, o iydən narahat olmurlar. Nə üçün?
Günahın da pis iyi var. Bir çox insanlar günahın pis iyini özlərində pis iy kimi hiss etmirlər, hətta bəziləri bunu müsbət iy sanırlar. Amma başqaları günah etdikdə onlardan gələn günahın pis iyinə narahar olurlar, qəzəblənirlər...
Nə üçün biz özümüz qeybət edəndə heç narahat olmuruq, bunu günah kimi qəbul etmirik. Halbuki başqasının qeybət etdiyini eşitdikdə narahat oluruq, həmin adama pis gözlə baxırıq.
Evdə qız ilə kürəkən arasında mübahisə və ixtilaf olanda, və yaxud oğul ilə gəlin arasında ixtilaf olanda bu dalaşmaların səbəbini araşdırmadan qızı ya oğulu müdafiə edirik. Kürəkən ya gəlini günahkar sayırıq. Hətta bəzən bu dava-dalaşların günahkarının oğul ya qızımızda olduğunu bildikdə də övladlarımızı müdafiə edirik.
Həmçinin dostlarımızdan birinin başqa bir insanladalaşdığını eşitdikdə, kimin günahkar olduğuna varmadan, dostumuzun tərəfini saxlayırıq. Təəccüblü budur ki, belə bir kor-korana tərəfdarlığı özümüzə fəxr bilirik.
Bu vəziyyətdə biz necə iddia edə bilərik ki, Haqqın müdafiəçiləriyik?! Belə bir düşüncə tərzinə malik olan insanlar necə deyə bilərlər ki, biz İmamın gəlişinə hazırıq?!
İmamın dostları Haqqın müdafiəçiləridir. Bizim çatışmayan cəhətimiz də elə budur.
Həzrət Mühəmməd səllallahu əleyhi və alih buyurur:
لن تقدس امه لا يؤخذ للضعيف فيها حقه من القوی غير متتعتع
“Zəif və zülmə məruz qalmış insanların haqqını güclü və zalımdan (haqqı müdafiə etməkdən) qorxmadan ala bilməyən xalq xoşbəxt ola bilməz.”
Deməli, xoşbəxtlik və səadətin əsas şərtlərindən biri Haqqı müdafiə etməkdir. Haqqı müdafiə etmək lazım olan yerdə heçnədən qorxmaq olmaz.
Elə isə günü bu gün, səhvlərimizi və günahlarımızı Allah dərgahında etiraf edək, öz eyiblərimizi düzəltməyə başlayaq. Söz verək ki, yalnız və yalnız Haqqı müdafiə edəcəyik.
Özümüzü islah edək. Əxlaqımızı gözəlləşdirək.
Allah Taala Qurani-kərimdə maidə surəsinin 8-ci ayəsində buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ لِلّهِ شُهَدَاء بِالْقِسْطِ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

“Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.”

Nə üçün Həzrət Sahibəzzəman əleyhissalamın zühuru gecikir?


Geri dön

Nuray2012

  • 20 aprel 2012 19:28
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol Allah razi olsun

--------------------

EnD of TiMe

  • 22 mart 2012 14:14
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler....

ANGEL LOVE

  • 22 mart 2012 12:58
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun.................

--------------------

✰Dгeaм✰

  • 22 mart 2012 11:13
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}