Günahdan qurtulmağın yolları

 
Günahdan qurtulmağın yolları

İNSANI GÜNAHDAN SAXLAYAN AMİLLƏR

Avtomobillərdə onları xətərdən qorumaq üçün tormoza ehtiyac olduğu kimi, insanın da onu müxtəlif günahlardan qorumaq üçün tormoza və saxlayıcı bir amilə ehtiyacı var. İnsanı günahdan qoruyan amillər aşağıdakılardır:

1. Müxtəlif işlərdə fikirləşmək.

2. Allaha iman gətirmək və onun hər yerdə nəzarətçi olmağına əqidəli olmaq.

3. İnsanın özünü tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olması.

4. Axirət aləminə və qiyamət gününün hesab-kitabına əqidə.

5. İşlərin Peyğəmbərə və İmamlara təqdim edilməsi.

6. Ölümü yaxın bilmək və onu həmişə yada salmaq.

7. Allahdan həya etmək və günahın tə’sirindən qorxmaq.

8. Düzgün ibadət etmək.

MÜXTƏLİF İŞLƏRDƏ FİKİRLƏŞMƏK

Günahın aqibətini fikirləşən tövbə edər. Dünyanın fani olmasını düşünən dünya malına vurğun olmaz. Allahın nemətləri haqqında düşünən şəxs Allaha məhəbbət bəsləyər. İbrətamiz hadisələrdə fikirləşmək təvazökarlığa səbəb olar. Ölüm haqqında düşünmək nəfsin istəklərini nəzarət altına alar. Böyük şəxsiyyətlər haqqında fikirləşmək insanın inkişaf etməsinə səbəb olar. Bütün işlərinin nəticəsini qabaqcadan fikirləşən şəxs günah etməz. Allahın cəzasını fikirləşən şəxs Ondan qorxub həya edər. İnsan öz zəifliyi haqqında fikirləşsə Allaha təvəkkül edər. Tarixdə baş verən hadisələr haqqında düşünən şəxs ibrət alar. Yaranmışlar haqqında fikirləşən şəxs Allaha iman gətirər. İlahi hökmlər haqqında düşünən şəxs Allahın fərmanı qarşısında təzim edər. Əxlaq pozğunluqları haqqında fikirləşən şəxs özünü doğru yola yönəldər. Başqa insanların düşdüyü çətinliklər haqqında fikirləşən şəxs hərəkətini plan üzrə edər. Ata-ananın mehribanlıqları və yaxşılıqları haqqında düşünən şəxs onlarla yaxşı rəftar edər, zəhmətini çəkən zamanda özünü borclu bilib zövq alar.

Fikirləşmək məcazi məfhum kimi yalnız beyinə aid olduğu üçün riyasız bir ibadətdir (özünü kimsəyə göstərmək meylindən uzaq olduğu üçün).

Misal üçün namaz qılmaq üçün paltar, möhür və başqa şeylərə ehtiyac var. Amma fikirləşmək üçün heç bir şeyə ehtiyac yoxdur. Bunun dərəcəsi yalnız insanın şəxsi dünya görüşü, əxlaq tərzi və ağılı səviyyəsində olacaq. Ümumiyyətlə düzgün düşüncə insanı günahlardan çəkindirir. Fikir saf güzgü kimi pislikləri və yaxşılıqları əks etdirir.

İmam Əli (ə) buyurur: «Fikir saf güzgüdür». O Həzrət başqa bir hədisdə buyurur: «Sağlam düşüncəli şəxsin ayağı büdrəməz».


ALLAHA İMAN GƏTİRMƏK VƏ ONUN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ

İnsanı günahlardan saxlayan ən mühüm amil onun Allaha iman gətirməsi və hər bir zaman özünü Allahın hüzurunda görməsinə əqidə bəsləməsidir. Heç bir amil bu amil kimi insanın davranışının nizamlanmasında təsirli deyil. Allaha əqidənin qüdrəti günahların təmizlənməsində bütün qüdrətlərdən üstündür. Polis orqanları onların yaşadığı cəmiyyətdəki nöqsanları düzəldə bilməzlər. Allaha və Onun bütün işlərə agah olduğuna əqidə insanı günahlar qarşısında polad kimi möhkəm edir. Polis orqanları nə qədər güclü olsalar da gizlində edilən günahların qarşısını ala bilməzlər. Halbuki, cəmiyyətdəki cinayətlərin çox hissəsini xəlvətdə edilən cinayətlər təşkil edir. Amma insanlarda daxilən Allaha iman qüvvəsi olsa, onlar həm aşkarda, həm də gizlində günah etməkdən çəkinəcəklər. Buna görə Qurani-kərimdə Allaha imanın insanları günahdan qorumaqdakı mühüm rolu qeyd olunmuşdur. “Ələq» surəsinin 14-cü ayəsində oxuyuruq: «Məgər insan bilmir ki, Allah onun bütün işlərini görür?». «Fəcr» surəsinin 14-cü ayəsində oxuyuruq: «Şübhəsiz, Allah bəndələrin işlərini izləyir.» «Muminun» surəsinin 19-cu ayəsində isə belə oxuyuruq: «Allah xəyanət edən gözləri tanıyır. Və sinələrdəki gizlin sirrlərdən agahdır.

Quranda «Bəsir» (Allah görür) kəlməsi 51 dəfə, «Səmi’» (Allah eşidir) kəlməsi isə 49 dəfə gəlmişdir. Bu ayələrdən nəticə alırıq ki, biz böyük Allahın hüzurundayıq. Gizlində və aşkarda hər nə etsək, zehnimizdə hər nə fikirləşsək, Allah onu bilir və ona agahdır. Sürücü qırmızı işıq yanarkən dayanır. Görəsən insan nə üçün qarşısında Allahın əzabını görüb özünü günah etməkdən saxlamamalıdır?

İslam Peyğəmbəri (s) dualarının birində Allaha belə xitab edir: «İlahi, Sən ən yaxşı eşidən və ən yaxşı görənsən!»


İmam Əli (ə) buyurur: «Gizlində günah etməyin. Çünki Allah-təala şahiddir». Yenə o Həzrət buyurur: «Həya pərdənizi, sirlərinizi bilən Allah yanında yırtmayın».

Bir şəxs İmam Hüseynin (ə) hüzuruna gəlib ərz etdi: Ey Peyğəmbərin (s) övladı, mən günahkar bir şəxsəm. Günahlardan yaxa qurtara bilmirəm. Mənə nəsihət ver!

İmam ona buyurdu: «Beş dənə işi gör və günah et!


1. Allahın ruzisini yemə və günah et.

2. Allahın hökumətindən kənara get və günah et.

3. Elə bir yerdə günah et ki, səni Allah görməsin.

4. Nə qədər istəyirsən günah et. Amma əvəzində Əzrail sənin canını almağa gələndə onu özündən uzaqlaşdır.

5. Cəhənnəm mə’murları səni cəhənnəmə tərəf aparanda getmə və nə qədər istəyirsən günah et.»

Şübhəsiz, günaha zəmin yaradan amillərdən biri də insanın qafil olmasıdır, həmişə Allahı yada salmaq isə insanı günahdan qoruyan amillərdəndir. İmam Baqir (ə) buyurur: «Allah-təala üç şeyi bütün insanlara vacib edib:

1. İnsaflı olmaq.

2. Mömin qardaşın yolunda fədakarlıq etmək.

3. Həmişə Allahı yada salmaq.


Allahı yada salmaq budur ki, insan günaha yaxınlaşan zaman Allahı yadına salıb günahdan uzaqlaşsın».

İmam sonra bu ayəni oxudu: «Təqvalı insanlar şeytanın vəsvəsələrinə düçar olsalar, Allahı yada salarlar və haqqı görərlər». (“Əraf», 201)

İmam Sadiq (ə) Allahı yada salmağı belə izah edir: «Allahı yada salmağın mənası budur ki, insan bütün işlərlə üzləşəndə əgər Allahın razılığı olsa o işi görür, yox əgər günah iş olsa, onu tərk edir». Deməliyik ki, Qurani-kərimdə şeytan, mal-dövlət, övlad, ticarət, dünya malından həddindən artıq ləzzət almaq insanı Allahdan qafil edən amillər kimi qeyd olunmuşdur. Nəticədə təkcə qəflət yaradan pərdələrin olmadığı halda, Allahı yada salmaq mümkündür.

İNSANIN ÖZÜNÜ TANIMASI VƏ ÖZ ŞƏXSİYYƏTİNƏ QARŞI DİQQƏTLİ OLMASI

İnsanı günahdan uzaqlaşdıran amillərdən biri də onun öz şəxsiyyətini tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olmasıdır. Çünki günahlardan bir qismi insanın öz şəxsiyyətinə qiymət verməməsi nəticəsində baş verir. Misal üçün, uşaq evdə bir stəkan sındırır. Bu vaxt o bu işi üçün tənbeh olunur. Lakin o, qonaq qarşısında belə bir hərəkət etsə tenbeh olunmur. Çünki ata və yaxud ana qonaq yanında öz şəxsiyyətinə qiymət verir, özünü bu stəkanı sındırdığına görə uşağı danlamaqla ucuzlandırmaq istəmir. Deməli, insan öz şəxsiyyətinə qiymət verərsə, özünü nəzarətdə saxlaya bilər.

QURANDA İNSAN ŞƏXSİYYƏTİ HAQQINDAKI AYƏLƏR


Quran nəzərində insan Allahın yer üzündəki xəlifəsi və mələklərin səcdə etdiyi bir məxluqdur. Allah-təala bütün yaranmışları insandan ötrü xəlq edib və onun ixtiyarına verib. «Casiyə» surəsinin 13-cü ayəsində oxuyuruq: «Allah göylərdə və yerdə olan hər şeyi sizə tabe eləmişdir». «İsra» surəsinin 70-ci ayəsində oxuyuruq: «Biz Adəm övladlarını (insanları) əziz (kəramətli) etmişik.» Bu ayənin axırında isə buyurur: «Biz insanları üstün tutmuşuq».

«Tövbə» surəsinin 38-ci ayəsində Allah-təala mö’minlərə xitab edib buyurur: «Dünya həyatınamı razı oldunuz?!» Bu ayə onu bildirir ki, insanın şəxsiyyəti maddi dünyada hər şeydən çox qiymətli və üstündür. O, özünü (iman və əqidəsini) bu dünyanın həyatına satmamalıdır. Misal üçün, təzə bir maşın alan şəxs onu tozlu və palçıqlı yollarda sürmür. Çünki onun belə bir maşını toz-torpaqlı yolda sürməyə heyfi gəlir. Allah-təala da insanı məxluqların ən yaxşısı və özünün xəlifəsi yaradıb. Heyf deyilmi ki, belə bir dəyərli vücudunu günah bataqlıqlarında məhv etsin.?! Həqiqətən insan öz dəyər və qiymətini düzgün başa düşsə, pis işlərin ardınca getməz. Amma özünü puç və zəlil hesab edən şəxsin hər bir cinayət və pislik etməyi mümkündür. «Zuxruf» surəsinin 54-cü ayəsində oxuyuruq: «Firon öz qövmünün şəxsiyyətini təhqir etdi. Sonra camaat ona itaət etdilər.» Yəni Firon öz hökmləri ilə əvvəlcə camaatı şəxsiyyətsiz etdi. Onlar da özlərini puç və zəlil biləndən sonra Fironun dediklərinə tabe oldular. Amma bu tayfa öz şəxsiyyətlərini itirməsəydi heç vaxt Firon kimi zalım və şəxsiyyətsiz bir padşaha tabe olmazdılar.

İNSAN ŞƏXSİYYƏTİ HAQQINDA BİR NEÇƏ HƏDİS

1. İmam Əli (ə) buyurur: «Sizin dəyəriniz təkcə behşitlə əvəz olur. Behiştdən başqa bir şeyə özünüzü satmayın».

2. O Həzrət başqa bir hədisdə buyurur: «Ağıllı bir varlığın insan kimi yaşaması mümkün olduğu halda, onun heyvan kimi yaşaması çox pisdir».

3. Yenə o Həzrət buyurur: «Təkcə şəxsiyyətsiz insanlar lovğa olurlar».

4. İmam Sadiq (ə) buyurur: «Qəlb Allahın hərəmidir. Allahın hərəminə qeyri-ilahi şeyləri daxil etməyin»
.

Doğrudan da insanın qəlbi Allahın hərəmi olduğu halda nə üçün günah və pisliklərlə özünü həlak etmişdir?

5. İmam Əli (ə) buyurur: «Təəccüb edirəm o şəxsə ki, itirdiyi adi şeyini axtarır. Halbuki öz şəxsiyyətini itirib, amma onu axtarmır».

6. İmam Əli (ə) başqa bir hədisdə buyurur: «Allah bəndələrinin təmiz qəlbləri Allahın diqqət etdiyi yerdir.»

7. O Həzrət başqa bir kəlamında buyurur: «Arif o şəxsdir ki, özünü tanıyıb onu müstəqil və azad etsin. Sonra onu bütün həlak edici xislətlərdən təmizləsin».

8. Yenə o Həzrət buyurur: «İnsanın özünü dünya həyatına satması nə pis ticarətdir!»


Bu ayə və hədislərdən nəticə alırıq ki, insan qiymətli və fəzilətli bir məxluqdur. O, öz dəyərini qoruyub saxlamalı, şəxsiyyətinə qiymət verməlidir. Çünki insanın özünün və eləcə də başqalarının şəxsiyyətinə ehtiramla yanaşması, onu günahlardan uzaqlaşdıran bir amil kimi, onun düz yola hidayət olunmasında da mühüm və əvəzsiz rol oynayır.

AXİRƏTƏ VƏ QİYAMƏT GÜNÜNÜN HESAB-KİTABINA İMAN GƏTİRMƏK

Quran insanı tərbiyə edən bir kitabdır. Quran tərbiyə ilə əlaqədar məsələlərdən çox hissəsini qiyamət gününə əqidə yolu ilə həll etmək istəyir. Quranda 1400 dəfə məad, yəni axirət aləmi haqqında danışılmışdır. Bu ilahi kitabın altıda bir hissəsi insanları qiyamət gününün hesab-kitabına inanmağa çağıran ayələrdir. Axirət aləminə əqidə o deməkdir ki, insanın qiyamət günündə bu dünyadakı əməllərinin əvəzini almağa əqidəsi olsun. Belə bir əqidə insanın ruhunun tərbiyəsinə böyük təsir bağışlayır. İndi də bu barədə bir neçə ayəyə diqqət yetirək:

1. «Ali-İmran» surəsinin 30-cu ayəsində oxuyuruq: «Qiyamət günü elə bir gündür ki, hər kəs özünün pis və yaxşı işlərini o gündə hazır görər».

2. «Qəmər» surəsinin 8-ci ayəsində oxuyuruq: «Gözləri yerə baxan halda qəbrlərdən çıxarlar, çəyirtkələr tək ətrafa dağılarlar».

3. “Əbəsə» surəsinin 34-37-ci ayələrində oxuyuruq: «O gün hər kəs qardaşını, anasını, atasını, arvadını, oğul-uşağını qoyub qaçar, hamı öz hayına qalar».

Bunlar Quranda qiyamət günü haqqındakı ayələrdən bir neçəsi idi. Elə bir gün ki, günahkarlar o gündə peşman olacaqlar. Hamı bu dünyada etdikləri işlərin nəticəsini görəcək. Bu barədə olan mühüm vəzifələrdən biri də odur ki, qiyamət günü həmişə bizim yadımızda olsun. Çünki qiyamət gününə tam yəqinliyimiz olsa onu yada salmaq bizim tərbiyəmizin doğru istiqamətə yönəlməsinə güclü təsir edəcəkdir.

«Mütəffifin» surəsinin 5-7-ci ayələrində oxuyuruq: «(Az satanlar və tərəzidə camaatı aldadanlar) Məgər bilmirlər ki, o böyük gün gələndə diriləcəklər?! O gün insanlar qəbirdən qalxaraq aləmlərin Rəbbinin hüzuruna axışarlar.»

DİN QABAQCILLARININ AXİRƏT ALƏMİNƏ MÜNASİBƏTLƏRİ

Peyğəmbərlər (s), İmamlar və böyük İlahi şəxsiyyətlər həmişə axirət həyatı haqqında fikirləşir və bir an da bu fikirdən qafil olmurlar. Peyğəmbər (s) və imamlar camaatı Allah yoluna dəvət edərkən Allaha əqidə və axirət aləminə inamlı olmağı iki mühüm məsələ kimi qeyd edirdilər. İlahi şəxsiyyətlər günəş hərarətini görəndə də qiyamət gününü xatırlayırdılar. Bir gün İmam Əlinin (ə) qardaşı Əqil o Həzrətdən müsəlmanların pulundan (beytül-maldan) ona kömək etməsini xahiş etdi. İmam odda qızmış bir dəmiri götürüb qardaşının əlinə tərəf apardı. Əqil qorxub bu işə etiraz edəndə İmam buyurdu: «Sən insan əlində oyuncaq olan bir atəşdən qorxursan, amma qardaşını Allahın qəzəbi ilə şölələnən atəşə tərəf çəkmək istəyirsən».

İmam Əli (ə) başqa bir söhbətində buyurur: «Qorxun o atəşdən ki, hərarəti və dərinliyi çoxdur. Onun zinəti dəmir zəncir və içkisi qaynar sudur».

HƏZRƏT SALMANIN DOSTUNUN ƏHVALATI


Bir gün Salman Kufənin dəmirçi bazarından keçirdi. Gözü nərə çəkib huşsuz halda yerə yıxılan bir cavana sataşdı. Camaat o cavanın ətrafına toplaşdılar. Amma Salmanı orada görəndən sonra ona dedilər: Deyəsən bu cavanın beynində xəstəlik var. Onun qulağına bir dua oxu. Bəlkə sağaldı. Salman dua oxudu və cavan ayağa qalxdı. O, Salmanı görəndə dedi:

-Mən xəstə deyiləm. Lakin dəmirçilərin bazarından keçərkən onların qızmış dəmirləri döymələrini görüb bu ayəni xatırladım: «Cəhənnəm məmurlarının şallaqları vardır». Allahın əzabının qorxusundan ağlım başımdan çıxdı və yerə yıxıldım.

Salman onun bu sözlərindən sonra onunla dost oldu. Bu hadisədən bir müddət keçdi. Salman bir neçə gün dostunu görmədi. Bildi ki, xəstədir. Onun evinə getdi. Başı üstünə çatanda onu can verən halda gördü. Bu vaxt Salman Əzrailə xitab edib dedi:

- «Ey ölüm mələyi! Mənim dostumla mehriban ol»

Həzrət Əzrail dedi:

-«Mən bütün möminlərlə mehribanam».

İŞLƏRİN PEYĞƏMBƏR (s) VƏ İMAMLARA TƏQDİM EDİLMƏSİ


İnsanı günah qarşısında nəzarətdə saxlayan amillərdən biri də bütün işlərin Peyğəmbər və İmamlara təqdim edilməsinə əqidəli olmaqdır. Yəni Allah-təala müəyyən yollarla insanların işlərini İslam Peyğəmbərinə (s) və İmamlara təqdim edir. Bu işlər yaxşı olsa, onlar sevinir; yox əgər günah işlər olsa, onlar narahat olurlar. Biz insanlar belə bir əqidədə olsaq əməllərimizə qarşı daha diqqətli olarıq. Çünki biz öz Peyğəmbərimiz (s) və İmamlarımızın narahatlığını istəmirik. «Tövbə» surəsinin 105-ci ayəsində oxuyuruq: «De ki, işinizdə olun, onsuz da etdiyiniz işləri Allah, Rəsulu və mö’minlər (İmamlar) görəcəkdir. Tezliklə aşkarda və gizlində edilən işləri bilənin dərgahına qayıdacaqsınız. Sizi etdiyiniz işlərdən xəbərdar edəcək».

Bu barədə çoxlu hədislər də vardır. «Üsuli-kafi» kitabında bu barədə bir bölmə var ki, altı hədisdən ibarətdir. Bu hədislərin bəzisində oxuyuruq:

İnsanların yaxşı və pis işləri hər gün sübh çağı İslam Peyğəmbərinin (s) hüzuruna təqdim olunur. Lakin bu hədislərdən bəzisində təqdim olunma vaxtı cümə axşamı kimi qeyd olunmuşdur. Həmçinin, bu hədislərin müəyyən hissəsində əməllərimizin İmamların hüzuruna çatmasını da qeyd edirlər.

ÖLÜMÜ YADA SALMAQ

Şübhəsiz, insanı günahlardan qoruyan bir amil də həmişə ölümü yada salmaqdır. İslam Peyğəmbəri (s) buyurur: «Ölümü tez-tez yada salın. Çünki bu iş günahları təmizləyir». İmam Əli (ə) buyurur: «Ölümlə rabitə sizə kölgənizdən də möhkəmdir». (Yəni ölümlə əlaqəniz sizə kölgənizdən də yaxındır).

GÜNAHLARIN TƏSİRİNDƏN QORXMAQ VƏ ALLAHDAN HƏYA ETMƏK

Günahları təmizləyən amillərdən biri də günahların təsir və nəticəsindən qorxmaqla Allahdan həya etməkdir. İmam Sadiq (ə) buyurur: "Bir şəxsin ki, Allahın onu gördüyündən, söhbətini eşitdiyindən və bütün gördüyü pis, yaxşı işlərdən xəbərdar olmasından yəqinliyi var, o şəxs pis işlər görməz və öz Allahından həya edib, günahlardan qorunar.»

O Həzrət başqa hədisdə buyurur:«Allahdan elə həya et ki, elə bil onu görürsən və sən Onu görməsən də O səni görür».

İslam Peyğəmbəri (s) buyurur: «Mömin günahı belə təsəvvür edir: Sanki böyük bir daşın altında durub və o daşın uçmağından qorxur. Amma kafirin günaha münasibəti onun burnunun yanından keçən bir milçəyin vızıltısına bənzəyir».

İmam Əli (ə) buyurur: «Öz günahından savayı heç bir şeydən qorxma!»

İmam Sadiq (ə) buyurur: «Təəccüb edirəm o şəxsə ki, Allahın əzabından qorxur, bununla belə günah edir». Yəni Allahın əzabından qorxan şəxs, heç vaxt günah etməz.

DÜZGÜN İBADƏT ETMƏK

İslamda düzgün ibadətin digər mənəvi faydaları ilə birlikdə insanı günahdan qorumaqda da mühüm rolu vardır. Ümumiyyətlə ibadət etməkdə məqsəd Allahı tanımaqdan sonra günahlardan qorunmaqdır. İslam dinində bütün ibadətlər təkcə Allaha görə olmalıdır. Bu niyyətlə hər gün ibadət etmək insanın Allahla rabitəsini möhkəmləndirir; insanı Ona daha yaxın edir. «Bəqərə» surəsinin 183-cü ayəsində oruc tutmağın son məqsədi günahlardan təmizlənmək kimi qeyd olunmuşdur. “Ənkəbut» surəsinin 45-ci ayəsində isə namaz qılmaqdan məqsəd günahlardan uzaqlaşmaq kimi bildirilmişdir. Bu barədə bir çox hədislər də vardır:

1. İslam Peyğəmbəri (s) buyurur: «Namaz axar su kimidir. İnsan namaz qılarkən etdiyi günahlar təmizlənir».

2. İmam Sadiq (ə) buyurur: «Namazının Allah dərgahında qəbul olub-olmamasını bilmək istəyən şəxs namazına baxmalıdır. İbadət edənin namazı onu günahdan nə qədər çəkindirirsə, bir o qədər də Allah dərgahında qəbuldur».

3. İmam Əli (ə) buyurur: «Allah-təala namazı lovğalıqdan (təkəbbürdən) uzaq olmaq üçün vacib etdi».

Günahlardan təmizlənməkdə diqqət olunası mövzulardan biri də günahların müalicə yollarıdır.

Hər bir günahın öz dərmanı və öz müalicə yolu vardır. Bu mövzu əxlaq elmində geniş surətdə araşdırılır. Lakin biz burada bir neçə mövzunu açmağa kömək edən hədisə işarə edirik.

1. Əmmar Yasir deyir: «Kufə şəhərinin küçələrinin birindən keçirdim. Bu zaman İmam Əlini (ə) gördüm. Bir dəstə adam onun başına toplaşmışdı. O Həzrət isə günahların hər birinin müalicə yollarını onlara öyrədirdi».

İmam Əli (ə) başqa bir hədisdə buyurur: «Qəlblərin ən çətin dərdi günah dərdidir».

2. İmam Baqir (ə) buyurur: «Hər dərdin dərmanı var. Günahların dərdi isə tövbədir».


3. İmam Əli (ə) buyurur: «Təqvanın (günah etməməyin) vasitəsi ilə dərdlərinzə dərman edin».

GÜNAHIN MÜALİCƏ YOLU

Burada günahların müalicə yollarından biri haqqında söhbət açacağıq.

Belə ki, qeybət etməyə adət edən şəxs bu günahı iki yolla müalicə edə bilər.

1. Qeybət haqqında olan ayə və hədisləri oxusun və onun haqqında deyilən ilahi əzablar barədə fikirləşsin.

2. Qeybəti diqqətlə araşdırıb təhlil etsin. Sonra qeybətə səbəb olan həsəd, lovğalıq, paxıllıq və bu kimi amilləri tanısın, daha sonra bu amilləri məhv etməyə çalışsın. Bu vaxt qeybətə səbəb olan amillərin məhv olmasına görə qeybəti də tərk etmək asan olacaq.

İSLAMDA GÜNAHKARLARLA RƏFTAR

İslam dinində bütün camaata vacibdir ki, tam qüdrətlə günahkarları pis yoldan və etdiyi günahlardan çəkindirsinlər. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur: “Əmr be məruf (yaxşı işlərə dəvət etmək) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) Peyğəmbərin (s) və saleh adamların yolu və iki böyük ilahi vaciblərdəndir. Bu iki vacibin vasitəsi ilə başqa vaciblərə əməl olunur, yollarda əmin-amanlıq yaranır, camaatın qazandığı pullar halal olur və xalqın hüququ təmin olunur. Həmçinin, bu iki vacibin köməyi ilə yerlər abad olur, düşmənlərdən intiqam alınır və bütün işlər öz yoluna düşür».

İslam dinində insanları pis işlərdən çəkindirib, düz yola hidayət etməyin yolları müxtəlifdir. Allah-təala Öz peyğəmbəri Həzrəti Məhəmmədə (s) xitab edib buyurur: «Onları hikmətlə, gözəl-gözəl öyüdlərlə Allah yoluna dəvət et və onlarla mübahisədə ən yaxşı yollardan istifadə et!". «Muminun» surəsinin 96-cı ayəsində buyurur: «Pisliyi özündən kənar edəndə daha yaxşı bir üsulla bunu et».

İCTİMAİ TƏNBEH

İslam dinində bəzi vaxtlar günahkar şəxs ictimai cəhətdən tənbeh olmalıdır. Bu barədə bir neçə nümunəyə diqqət yetirin.

1. «Nur» surəsinin 3-cü ayəsində qeyd olunur ki, zinakarların tənbehi budur ki, onlar pak qadınlarla evlənə bilməzlər.

2. Həmin surənin 4-cü ayəsində isə göstərilir: «Pak və iffətli şəxslərə şahid olmadan böhtan atan şəxsin tənbehi budur ki, onların bu sözü qəbul edilmir və onlara şallaq vurulmalıdır».

3. «Tövbə» surəsinin 28-ci ayəsinə görə müşriklər Məscidül-Hərama daxil ola bilməzlər.

4. Həmin surənin 118-ci ayəsinə əsasən, İslam Peyğəmbəri (s), müsəlmanlar və hətta onların arvad-uşaqları, cihadda iştirak etməkdən boyun qaçıran üç şəxslə danışmamalıdır. Bu üç şəxs yaranmış vəziyyətə dözə bilməyib tövbə etdilər. Allahın fərmanı ilə Peyğəmbər (s) onların tövbəsini qəbul etdi.

5. «Nisa» surəsinin 140-cı ayəsinə görə Quran ayələrini inkar və istehza edənlərlə oturub-durmaq qadağandır.

BU BAƏDƏ BİR NEÇƏ HƏDİS

Günahkarla necə davranmaq haqqında çoxlu hədislər var. Onlardan bir neçəsini qeyd edirik.
1. İmam Əli (ə) buyurur: «Günahkarları pis işlərdən çəkindirməyin ən aşağı dərəcəsi, onlarla acıqlı (və qaşqabaqlı) davranmaqdır»

2. İmam Sadiq (ə) Haris ibn Müğəyrə adlı bir səhabəsinə buyurdu: «Nə üçün filan dostunun pis iş törətdiyini eşidəndə onu tənbeh edib günahdan çəkindirmədin?»

Haris dedi: «O mənim sözümü qəbul etməz».

İmam Sadiq (ə) buyurdu: «Onunla oturub-durma və ondan uzaqlaş».


3. İmam Kazim (ə) zalım padşah haqqında buyurur: «Mənim uca bir binanın üstündən düşüb parça-parça olmağım zalım padşahın sarayında işləməkdən və ya onların xalçasının üstünə qədəm qoymaqdan yaxşıdır».

İMAM SADİQİN (ə) NİFRİNİ

Davud ibn Əli (Mədinə şəhərinin rəisi və cinayətkar şəxslərdən biri idi) Müəlla ibn Xünəysi (İmam Sadiqin böyük şagirdlərindən biri idi) öldürdü və onun bütün var-dövlətini müsadirə etdi. İmam Sadiq (ə) bu xəbəri eşidəndə Davudun yanına gedib dedi: «Sən mənim dostumu öldürdün və onun varını qarət etdin. Allaha and olsun, sənə nifrin (qarğış) edəcəyəm».

Davud İmamın bu sözünə istehza edib dedi: «Sən məni qarğış etməklə qorxudursan?!»

İmam Sadiq (ə) evinə qayıtdı və bütün gecəni namaz qılmaqla keçirtdi. Sübh vaxtı Allaha belə xitab etdi: «Ey qüdrətlilərin qüdrətlisi olan Allah! İlahi, Sənin elə bir izzətin var ki, bütün yaranışlar Sənin qarşında acizdirlər. Mənim intiqamımı bu zalımdan al!» Bu nifrindən bir saat keçməmişdi ki, Davudun ölüm xəbəri gəldi.

İMAM KAZİMİN (ə) GÜNAHKARLARLA RƏFTARI

Bəzən günahkarla mülayim və mehribanlıqla davranılmalıdır. Çünki belə davranış onları düz yola hidayət edəcək. Bu barədə maraqlı bir əhvalata diqqət yetirək. İmam Kazimin (ə) vaxtında xəlifənin yaxın adamlarından biri O Həzrəti görəndə ədəbsizlik edir və imama nalayiq sözlər deyirdi. Həmçinin o İmam Əliyə (ə) da xəyanət edirdi. Bir gün İmam Kazimin (ə) dostlarından bir neçəsi İmama dedilər: İcazə ver, onu öldürək! İmam isə qətiyyətlə bu işi məsləhət görmədi.

O kişinin yerini soruşdu. Onun bir əkin sahəsində işlədiyini dedilər. İmam öz ulağına minib əkin yerinə tərəf yollandı və onun əkin sahəsinə girdi. Kişi uzaqdan qışqırdı: «Mənim yerimi ayaqlama». İmam isə yenə də öz ulağı ilə hərəkət edib o kişinin yanına gəldi. Ulaqdan düşüb xoş üzlə salam verdi. Sonra şirin-şirin sözlərlə onunla söhbətə başladı. İmam ondan soruşdu: Bu əkin yerinə nə qədər xərcin çıxıb?

Kişi cavab verdi: Yüz dinar.

İmam soruşdu: Bəs bu yerdən nə qədər məhsul götürməyə ümidin var?

O dedi: Mənim qeybdən xəbərim yoxdur!

İmam dedi: Mən səndən soruşdum ki, nə qədər məhsul götürməyə ümidin var?

Kişi cavabında dedi: 200 dinarlıq məhsul götürməyə ümid edirəm.

İmam Kazim (ə) içində 300 dinar pul olan bir kisəni ona verib buyurdu: Bunu al, götürəcəyin məhsul da sənin olsun!

İmamın bu davranışı o kişiyə o qədər təsir etdi ki, yerindən qalxıb İmamın alnını öpdü və dedi: «Məni bağışla, mənim təqsirlərimdən keç!»

İmam Kazim (ə) onun yanından qayıtdı və sabahı gün məscidə getdi. O kişi də məsciddə idi. İmamı görcək bu ayəni oxudu: «Allah-təala daha yaxşı bilir ki, öz risalətini hansı ailəyə versin».


Kişinin dostları bu sözdən sonra onun yanına gəlib, belə danışmağının səbəbini soruşdular. O, İmamla olan əhvalatı dostlarına söylədi. İmam Kazim (ə) isə evə qayıdanda kişini öldürmək istəyənlərə dedi: Hansı yaxşı idi: sizin dediyiniz, yoxsa mənim onunla etdiyim rəftar?!

Günahdan qurtulmağın yolları


Geri dön

Nuray2012

  • 20 aprel 2012 19:23
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
Cox sagol xebere gore

--------------------

enigmatic_girl

  • 22 mart 2012 17:12
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
cox tesekkur

--------------------

nar_18

  • 22 mart 2012 15:39
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
teshekkur edirem deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

EnD of TiMe

  • 22 mart 2012 13:52
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Tesekkurler gozel xebere gore....

Melek Kiz

  • 22 mart 2012 13:51
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
allah razi olsun

✰GlaMurKa✰

  • 22 mart 2012 12:59
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bu deyerli sozlere gore

ANGEL LOVE

  • 22 mart 2012 12:48
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
gunah etmeyek!!!!!!!!!!!!!

--------------------

Miss Lady

  • 22 mart 2012 12:43
  • Məqalə: 180
  • Şərh: 2216
  • Bal:
{awards}
caliwin hec bir zaman gunah iw gormeyin...

Ku-ku

  • 22 mart 2012 12:20
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
«Ey ölüm mələyi! Mənim dostumla mehriban ol»

Həzrət Əzrail dedi:

-«Mən bütün möminlərlə mehribanam».

--------------------

J ♥ S

  • 22 mart 2012 12:08
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
tewekkur. edirem cox gozel idi 90%-ni oxudum cox sagol!

--------------------
J & S ∞♥....

✰Dгeaм✰

  • 22 mart 2012 11:50
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Cox uzundu.Tesekkurler.

C.I

  • 22 mart 2012 11:40
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
coxxxxxxxxxxxxx beyendim tsk edirem............

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 43
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}