Yazın əsas xəstəliyi

 
Yazın əsas xəstəliyi

Allergiya ilə necə mübarizə aparmaq olar?

Nəmli və isti hava şəraiti ilə əlaqədar meydana çıxan allergik xəstəliklər hazırda geniş yayılmaqdadır. Xüsusən də son illərdə geniş yayılan bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünya əhalisi arasında geniş yayılan xəstəliklərin siyahısında 3-cü yeri tutur. Əvvəllər bu xəstəliyə min nəfərdən birində rast gəlinirdisə, indi hər 10 nəfərdən ikisi bundan əziyyət çəkir. Qeyd edək ki, allergiyalı xəstələrin üstünlük təşkil etdiyi ölkələr arasında Almaniya, Fransa və Türkiyə ön sıralarda qərarlaşıb

Azərbaycanda da son illər allergik xəstəliklərdən həkimlərə şikayətlənənlərin sayı durmadan artır. Ölkəmizdə də həkimlərin dediyinə görə, allergiyadan şikayətlənən bir çox insanlar onlara müraciət edir.

Həkim-infeksionist Kəmalə Hüseynova son bir neçə ildə belə xəstələrin sayının xeyli dərəcədə artdığını söylədi. Onun sözlərinə görə, mart və aprel aylarında allergiyaya görə müraciət edənlərin sayı çoxalır: “Əsasən qurd, infeksion xəstəlikləri olan insanlarda allergiyaların üzə çıxması digər insanlara nisbətən çoxdur. Həmçinin, allergik faktorlar da müxtəlifdir. Elə insan var onda allergiya sitrus meyvələrindən, tərxun, bal, yemiş, tum və fındıqdan qaynaqlanır. Bəzilərində isə allergiya əlamətlərini müəyyən çiçək və ağac növü, toz, yun, toyuq tükü və s. artırır. İlk öncə həmin allergiya yaradan səbəbi tapmaq lazımdır. Onun üçün də özündə allergiya əlamətlərini hiss edənlər mütləqdir ki, həkimə müraciət etsinlər”.

Allergiyanın müxtəlif əlamətləri var. Yazın gəlişi ilə orqanizmdə allergik xəstəliklər burun axması, qaşınma, göz yaşarması və dəridə qıcıqlanmalarla özünü büruzə verir. Bəzən üşütmə, boğaz ağrısı, səs batması və öskürək də ortaya çıxa bilər.

Mütəxəssislərin qənaətinə görə, insanlar arasında bu tip xəstəliyin ən geniş yayılan formaları allergik və xroniki rinitdir. Allergik rinit əsasən yaz mövsümündə, çiçəklərin tozlanma dövrü başlayanda baş qaldırır, xroniki rinit isə bütün mövsümlərdə müşahidə edilir. Allergik rinit zamanı xəstədə ilkin olaraq fasiləsiz asqırmalar, burunda göynəmə və qaşınmalar ortaya çıxır. Daha sonra gözlərdə qaşınma və sulanma kimi əlamətlər müşahidə olunur. Xəstənin burnu daim tutulu vəziyyətdə olur və o, qoxu bilmir. Bir müddət sonra isə burundan selik gəlməyə başlayır, qulaq tutulur. Bəzilərində üz və burun pərdələri şişməyə başlayır və nəfəsalma çətinləşir. Evdə olan zaman xəstə özünü yaxşı hiss etsə də, çölə çıxanda vəziyyəti dəyişir, rinitin simptomları özünü kəskin şəkildə büruzə verməyə başlayır. Bir qisim xəstələrdə bu əlamətlər 1 ay, bəzilərində isə mövsümün sonuna kimi davam edir. Yaz mövsümü başa çatdıqdan sonra allergik rinitin əlamətləri yavaş-yavaş aradan qalxır və xəstə normal vəziyyətə qayıdır.

Və mütləqdir ki, allergik faktor tapılaraq xəstə müalicə olunsun. Çünki vaxtında müalicə olunmadığı təqdirdə, həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər. Odur ki, düzgün müalicə aparıldıqda allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkündür. Allerqoloqlar bildirir ki, allergik rinitin yüngül keçməsi üçün xəstələr yaz mövsümündən 4 ay əvvəl müalicəyə başlamalı və proses mövsümün sonuna kimi davam etdirilməlidir.

Maraqlı bir məqam da yüngül formalı allergiya xəstəliyi insanlara genetik yolla, əsasən də ana xətlə keçir. Ana, nənə, baba, xala və dayıda olan allergiya genlər vasitəsilə uşaqlara ötürülür. Ancaq allergiyanın bu formasından əziyyət çəkən insanlarda yüngül simptomlar – burun göynəmələri, asqırma və göz yaşarmaları müşahidə edilir.

Həkimlərin söylədiyinə görə, qadın hamiləlik zamanı emosional və gərgin olarsa, doğulacaq uşaqların 80%-i gələcəkdə allergiyadan əziyyət çəkəcəyi ehtimalı yüksəkdir. Allergik xəstəliyə yoluxan insan heyvan saxlanılmayan, ev bitkiləri yetişdirilməyən rütubətsiz bir otaqda yaşamalıdır. Yataq otağında yumşaq tipli oyuncaqlar, xalça-kilim olmamalı, allergiya verməyən, hava keçirən yataq və yorğanlardan istifadə olunmalıdır. Həmçinin, hər hansı bir qidaya qarşı allergiya hiss olunarsa, mütləq həmin qidadan imtina edilməli, havaya qarşı allergiyası hiss olunduqda isə evdən çıxmamağa, pəncərə və qapıları müəyyən zaman ərzində bağlı saxlamağa çalışmaq lazımdır.


Geri dön

★Miss Love★

  • 14 aprel 2012 14:17
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
Mende hec bir allergiуa уoxdur cox wukurki...тewekkurler xebere gore))

✰GoLd GirL✰

  • 2 aprel 2012 18:21
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
ALLERGİYAAAAAAAAA

mENİM YARALI YERİM

enigmatic_girl

  • 22 mart 2012 16:53
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
allergiyaaa..... recourse

--------------------

..:MeleK kiz:..

  • 22 mart 2012 16:19
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
yaz geldi derd geldi

EnD of TiMe

  • 22 mart 2012 14:13
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
mende var alergiya..Ozde toza qarsidi..Gunde 20 -30 defe asqiriram....Ama yaxsidiki Artiq qurtarir mende..Biliridm bunlari..Tesekkurler.

ANGEL LOVE

  • 22 mart 2012 12:57
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
aaaaaaaaaaaa ne pis........

--------------------

✰Dгeaм✰

  • 22 mart 2012 11:14
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah elemesin,hec yoluxmaq istemirem.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}