Qiyamətdə günü ağlamayan gözlər

 
Qiyamətdə günü ağlamayan gözlər

Gecə namazının əhəmiyyətinə diqqət edərək, Şəhid Mütəhərrinin məqalələrindəki bəzi nöqtələrə nəzər salaq. Bu məqalələrin birində gecə namazının əhəmiyyəti haqqında bir hədis nəql edilir.

İmam Sadiq (ə) buyurur: “Qiyamət günü bütün gözlər ağlayar, üç gözdən başqa: 1. O göz ki, Allahın haram buyurduqlarına göz yumub. 2. Allahın ibadətinə görə ayıq qalan gözlər. 3. O gözlər ki, gecə yarısı Allah qorxusundan göz yaşı töküblər”.

İbadətin ləzzəti

Şəhid Mütəhərri buyurur: “Bir silsilə mənəvi ləzzətlər vardır ki, mənəviyyatımızı ucaldar. Gecə namazının öz ləzzəti vardır. Gecə namazı qılan şəxsin hiss etdiyi ləzzəti barlarda əylənməyə gedən insanların hiss etdiyi ləzzət ilə müqayisə etmək olmaz. Onlar bu ləzzəti heç vaxt hiss edə bilməzlər. Gecə namazının ləzzəti çox dərin bir ləzzətdir. İnsana güc və sevinc bəxş edər. Ancaq əgər biz özümüzü dünya ləzzətlərinə qərq etsək, məsələn, gülüb-danışsaq, hətta qeybət belə etməsək, sonra da süfrə açıb, doyunca qarnımızı doydursaq və sonra da ölü kimi yatağa uzansaq, bu ləzzəti hiss etməyəcəyik.

Allaha and olsun ki, imanlı bir insan gecə yarısı ayılıb, ulduzları seyr edərək, “Ali-İmran” surəsinin son ayələrini tilavət edərək, varlıq aləmi ilə həmsəda olar və bu da bütün dünya maddi aləminin ləzzətinə bərabərdir. Bu cür insan bizim kimi yaşaya bilməz. Bizim kimi şam yeyə bilməz. Çünki dolu qarınla gecə yarısı ayılmaq çətindir və ayılsa da o ləzzəti hiss etməyəcəkdir.

O kəslər ki, bu tofiqə nail olublar və biz onları tanıyırıq, bizim bağlı olduğumuz dünyaya laqeyddirlər. Ən az tilavət etdiyi Quran ayəsi - bir cüzdür. Gör necə aramlıq və rahatlıqla bu gecə namazını qılır. Bu namaz qəlbləri dirçəldər. O insan ki, bu ləzzətə çatmaq istəyir, gərək maddi ləzzətlərin sayını azaltsın.

Həzrət Cəbrayilin (ə) gecə namazı tövsiyəsi

Həzrət Peyğəmbər (s) buyurur: “(Müstəhəb) namazların ən üstünü - gecə namazıdır və onu yerinə yetirmək necə də qısadır”. Həzrət (s) başqa yerdə buyurur: “Cəbrayil (ə) mənə o qədər gecə namazını tövsiyə etmişdir ki, hətta güman etdim ki, ümmətimin yaxşıları yatmırlar, onların çox az hissəsi istisna olunmaqla”.

Peyğəmbəri-Əkrəm (s) başqa yerdə buyurur: “Allah Həzrət İbrahimi bu iki işinə görə öz dostu seçmişdir: 1. Yoxsullara yemək vermək. 2. Gecə namazı (qılması), insanlar yuxuda olan zaman”.

Qiyamət günü gecə oyaq qalanlar

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah bütün insanları toplayandan sonra Carçı nida edər və deyər: İrəli gəlsinlər o insanlar ki, gecə yarısı yataqlarından uzaq olublar. Allahı çağırardılar, qəzəbindən qorxar və rəhmətinə ümidvar olardılar. Bu zaman bir qrup insanlar irəli gələrlər və başqalarından əvvəl öz yerlərinə (behiştə) daxil olarlar və onlardan sonra o biri insanların hesablarına baxarlar”.


Geri dön

Su Perisi

  • 28 mart 2012 14:47
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
İmam Sadiq (ə) buyurur: “Qiyamət günü bütün gözlər ağlayar, üç gözdən başqa: 1. O göz ki, Allahın haram buyurduqlarına göz yumub. 2. Allahın ibadətinə görə ayıq qalan gözlər. 3. O gözlər ki, gecə yarısı Allah qorxusundan göz yaşı töküblər”.
Çox maraqlı idi təşəkkürlər.

--------------------

enigmatic_girl

  • 22 mart 2012 17:53
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
1sey sorusacam axirinci abzasi basa dusmedim orda gece yarisi yatagda olmayanlar ne olur? mene izah ede bilersiz?

--------------------

Beren Saat...

  • 22 mart 2012 16:52
  • Məqalə: 0
  • Şərh: 178
  • Bal:
{awards}
cooxmaraqli xeberdi

Dinar Mamedova

  • 22 mart 2012 14:54
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
Həzrət Peyğəmbər (s) buyurur: “(Müstəhəb) namazların ən üstünü - gecə namazıdır və onu yerinə yetirmək necə də qısadır”. Həzrət (s) başqa yerdə buyurur: “Cəbrayil (ə) mənə o qədər gecə namazını tövsiyə etmişdir ki, hətta güman etdim ki, ümmətimin yaxşıları yatmırlar, onların çox az hissəsi istisna olunmaqla”.

Peyğəmbəri-Əkrəm (s) başqa yerdə buyurur: “Allah Həzrət İbrahimi bu iki işinə görə öz dostu seçmişdir: 1. Yoxsullara yemək vermək. 2. Gecə namazı (qılması), insanlar yuxuda olan zaman”.

Allah razi olsun deyerli xebere gore sagolun

--------------------

... Deryam ...

  • 22 mart 2012 14:31
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}

Allah razı olsun, dəyərli və gözəl məlumatlardı

--------------------

Priya

  • 22 mart 2012 14:16
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Allah çox-çox razı olsun.Yazı için təşəkkürlər.Çox maraqlı idi.

--------------------




✰GlaMurKa✰

  • 22 mart 2012 14:04
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

nar_18

  • 22 mart 2012 13:49
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

_favorit_arkadas

  • 22 mart 2012 13:43
  • Məqalə: 556
  • Şərh: 8237
  • Bal:
{awards}
allah razi olsun...

--------------------

✰Dгeaм✰

  • 22 mart 2012 13:29
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun. love lol

EnD of TiMe

  • 22 mart 2012 13:27
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler..

ANGEL LOVE

  • 22 mart 2012 13:18
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler.........................

--------------------

Angel Milana

  • 22 mart 2012 13:12
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
maraglidi twk...

--------------------
<3 Dunyanin 7 mocuzesi varmiw...Menden 6 dene daha mi var?...Inanmam!... <3

Miss Lady

  • 22 mart 2012 13:07
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
Qiyamət günü gecə oyaq qalanlar
gece oyaq qalmagi bacariram yaxwiki....birinci werhi men yazdim yene..mene elave xal verinnn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}