Üç kişiyə eyni vaxtda “sevirəm” deyən qadın

 
Üç kişiyə eyni vaxtda “sevirəm” deyən qadın

Uzun zamandır ki, mən də köşə yazmaq istəyirəm. Amma hardan, kimdən, nədən başlayacağımı bilmirdim. Çox vaxt düşünürdüm ki, mən hara, köşə yazmaq hara? Mənə elə gəlirdi ki, köşə yazmaq üçün xüsusi istedad, ağıl və düşüncə lazımdı. Nə bilim, bəlkə də yalnış düşünürmüşəm. Sevgidən yazacağam ilk köşəmi...Niyə sevgidən?..Çünki bir zamanlar bütün əsərlərin mövzusu olan, oxuyanda göz yaşı axıtdığımız, yaşanan sevgilərin həsrətini çəkərdik. Bizə elə gəlirdi ki, həqiqətən həyatda belə sevgilər var. O sevgilərin arzusu ilə yaşayardıq. O zamanlar o əsərləri oxuyanda ağlımıza gəlmirdi ki, bir zaman gələcək, adı çəkiləndə ürəyimiz əsən sevgi sözü bu qədər adiləşəcək. Bəlkə də mənasını itirəcək. Bəlkə də mənasını itirməyəcək, biz özümüz mənasızlaşdıracağıq bu hissi...Necə?

Yaxşı sualdı əslində, necə? Axı normal, ağıllı insan heç bir zaman hisslərinin adiləşməsini istəməz. Kim istəyər ki, həyatında birdən artıq adam olsun, kim istəyər ki, yaşadığı həyatı boyu onlarla insandan “sevirəm” sözünü eşitsin? Təbii ki, heç kim...

Amma elə bir zaman gəldi ki, insanlara birinin sevgisi azlıq etməyə başladı. Qadınlı, kişili sevgi axtarışına çıxmağa başladı hər kəs. Hamı xəyallarındakı obrazı axtara-axtara, hər qarşısına çıxanda xəyalındakı obrazdan bir parça tapdığında “sevirəm” dedi. Böyük sevgi kiçik sevgilərə parçalandı.

Çox zaman öz-özümə düşünürəm ki, görəsən, insanlara nə lazımdı? Kişilərdən soruşanda deyirlər ki, ideal qadın. İdeal qadın – gözəl, ağıllı, bacarıqlı, romantik, bir az da dəlisov, qadınlarımız isə ideal kişi axtarışındadırlar. İdeal kişi, pullu, romantik və ideal ər. Amma insanlar bu istəkləri istəyəndə düşünmədilər ki, bütün sadalananlar heç bir zaman bir insanda birləşə bilməz. Çünki qarşındakının ideal olmasını istəyirsənsə, özün də elə olmalısan. Amma axı biz bunu bacarmırıq...Eh nə isə.... Onsuz da danışmaqla bitməyəcək.

Yeri gəlmişkən, ideal insan axtarışında olan bir qadın haqqında danışmaq istəyirəm. Uzun müddətdir tanıyıram bu qadını. Çox da yaşlı deyil. Amma həyatdan nə istədiyini bilmir. Bəzən mənimlə danışanda deyir ki, ideal insan istəyirəm. İstəyirəm ki, həm məni qorusun, həm maddi sıxıntılarımı həll etsin və həm də məni sevsin. Amma o qadın bu üç axtardığını bir adamda tapa bilmədiyi üçü 3 adamla görüşür. 3 sevgilisi var. Üçünü də sevir, üçünə də “sevirəm” deyir. Özünü əxlaqsız da hesab etmir.

O qadının həyat tərzi mənim üçün maraqlı deyil. Yenə sözümün əvvəlinə qayıdıram, sevginin ucuzlaşmasına adiləşməsinə... Əslində özümüz adiləşdiririk hisslərimizi, nəfsimizin qurbanı oluruq, əlimizdəki ilə qane ola bilmirik. İstədikcə, aldıqca istəyrik və bütün istədiklərimizə çatmaq üçün sevgini istifadə edirik.

Bir zamanlar elə inanardım ki, sevgiyə...Ən ülvi duyğu idi mənim üçün.Bu zəmanənin insanları adiləşdirdilər bu duyğunu...
Mən 3 kişiyə eyni vaxtda “sevirəm” deyən qadını görəndən sonra hansısa kişinin birini sevə biləcəyinə necə inana bilərəm???


Geri dön

ANGEL LOVE

  • 25 mart 2012 20:20
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
maraqli idi

--------------------

Hayalet_Sevgili

  • 23 mart 2012 13:52
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
İnsanlar sevgini cok adilesdirib.Hec sevginin ne oldugunu bilmiren adan seni sevirem deyir,xox maraqlidi.
Twk

--------------------
Olum son deyil,baslangicdir

VIPTOZ

  • 23 mart 2012 01:56
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
sevmek kelmesi indi cox menasiz kelmeye cevrilib.deyerin itirib.ele insanlar sevginin ne oldugunu sadece anlamir tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Delya_91

  • 22 mart 2012 21:44
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
sevgini indi cox ucuzladirib e insanlar

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

kEnd4i KiVIRCiK

  • 22 mart 2012 21:03
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
viyyy nine halal olsunnn neterde """firladireee'''

Priya

  • 22 mart 2012 20:33
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Çox qəribə və xoşagəlməz taledir.Əslində, buna tale deməzdim.Bunu qadın özü edib.Necə də vicdadı sakit bir insandır.Mən deyərdim ki, onun heç vicdanı yoxdur.Yox, vicdansız insan yoxdur.Onun vicdanı var, amma susmuş vicdandır, vicdanı.

Yazı için təşəkkür.

--------------------




receb 89

  • 22 mart 2012 20:12
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
Xebere gore twk

--------------------
SoNsUz QoRxUlArDaNsA QoRxUlU BiR SoN YaXsIdI !!!...

EnD of TiMe

  • 22 mart 2012 19:46
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler.........

GERI DONME

  • 22 mart 2012 19:43
  • Məqalə: 0
  • Şərh: 576
  • Bal:
{awards}
dogrudu axir ki bele bir gergin movzu yazan tapildi ele bilirdim tek menem bele dusunen mence dahada maraqli bir movzu yazmaq olar...mence bu hecde pis olmaz...mencede indi kimese inanmaq cox cetindi sevirem demek.... adi ucucu bir soz deyil ...hem mesuliyyet hemde temiz hisslerdi .....ama indi balaca cocouklarda sevirem deyirse ne oldugun bilmeden.... boyukleri hecde qinamaq olmaz ....ama yenede sevmemisem ve sevmeyecem deyirem.... cunki sevsem ne fark eder... hec guven yoxdu ve men biliremki sevsemde onemi yoxdu .....menim yerime evvel axir valideynlerim qerar verecek...sehv de olsa qoy onlarin sehvi olsun....en azinnan mesuliyyet menim ciyinlerime yuklenmez........ve belece men oz dunyamda xeyyallarima siginib yasayacam..... mence hec sevgiye ehtiyacimda yoxdu cunki ne deyer veren nede onu deyerlendiren birileri yoxdu.....yox.....yoxdu...... recourse

C.I

  • 22 mart 2012 19:35
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
ayyyyyy bacim cox maraqliydi ve derk edici sozler cox idi tsk edirem ellerine sagliq.....

--------------------

Dalga

  • 22 mart 2012 19:20
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Maraqlidir tewekkurler

--------------------

nar_18

  • 22 mart 2012 19:11
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
dehshetdiye heqiqetende sevgi indi cox adileshib ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

SevgiHeyatdi

  • 22 mart 2012 19:05
  • Məqalə: 6
  • Şərh: 303
  • Bal:
{awards}
Uzun zamandır ki, mən də köşə yazmaq istəyirəm. Amma hardan, kimdən, nədən başlayacağımı bilmirdim. Çox vaxt düşünürdüm ki, mən hara, köşə yazmaq hara? Mənə elə gəlirdi ki, köşə yazmaq üçün xüsusi istedad, ağıl və düşüncə lazımdı. Nə bilim, bəlkə də yalnış düşünürmüşəm. Sevgidən yazacağam ilk köşəmi...Niyə sevgidən?..Çünki bir zamanlar bütün əsərlərin mövzusu olan, oxuyanda göz yaşı axıtdığımız, yaşanan sevgilərin həsrətini çəkərdik. Bizə elə gəlirdi ki, həqiqətən həyatda belə sevgilər var. O sevgilərin arzusu ilə yaşayardıq. O zamanlar o əsərləri oxuyanda ağlımıza gəlmirdi ki, bir zaman gələcək, adı çəkiləndə ürəyimiz əsən sevgi sözü bu qədər adiləşəcək. Bəlkə də mənasını itirəcək. Bəlkə də mənasını itirməyəcək, biz özümüz mənasızlaşdıracağıq bu hissi...Necə?



cooooooooooooox cooooooooooooooooooox raziyamm...tewekkurlerrrr

--------------------
Wkalatimin Balasiiiiiiiiiiii............

enigmatic_girl

  • 22 mart 2012 18:56
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
aaaa delidiki bu))) lol

--------------------

Narka E-ZaDe

  • 22 mart 2012 18:53
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqlidir

Üç kişiyə eyni vaxtda “sevirəm” deyən qadın- Bu qadin hec ne istediyini bilmir what

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 23

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}