Maraqlı bir dini hekayə

 
Maraqlı bir dini hekayə

Dedim: Çox tənhayam.

Dedin: Mən ki sənə çox yaxınam.
(Bəqərə,186)

Dedim: Bəli bilirəm Sən mənə yaxınsan, amma mən Səndən uzağam, kaş ki mən də Sənə yaxın ola bilsə idim.

Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et.
(Əraf, 205)

Dedim: Bu da Sənin köməyini istəyər.

Dedin: Allahın sizi bağışlamasını istəməzsinizmi?
(Nur, 22)

Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.

Dedin: (Elə isə) Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!
(Hud, 90)

Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?

Dedin: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!
(Tövbə, 104)

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.

Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur.
(Ğafir, 3)

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!

Dedin: Allah bütün günahları bağışlayandır.
(Zumər, 53)

Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?

Dedin: Axı günahları Allahdan başqa kim bağışlaya bilər?
(Ali-İmran, 135)

Dedim: Nə qədər gözəlsən, Allahım! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.

Dedin: Şübhəsiz ki, Allah tövbə edənləri və təmizlənənləri sevir.

Birdən: “İlahım və Rəbbim, mənim Səndən başqa kimim var”, -dedim.

Sən də: “Allah Öz bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.

Dedim: Sən ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?

Dedin: Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir!
(Əhzab, 41-43)

Öz-özümə dedim: Allahım, Səni çox sevirəm.

Maraqlı bir dini hekayə


Geri dön

_favorit_arkadas

  • 23 mart 2012 17:16
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
maraqli hekayedir....

--------------------

kEnd4i KiVIRCiK

  • 22 mart 2012 21:00
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
coxx sagoollll smile

Priya

  • 22 mart 2012 20:07
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Bilmirəm bu sözlərin qarşısında nə üçün şam kimi yanmağa başlayıram? İcazənlə, mən deyim:Günahkar bəndə, tövbə etdiyində Rəbbimin bağışladığını içdən hiss edər.Bu qədər rəhimli olduğu için, ona bu qədər nemət bəxş etdiyi üçün bəndə etdiklərindən çox utanır.Bax budur şam kimi yanmağın səbəbi.Allah etdiklərimizi bağışlamaqla bizi utandırır.
Yazı için təşəkkür.Maraqlı idi.

--------------------




Aysel_

  • 22 mart 2012 19:33
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler serhlerinize gore

enigmatic_girl

  • 22 mart 2012 19:06
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Maraqlidir...))

--------------------

nar_18

  • 22 mart 2012 19:00
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
cox gozel hekaye idi teshekkurler ....

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

SevgiHeyatdi

  • 22 mart 2012 19:00
  • Məqalə: 6
  • Şərh: 303
  • Bal:
{awards}
salam.ilk serh menden Aysel_ tewekkurler xebere gore....inwalla qeflet yuxusunda olanlarda ayilib tovbe ederler...

--------------------
Wkalatimin Balasiiiiiiiiiiii............

Narka E-ZaDe

  • 22 mart 2012 18:56
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
cox gozel diini hekayedir :)

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}