Dönəcəksən

 
Dönəcəksən

Dönəcəksən…
Bilirəm, bir gün mütləq geri dönəcəksən.
Eynilə getdiyin kimi, qəflətən…

Çünki mənim uğruna tərk etdiyin şeyləri əldə etdikdən sonra belə xoşbəxt ola bilmədiyini fərqinə varacaqsan. Həmişə bir tərəfin əskik qalacaq yoxluğumda. Həmişə yarım. Köhnə günlər gəlincə ağılına ürəyin ürpərəcək, itirdiklərinə yanacaqsan. Bəlkə gözyaşı tökəcəksən gedən amma geri dönməz günlərinə, iç çəkəcəksən.

Kədərlənəcəksən.
Amma bir tərəfdən də təkrar sınayacaqsan. Yeni zəfərlər qazanmaq üçün yeni insanlara toxunacaqsan. Hamısında məndən izlər görməyə və eyni qoxunu eşitməyə çalışacaqsan. Əfsus, tapa bilməyəcəksən. Bax o gün məni çox daha yaxşı anlayacaqsan. Heç bir zaman yalan danışmadığımı. Amma vaxt çox gec olacaq. Görəcəksən. Heç kim səni mənim sevdiyim kimi sevməyəcək. Ən əhəmiyyətlisi heçkimsə sənə hüznlə baxmayacaq. Anlayacaqsan. Bu gec bilmənin və itirmişliyin hüznündə səhərləyəcəksən bitməyən gecələrdə.

Əllərin ayaqlarınla birləşəcək tək yataqlarda.
Saatlar il, dəqiqələr əsr olacaq. Dəfələrlə telefona uzanacaq barmaqların, ‘zəng et' düyməsindən geri dönəcəksən. Ağlın duyğularına qarışacaq hətta. Ən başa dönmək istəyəcəksən. Amma nə o qürurun nə də mənim qalan qürurum buna icazə verməyəcək. Qəbul edəcəksən. Mənə dirəşdiyin gerçəkləri qəbul edəcəksən. Seçdiyin həyatı yaşamaq zülmü gəlsə də davam edəcəksən. Peşmanlıq keşiklərində ağaracaq saçların.

Bədənin o zindan otaqlarda köhnələcək.
Doğan gün də, ara-sıra gələn gecə də sənə eyni dadı təqdim edəcək. Bəzən səhərin ilk işıqlarında bəzən gecənin ən sıfır anında özünü küçələrə atacaqsan aralarda. Bəlkə etina etdiyim saçların islanacaq qərarsız yağışlarda. Üşüyəcəksən. Bəlkə tutmağa qıya bilmədiyim zərif əllərin çatlayacaq bilmədiyin küləklərdə. Amma alışacaqsan. Maraqlı bir həyatın sabit tələlərində yox olacaq gözəlliyin zamanla. Həm də eyni yolda dəfələrlə.

Qalan taqətinlə yarı şəffaf bir həyatı yaşayarkən, mənim üçün darıxacaqsan.
Və buna daha çox dözə bilməyib dönəcəksən hər şeydən keçdiyin amma ‘kaşkilərin mənasız olduğu bir gündə. Bəlkə yarım qalmış hekayəmi tamamlayır olduğumu görüncə daha da kədərlənəcəksən. Keçmiş zamanda dolandığın boş və çirkli otaqlara dönməmək üçün gözləyəcəksən. Uzaqdan belə olsa izləyəcəksən. Bir xarici kimi də uzaqlardan…
Bəlkə mənim döndüyümdən xəbərim belə olmayacaq. Bilmirəm…
Amma bildiyim tək şey; sən dönəcəksən…


Geri dön

nar_18

  • 23 mart 2012 18:15
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
maraqli idi ama mence geden donmese daha yaxshi olar cunki qirilan qelb bir daha duzelmir ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

mir_yusif

  • 23 mart 2012 10:46
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkk

VIPTOZ

  • 23 mart 2012 01:42
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
maraqliydi.bele hekayelerden xosum gelir tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

ada.555

  • 22 mart 2012 23:28
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
От Вет Привет nu belede beyendim sagolun

Cansi

  • 22 mart 2012 22:46
  • Məqalə: 0
  • Şərh: 783
  • Bal:
{awards}
DONECEKSEN!twk

--------------------
Men eserimin esiriyem

ibn xatun_2011

  • 22 mart 2012 22:35
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
QALAN TAQƏTİNLƏ YARI ŞƏFFAF BİR HƏYATI YAŞAYARKƏN,MƏNİM ÜÇÜN DARIXACAQSAN...........


--------------------

✰GlaMurKa✰

  • 22 mart 2012 21:46
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Dönəcəksən…
Bilirəm, bir gün mütləq geri dönəcəksən.
Eynilə getdiyin kimi, qəflətən…
recourse

Delya_91

  • 22 mart 2012 21:36
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
dehset cox beyendim,hansisa hisseni copy etmek istedim,ama bacarmadim,cunki butovlukde yazi cooox gozel idi

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

enigmatic_girl

  • 22 mart 2012 21:31
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
EnD of TiMe,
Ask sana geri donmezmi?

--------------------

EnD of TiMe

  • 22 mart 2012 21:11
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Geri donus olsa....Tesekkurler maraqliydi..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}