Bir payız gecəsi

 
Bir payız gecəsi

Bir payız küçəsi ilə addımlayıram. Saralmış palıd və söyüd yarpaqları ətrafımda uçuşur. Yarpaqlar torpağa düşür və həyatlarını başa vururlar. İndi sən mənə ağacdan düşmüş xəzan qədər uzaqsan. Həyat küləkləri səni yarpaqlar kimi hara apardı heç bilmirəm. Yarı ilıq, yarı soyuq payız havasını udduqca ətrini aldım payızdan. Artıq bir payızdır ki, uzaqsan məndən. Bəlkə də bundan sonra hər payız sənli günlərimdən ürəyimdə yaranmış bir otağın qapısını açacağam. O otaqda gəzişib sənlə, sənin nəfəsinlə dolu anlarımı xatırlayacağam. Heç gedəndə fikirləşdinmi ki məni kimin və ya nəyin ümidinə buraxırsan? Olmazdımı ki məni də özünlə aparasan??? Səninlə ölməyə də hazır idim. İndi isə sənsiz günlərim yarpaq tək uçur, indi mən sənsiz ölürəm. Söz vermişdin ki həmişə birgə olacayıq, amma ölüm nə idi ki, ölüm aldı səni məndən..

Nə olar sözünün üstündə dur, məni də al öz yanına. Cənnətdə olsa sənsiz bu dünyanı istəmirəm. Artıq dəli kimiyəm. Gördüyüm hər insanın simasında sənin simanı, eşitdiyim hər səsdə sənin gülüşünü axtarıram. Bəlkə də bunların hamısı bu və ya başqa dərəcədə sənin gülüşünü, səsini xatırladır. Amma gördüyüm heç bir gözdə GÖZLƏRİNİ tapmadım. Sənin gözlərin ancaq mənim idi, onlar ancaq mənə baxırdılar. İndi isə bu dünyada ancaq mənə məxsus olan gözlər yoxdur. İndi sən haralardasan, necəsən?? İndi o gözlərin necədir?? Qurban olum onları mənim üçün saxla. Artıq bu dünyada dura bilmirəm. Yanına gələcəyəm. Gələcəyəm ki sözlərin sübuta yetsin, gələcəyəm ki, görəsən sənsiz olan hər günüm mənə necə baha başa gəlib. Artıq saçlarım da ağarıb... Yoxluğuna alışmadım, sevmədim heç kimsəni... Məni dünyanın xoşbəxtinə çevirən başqa gözlərə rast gəlmədim. Heç kimsə yerini almadı. Nə isə fikirləşmək çox gecdir. Bəsdir daha, yanına gələcəyəm. Yadında həmişə gecikərdim görüşə?! Bu görüşə də gecikdiyimi hiss edirəm. Gözlə məni, sən daha heç hara getmə! Gözlə məni... Çox yaxınlarda düşündüyündən də tez yanına gələcəyəm. Yenədə gözlərini görmək, səsini eşitmək və ən başlıcası bu dünyada birlikdə ola bilmədik o dünyada sonuna qədər bir yerdə olmamız üçün gələcəm GÖZLƏ MƏNİ...

Bir payız gecəsi


Geri dön

vusale_21

  • 25 mart 2012 18:37
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
Sen dunyaya gelende tek Sen aqlyirsan,etrafinda hami gulur.Bu heyati ele yasa ki,Sen dunyadan kocende hami aqlasin,tek Sen gulesen.
Link

--------------------
Həyatı göz yaşlarınla sevindirməkdənsə qəhqəhələrinlə cəzalandır.
Unutma...yaşadığın bu günün təkrarı olmayacaq.

EnD of TiMe

  • 22 mart 2012 21:00
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Beyendim..tesekkurler......

kEnd4i KiVIRCiK

  • 22 mart 2012 20:50
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
qisengdirrr xos gelllllldii wink kwt

Priya

  • 22 mart 2012 20:15
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Çox maraqlı və təsirli hekayə idi.Amma heç kim üçün ölüb, o biri dünyaya kafir olaraq getməyə dəyməz.Allahı verdiyi cana qıymaq, məncə, Allaha qarşı çıxmaq deməkdir. Yazı için təşəkkür.

--------------------




VIPTOZ

  • 22 mart 2012 19:31
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
maraqli yazidi menimde bele bir yazimvar tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

✿Victoria✿

  • 22 mart 2012 19:30
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
COX GOZEL IDI BEYENDIM

--------------------

enigmatic_girl

  • 22 mart 2012 19:20
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir((

--------------------

Blood Angel

  • 22 mart 2012 19:09
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
eladiiiiiii tesekkurlerr cox beyendim..

--------------------
Hayatin tadini cikar,baktin onu beceremiyosun tadini cikarani hayatindan cikar...

SevgiHeyatdi

  • 22 mart 2012 19:08
  • Məqalə: 6
  • Şərh: 303
  • Bal:
{awards}
tewekkurler.

--------------------
Wkalatimin Balasiiiiiiiiiiii............

nar_18

  • 22 mart 2012 19:06
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
super beyendim teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 46

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}