Quran oxumaq və öyrənmək haqqında hədislər

 
Quran oxumaq və öyrənmək haqqında hədislər

Hədis 1: Rəsulullah (s) buyurdu: “Quranı öyrədən və dinləyənin hər ikisi bərabər savab qazanırlar”. (Mustədrakul Vəsail, cild 1, səh. 293)

Hədis 2: Rəsulullah (s) buyurdu: “Sizin aranızda ən yaxşıları Quranı öyrənən və öyrədəndir”. (Şeyx Tusinin əl-Əməli, cild 1, səh. 5)

Hədis 3: Rəsulullah (s) buyurdu: “Şeytanın ən çətin dözdüyü şəxs Quranı üzündən oxuyan şəxsdir”. (Savabul Əməl, səh. 231)

Hədis 4: Rəsulullah (s) buyurdu: “Öz evlərinizi Quran oxumaqla nurlandırın, onları(evlərinizi) xristiyan və yəhudilər kimi qəbirlərə çevirməyin(çünki onlar öz evlərində Allaha ibadət etmirlər və bunu Sinaqoq və Kilsə ilə məhdudlaşdırırlar)”. (Usuli-Kafi, cild 2, səh. 610)

Hədis 5: Rəsulullah (s) buyurdu: “Yer üzərindəki hər şey, hətta dəryadakı balıq belə Quran oxuyanın bağışlanması üçün dua edərlər”. (Usuli-Kafi, cild 3, səh. 301)

Hədis 6: Rəsulullah (s) buyurdu: “Bu ürəklər dəmir paslandığı kimi paslanır, və həqiqətən onlar Quran oxumaqla cilalanır”. (İrşadul Qulub; səh. 78)

Hədis 7: Rəsulullah (s) buyurdu: “Hər kəs hər gecə Quranın on ayəsini oxusa, o etinasızlardan hesab olunmayacaq(Ğafilin), əgər əlli ayə oxusa, o zaman Allahı xatırlayanlardan(zikr edənlərdən) hesab olunacaq(Zakirin), əgər yüz ayə oxusa, o zaman itaətkar və inanan kimi hesab olunacaq(Qanitin)”. ( Savabul Əməl, səh. 232)

Hədis 8: Rəsulullah (s) buyurdu: “Mən sizə Quran oxumağı və Allahı çoxlu zikr etməyinizi məsləhət görürəm, həqiqətən Quran sizi Cənnətdə zikr edən və Yer üzündə ilahi nur olar”. (Əl-Xisal, səh. 525)

Hədis 9: Rəsulullah (s) buyurdu: “Quran yerdə qalan bütün kəlamlardan üstündür, necə ki, Allah bütün yaratdıqlarından üstündür”. (Mustədrək əl-Vəsail, cild 4, səh. 237)

Hədis 10: Rəsulullah (s) buyurdu: “Qaranlıq gecə sizi əhatə etdiyi kimi, fəlakət dalğaları sizi əhatə etidiyi vaxt, Qurana pənah aparın, o, ona sığınanların himayədarıdır. Onu özünə bələdçi qərar versə, Allah onu Cənnətə yönəldər, əgər ona sayğısızlıq etsə, yaxud ona qarşı olsa, o zaman Cəhənnəmə gedər”. (Fəzlul Quran, səh. 599)

Hədis 11: Rəsulullah (s) buyurdu: “Quranı elə oxuyun ki, sizin ürəkəriniz ona məhəbbətlə aydınlaşsın, dəriniz onunla yumşalsın. Lakin ürəyiniz etinasız olduğu zaman (yəni Quranın sizin üzərinidə effekti olmadığı zaman) dayanın. (Mustədrəkul Vəsail, cild 4, səh. 239)

Hədis 12: Rəsulullah (s) buyurdu: “Hər kim Bəqərə surəsinin ilk dörd ayəsini, Ayətül Kürsini (Bəqərə surəsinin 255-ci ayəsi) və bu ayənin arxasıyca gələn iki ayəni(256 və 257 “Və hum fihə xaliduna”a qədər) və bu surənin(yəni Bəqərə) son üç ayəsini oxusa, öz həyat və sərvətində heç bir ziyan və qəm-qüssə görməz; şeytan onun yanına gəlməz və o, Quranı unutmaz”. (Savabul Əməl, səh. 234)

Hədis 13: Rəsulullah (s) buyurdu: “Hər bir şeyin bəzəyi vardır, Quranın da bəzəyi gözəl avazdır”. (Biharul Ənvar, cild 92, səh. 190)

Hədis 14: Rəsulullah (s) buyurdu: “Həqiqətən bu Quran Allahın ipi, aşkar nur və faydalı dərmandır. Ona görə də özünüzü Quran oxumaqla məşğul edin. Buna görə Böyük və Gözəl Allah hər oxuduğunuz bir hərfə görə sizi on yaxşı əməlin savabı ilə mükafatlandırar”. (Biharul Ənvar, cild 92, səh. 19)

Hədis 15: Rəsulullah (s) buyurdu: “Qurana qulaq asan şəxs(oxunan zaman) bu dünyanın bəlasından amanda qalar, Quran oxuyan şəxs o dünyanın ağır imtahanından amanda qalar. Əgər biri Quranın hətta bir ayəsinə belə qulaq assa, bu, qızılla dolu evə sahib olmaqdan daha yaxşıdır”. (Biharul Ənvar, cild 92, səh. 19)

Hədis 16: Rəsulullah (s) buyurdu: “Cənnətin pillələrinin sayı Quran ayələrinin sayına bərabərdir(6236). Quran oxuyan Cənnətə daxil olan zaman ona deyilər: “Oxuya bildiyin hər bir ayəyə görə bir pillə qalx”. Deməli, heç bir kəs Quranı tam olaraq hafizəsində tutan şəxsdən daha yuxarı pillədə ola bilməyəcək”. (Biharul Ənvar, cild 92, səh. 22)

Hədis 17: Rəsulullah (s) buyurdu: “Əgər bu dünyada asüdəlik və uğur, şəhidlik, itirmə günü xilas olmaq, Qiyamət gününün istisindən kölgə, yolunu azmaq günündə doğru yola yönəldilmə istəyirsənsə o zaman Qurandan dərs götür. Həqiqətən bu, mərhəmətli kəlam, şeytandan müdafiə və yaxşı əməllər tərəzisi üçün ən ağır şeydir(Qiyamət günü)”. (Cəmiul Əxbar, səh. 78)

Hədis 18: Rəsulullah (s) buyurdu: “Şübhəsiz Quran oxumaq günahların bağışlanması, Cəhənnəm atəşindən müdafiə və əzabdan amanda qalmaqdır. Mərhəmət oxuyanın üzərinə enəcək, mələklər onun üçün bağışlanma diləyəcək, Cənnət həmin şəxsə can atacaq və Allah ondan razı olacaq”. (Biharul Ənvar, cild 93, səh. 17)

Hədis 19: Rəsulullah (s) buyurdu: “Quran camaatı (Quranı oxuyan və yadda saxlayanlar) Allahın Peyğəmbərləri xaric, bütün insanlardan ən yüksək dərəcədə olacaqlar(Cənnətdə). Beləliklə, Quran camaatını təhqir etmək düşünmə, onların haqqını tapdalama, çünki onlara Allah tərəfindən yüksək mövqelər verilib”. (Savabul Əməl, səh. 224)

Hədis 20: Rəsulullah (s) buyurdu: “Quranın yaxşı əməllərindən öz evlərinizə pay ayırın, şübhəsiz Quran oxunan evin camaatına asudəlik gələr, yaxşılıqlar artar və o sakinlərə(evin) artıq nemətlər verilər”. (Vəsailuş Şiə, cild 4, səh. 85)

Hədis 21: Rəsulullah (s) son vəsiyyətində Əliyə (ə) buyurmuşdur: ”Ey Əli! Hansı halda olursan ol, sənə Quran oxumağı məsləhət görürəm”. (Mən La Yəhzuruhul Fəqih, cild 4, səh. 188)

Hədis 22: Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurdu: “Quran oxunan və Gözəl, Əzəmətli Allah xatırlanan evə çoxlu bərəkət gələr, mələklər orada olar və şeytan o yerdən uzaq olar. Bundan başqa ulduzlar Yer əhli üçün parıldadığı kimi həmin ev də səma əhli üçün parıldayar. (Usuli-Kafi, cild 2, səh. 610)

Hədis 23: Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurdu: “Ən gözəl nəql olduğu üçün Quranı öyrən və ürəklərdəki ən gözəl çiçəkləməsi üçün başa düş. Ürəklərə məlhəm olduğu üçün onun Nurundan dərman ara. Nəqllərin ən gözəli olduğuna görə onu gözəl oxu”. (Nəhcul Bəlağa, Xütbə 110 (bəzi kitablarda 109))

Hədis 24: Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurdu: “Quran oxu və bunda kömək axtar, şübhəsiz Böyük Allah Quranı yaddaşında saxlayanı (və ürəyinin daxilində saxlayan) cəzalandırmaz”. (Biharul Ənvar, cild 92, səh. 19)

Hədis 25: Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurdu: “Əgər biri Quranın hər hansı bir yerindən 100 ayə oxusa və yeddi dəfə “Ya Allah” desə, və sonra yerdən nəhəng qaya parçasını qaldırmaq istəsə, o, bunu Allahın izni ilə edər”. (Savabul Əməl, səh. 233)

Hədis 26: İmam Əli ibn Musa Rza (ə) buyurdu: “Allah kəlamına sayğısızlıq etmə və ondan başqa yolgöstərən arama, yoxsa mütləq yolunu azacaqsan”. (Uyunul Əxbar ər-Rza, cild 2, səh. 57)

Hədis 27: İmam Muhəmməd ibn Əli Baqir (ə) buyurdu: “Hər kəs Məkkə şəhərində Quranı tam olaraq bir cümədən digər cüməyə qədər, ya da bu müddətdən daha çox müddət dilimində(yəni bir həftədən çox) oxuyub cümə günündə bitirsə, Allah ona onun dünyada olduğu ilk cüməsindən onun dünyadakı son cüməsinə qədər yaxşı əməllərin savabını verər”. (Savabul Əməl, səh. 225)

Hədis 28: İmam Muhəmməd ibn Əli Baqir (ə) buyurdu: “Bir kimsə durduğu yerdə namaz qıldlğı zaman Quran oxusa, Allah onun üçün onun oxuduğu hər hərfə görə 100 əməlin savabını yazar(onun əməl dəftərinə), oturduğu yerdə namaz qıldığı zaman (nafilə namazları oturaraq qılmaq olar) onun oxuduğu Quranın hər bir hərfinə görə ona 50 əməlin savabını yazar(onun əməl dəftərinə) və namazdan qeyri bir yerdə Quran oxuduğu zaman isə onun oxuduğu hər hərfə görə ona 10 əməlin savabını yazar”. (Savabul Əməl, səh 227)

Hədis 29: İmam Muhəmməd ibn Əli Baqir (ə) buyurdu: “Həqiqətən Allahın Kitabı bütün nəqllərin ən düzgünü və bütün əhvalatların ən yaxşısıdır. Və Allah buyurdu: “Quran oxununca dinləyin və susun ki, rəhmətə yetişəsiniz” (Əraf surəsi, ayə 204)”. (Usuli-Kafii, cild 3, səh. 422)

Hədis 30: İmam Əli ibn Hüseyn (Zeynəlabidin) (ə) buyurdu: “Quran ayələri xəzinədir və hər dəfə ki, xəzinə açılır, yaxşıdır ki, onun içində nə olduğuna baxasan”. (Usuli-Kafi cild 2, səh. 609)

Hədis 31: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Allah Quran oxuyan şəxsi həddindən artıq mükafatlandırar və əgər hətta nə qədər çətin olsa da belə onu yadda saxlamağa səy göstərsə, o zaman Allah ikiqat savab verər”. (Savabul Əməl, səh. 227)

Hədis 32: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Quranı qoruyan və ona əməl edən şəxs Qiyamət günü xeyirxah və sadiq mələklərlə birlikdə olar”. (Usuli-Kafi, cild 2, səh. 603)

Hədis 33: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Əgər mömin gənc Quran oxuyarsa, o zaman Quranı ətinə və qanına çəkər və Gözəl və Böyük Allah onu xeyirxah və sadiq mələklərlə birlikdə yerləşdirər. Əlavə olaraq Quran onun üçün sədd (onunla Cəhənnəm arasında) rolunu oynayar”. (Savabul Əməl, səh. 226)

Hədis 34: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Şübhəsiz, Quran cəld və sürətli oxunmamalıdır. Əksinə, müəyyən edilmiş meyarlarla yavaş oxunmalıdır. Cənnət haqqında olan ayəyə çatdıqda(həmin ayədə) dayan və Allahdan Cənnəti(onun nemətlərini) istə. Cəhənnəm haqqında da ayəyə yetişdikdə (həmin ayədə) dayan və Allahdan Cəhənnəmdən(və onun əzabından) amanda qalmaq istə”. (Usuli-Kafi, cild 3, səh. 301)

Hədis 35: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Mən Quranı hər evdə görmək istərəm, ona görə ki, Allah şeytanı uzaq tutar(o evdən)”. (Fəzlul Quran, səh. 669)

Hədis 36: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Quran oxuyan şəxs ehtiyacdan (kiməsə) azad olacaq və bundan sonra heç bir şeyə ehtiyacı olmayacaq. Digər şəxsə (Quran oxumayan) gəldikdə isə ümumiyyətlə heç bir şey onu ehtiyacsız etməyəcək (yəni, həmişə başqalarına ehtiyacı olacaq)”. (Savabul Əməl, səh. 230)

Hədis 37: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Məsləhət görülür ki, bir şəxs Quran oxuduğu vaxt Allahdan bir şey istənilməsi haqqında bir ayəyə yetişdikdə, o da həmin şeyi Allahdan istəsin və əzab haqqında danışılan ayəyə yetişdikdə də Allahdan Cəhənnəm atəşindən və əzabdan amanda qalmaq istəsin”. (Usuli-Kafi, cild 3, səh. 1-3)

Hədis 38: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Üç şey Gözəl və Əzəmətli Allaha şikayət edəcək (Qiyamət günü): şəhər camaatının namaz qılmadığı tərk edilmiş məscid, cahillər arasında olan alim (belə ki, insanlar ondan(elmindən) bəhrələnmirlər) və oxunmayan, üzərində toz yığılan Quran”. (Usuli-Kafi, cild 2, səh. 613)

Hədis 39: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Quran Allahın yaradılmışlarına olan əhdidir, buna görə də müsəlman üçün arzu olunanı bu əhdə baxmaq və hər gün Quranın 50 ayəsini (minimum) oxumaqdır”. (Usuli-Kafi, cild 2, səh. 609)

Hədis 40: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Quranı üzündən oxumaq (yəni əzbərdən deyil, Quranın səhifəsinə baxıb üzündən oxumaq), şəxsin ata və anasının, hətta kafir belə olsalar, hər ikisinin əzabını yüngülləşdirər”. (Usuli-Kafi, cild 2, səh. 613)


Geri dön

Nuray2012

  • 22 aprel 2012 11:40
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Tewekkurler

--------------------

ANGEL LOVE

  • 23 mart 2012 19:47
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun.............................

--------------------

.♣.Chrysalis.♣.

  • 23 mart 2012 15:23
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Hədis 20: Rəsulullah (s) buyurdu: “Quranın yaxşı əməllərindən öz evlərinizə pay ayırın, şübhəsiz Quran oxunan evin camaatına asudəlik gələr, yaxşılıqlar artar və o sakinlərə(evin) artıq nemətlər verilər”. (Vəsailuş Şiə, cild 4, səh. 85)
cox sag ol

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Aysel_

  • 23 mart 2012 15:20
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Allah razil olsun Tesekkurler

C.I

  • 23 mart 2012 14:52
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
tsk............

--------------------

angelochik

  • 23 mart 2012 14:14
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
guya men bir ara quran oxumagi oyrenirdim

EnD of TiMe

  • 23 mart 2012 14:07
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler.....

✰Dгeaм✰

  • 23 mart 2012 13:25
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

nar_18

  • 23 mart 2012 13:13
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Dinar Mamedova

  • 23 mart 2012 13:07
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
Hədis 18: Rəsulullah (s) buyurdu: “Şübhəsiz Quran oxumaq günahların bağışlanması, Cəhənnəm atəşindən müdafiə və əzabdan amanda qalmaqdır. Mərhəmət oxuyanın üzərinə enəcək, mələklər onun üçün bağışlanma diləyəcək, Cənnət həmin şəxsə can atacaq və Allah ondan razı olacaq”. (Biharul Ənvar, cild 93, səh. 17)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 58
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}