Günün tarixi (23.03.2012)

 
Günün tarixi (23.03.2012)

Miladi: 23 mart 2012
Hicri: 01 Cəmadiul əvvəl 1433

İlin 83-cü günü
İlin sonuna 282 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.28
Günəş - 06.37
Zöhr - 12.51
Əsr - 16.46
Məğrib – 19.10
İşa – 20.27


625 – Müsəlmanlarla Məkkə müşrikləri arasında Uhud döyüşü baş verib.

1826 - Çex əsilli Avstriya bəstəkarı Lüdviq Minkus (Ludwig Minkus, 1826-1907) anadan olub. “Don Kixot”, “Qızıl balıq” və s. baletlərin müəllifidir.

1839 – “Boston Morning Post” qəzetində ilk dəfə OK (oll korrect) sözündən istifadə olundu.

1848 – Macarıstan müstəqilliyini elan edib.

1875 - Məşhur türk şairi, yazıçısı və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp, 1875 - 25.10.1924) Diyarbəkirdə doğulub.

1881 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard, 1881-1958) anadan olub.

1900 - Alman əsilli Amerika filosofu, psixoanalitik, neofreydizmin banilərindən biri Erix Fromm (Erich Seligmann Fromm, 1900-1980) anadan olub.

1910 - Dünya şöhrətli yapon kinorejissoru Akira Kurosava (1910-1998) anadan olub. “Yeddi samuray”, “Dersu Uzala” və s. flimlərə quruluş verib.

1914 - Şair Zeynal Xəlil (Zeynal Rza oğlu Xəlilov, 1914 - 11.8.1973) Gəncədə anadan olub.

1915 - Xalq artisti, rəqqas, baletmeyster Əlibaba Əbdül oğlu Abdullayev anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub, bir sıra flimlərdə (“Görüş”, “O olmasın, bu olsun”, “Əhməd haradadır?”) rəqslərə quruluş verib.

1920 - Bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Cəlal oğlu Abbasov (ö -1992) anadan olub.

1920 - Xalq Cümhuriyyətinin koalisiya hökumətində (1919-cu ilin dekabrında qurulmuş 5-ci hökumət) növbəti ixtilaf başlanıb. Sosialist Əhməd bəy Pepinov (əmək və torpaq işləri naziri) hökumətdən istefa verib. Ondan sonra partiyadaşı Camo Hacinski (poçt-teleqraf naziri) istefa verib və sosialist fraksiyası hökumət koalisiyasını tərk edib. Onun ardınca «İttihad» fraksiyası (iki nazir) da koalisiyanı tərk etdiyini bəyan edib.

1925 – Səssiz kino dövrünün ən bahalı (3.9 milyon dollar) filmi “Ben Hur” nümayiş olundu.

1942 – Şair, yazıçı, uşaq üçün çoxsaylı əsərlərin müəllifi Zahid Abdulla oğlu Xəlil Yevlax şəhərində anadan olub.

1944 - Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyeviç Seryoqin (ö-28.1.1992) anadan olub.

1946 – Yazıçı, şair Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub.

1949 - Azərbaycanın Milli Qəhrəmanı Paşa Qurban oğlu Təhməzov (1949 -24.8.1993) anadan olub.

1956 – Pakistan ilk İslam respublikası oldu.

1992 - Azərbaycanın Koreya Respublikası, Salvador və Somali dövlətləri ilə diplomatik münasibətləri qurulub.

2000 - Prezident Heydər Əliyevin Gürcüstana səfəri gedişində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tranzit məsələsi ilə bağlı Gürcüstanla yaranmış problem çözülüb. Azərbaycan layihənin reallaşması naminə boru xəttindən öz payına düşəcək nəql tarifi haqqından Gürcüstanın xeyrinə imtina etdi.

2004 - Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri gedişində ikitərəfli sənədlər, o cümlədən "Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Daşkənddə Azərbaycan səfirliyinin yeni binasının, Nizami Gəncəvinin abidəsinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Heydər Əliyev adına küçənin açılışı keçirilib.

2011 – Elizabet Teylor vəfat edib.


Geri dön

..:MeleK kiz:..

  • 23 mart 2012 15:28
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
of yaa hec birini tanimiram bezilerini cixmaq sertile

EnD of TiMe

  • 23 mart 2012 12:37
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler.....

_favorit_arkadas

  • 23 mart 2012 12:31
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
maraqlidir...

--------------------

✰Dгeaм✰

  • 23 mart 2012 12:06
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli idi.Tesekkurler.

Ku-ku

  • 23 mart 2012 12:06
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
maraqli melumatlara gore twk deyerli melumatlardi

--------------------

enigmatic_girl

  • 23 mart 2012 11:42
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
1944 - Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyeviç Seryoqin (ö-28.1.1992) anadan olub.

--------------------

nar_18

  • 23 mart 2012 11:37
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqli tarixdi teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

angelochik

  • 23 mart 2012 11:21
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
ilk werh menen tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}