Kitab oxumayaq, "Facebookda"da vaxt öldürək!

 
Kitab oxumayaq, "Facebookda"da vaxt öldürək!

Vaxt azlığı bir problemdir. Hamı vaxtın azlığından şikayət edir. İşləyən də, işləməyən də. Tələbə də, müəllim də, fəhlə də.

Vaxt olanda oxuyarıq!
Bizim dəqiq vaxt bölgümüz yoxdur. Eşitmisinizmi ki, bir adam vaxt azlığına görə teleseriala, ya da futbola baxmadığından şikayət edə? Mümkün deyil. Amma həmin o adam “vaxt azlığından” qəzet oxumur, kitab oxumur. Tez-tez görərsiz, adamlardan soruşanda ki, “asudə vaxtınızı necə keçirdirsiz” belə cavab verirlər: kitab oxuyuram. Amma o adama izah etmək gərəkdir ki, kitab oxumaq üçün asudə vaxta ehtiyac yoxdur.

Kitab oxumaq bir borcdur, onu “asudə zaman”da etməzlər.

Sosiologiyada dar bir ixtisas var: Asudə vaxtın sosiologiyası. Onunla ötəri tanışlıq göstərir ki, “asudə vaxt”dan istifadə edilməsində fərqlər ölkələrin inkişaf tempinə uyun gəlir.

Yəni inkişaf etmiş ölkələrin insanları vaxtlarını daha yaxşı keçirirlər, nəinki az inkişaf etmiş ölkələrin. Məşhur türk yazıçısı Əhməd Altan da bu məqama işarə vuraraq yazır: “Almandan bir görüş istəyəndə deyir ki, çərşənbə günü saat 13.45-də görüşək. Türkdən görüş istəyəndə deyir ki, sabah günortadan sonra zəngləşərik”.

Korrekt olmamaq hər zaman vaxt itkisinə səbəb olur.

Bəli, Azərbaycanlı üçün kitab oxumağa vaxt yoxdur. Teatra getmək üçün vaxt yoxdur. Amma toya getməyə vaxt var. Amma çayxanada oturmağa vaxt var. Amma televizora baxmağa vaxt var.
Məsələ heç də vaxtın azlığında da deyil. Bütün dünyada bir gün 24 saatdır. Onlar bu 24 saatda neynirlər, biz neynirik.

Ağrılı fərq

Mənimlə yaşıd olan fransız, ispan, alman dostlarım var. Yaradıcılıqla da məşğul olmurlar, orta səviyyəli, universitet təhsilli gənclərdir. Çantalarında həmişə kitab olur. Klassikləri yaxşı bilirlər, çağdaş ədəbiyyatdan məlumatlıdırlar. Öz dillərindən əlavə ingilis dilini də bilirlər. Azərbaycan dilini də öyrənməyə çalışırlar.
Mən onlara izah edəndə ki, “Azərbaycan dilini bilsəniz, Türkiyə türkcəsini də rahat anlayacaqsınız”, daha həvəslə bu işə girişdilər.
Onlara baxıram, bir də gününü, müxtəlif tanışlıq satlarında «odnoklassik»də, «facebook»da səmərəsizcəsinə keçirən, futbola baxıb saatlarla boğaz yoran öz gənclərimizə.
Azərbaycandakı vəziyyəti izah edən bir nəticəni də özüm üçün çıxardıram.

Hərəyə öz vaxtı

Hərə bir ixtisas yiyəsidir və dünyadakı çap edilən bütün kitabları da oxumaq məcburiyyətində deyil. Lakin hər kəs öz ixtisasında təkmilləşməlidir. Adam var, filologiya məzunudur, amma yeni çıxan kitablardan xəbəri yoxdur. Adam var, iqtisad məzunudur, böhran haqqında taksi şoferi kimi danışır. Adam var, dindardır, amma islamdan xəbəri yoxdur, Babəklə fəxr edir. Bütün bunlar vaxtı amansızcasına xərcləməyin nəticəsidir.
Futbola, teleseriala xərclənən vaxtın onda biri qədər vaxt oxumağa xərclənmir. Nəticədə çoxları ixtisasını da bilmir.
O ki, qaldı ümumi mədəni səviyyələri ola, Hüqonu, Dostoyevskini oxuyalar, Nitsşedən xəbərdar olalar...

Zaman pulsuzdur, amma puldan qiymətlidir!

Zamanı pulla almaq olmaz. Onu uzatmaq olmaz. Zamanı pul kimi yığmaq olmaz. Zamanı saxlamaq olmaz. Zaman bir çay kimi axıb gedər, ona baxıb şeir də yazmaq olar, balıq tutmaq da. Ən pisi isə ona arxa çevirməkdir.
O isə bir gün səni də sel kimi alar ağuşuna...


Geri dön

ANGEL LOVE

  • 23 mart 2012 19:51
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
face hec sevmirem nedeki hec orda yoxam..............

--------------------

Deniz

  • 23 mart 2012 15:53
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Face hara? Love World hara?? wink

enigmatic_girl

  • 23 mart 2012 15:48
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: love me
Facebooka hec girmemisem,hec bundan sonra da girmerem.

Sitat: EnD of TiMe
Kitab oxumagi cox sevirem....Facebook maraqsizdi..

Sitat: _favorit_arkadas
Facebookla aram yoxdur....

Men dee))

--------------------

..:MeleK kiz:..

  • 23 mart 2012 15:23
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
maraqlidi axii

HaYaT_GuZeL

  • 23 mart 2012 14:47
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
Əşşi )))))


.

angelochik

  • 23 mart 2012 14:47
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
twk.........................

C.I

  • 23 mart 2012 14:38
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
tsk....................))))))))))

--------------------

samuray20

  • 23 mart 2012 14:13
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Menim en beyendiyim mekandi Facebook

--------------------
Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə

danışmağa məcbur olduqları üçün danışırlar

EnD of TiMe

  • 23 mart 2012 13:36
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Kitab oxumagi cox sevirem....Facebook maraqsizdi..Tesekkurler...

✰Dгeaм✰

  • 23 mart 2012 13:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Facebooka hec girmemisem,hec bundan sonra da girmerem.

_favorit_arkadas

  • 23 mart 2012 13:04
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Facebookla aram yoxdur....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}