İslam dünyasında parçalanmanın səbəbləri

 
İslam dünyasında parçalanmanın səbəbləri

İslam dünyasının parçalanması 20-ci əsrin əvvəllərində ortaya çıxmışdır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər.

Ancaq 19-cu əsrin ən dağıdıcı axınlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qisimi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi ilə müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrilmişdi. Müstəmləkəçi güclər İslam torpaqlarından çəkilərkən də bu torpaqları süni sərhədlərlə bölüb müxtəlif dövlətlər meydana gətirdilər. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal milliyyətçilik hərəkatları ilə birləşərək ortaya olduqca qarışıq vəziyyət çıxartmışdı.

Müsəlman cəmiyyətlərdəki etnik müxtəlifliklər qarşıdurma səbəbinə çevrilmişdi. Qısa müddət əvvələ qədər eyni torpaqlarda bir yerdə yaşayan xalqlar bir anda fərqli sərhədlər içində yaşayan, aralarında anlaşılmazlıqlar və ziddiyyətlər olan cəmiyyətlərə çevrilmişdilər. Hər ölkəylə qonşuları arasında başda sərhəd anlaşılmazlıqları olmaqla müxtəlif mübahisələr yaranmışdı. Bu anlaşılmazlıqların bir qismi İran-İraq müharibəsində olduğu kimi iki müsəlman dövlətin bir-biri ilə var gücü ilə müharibə etməsinə qədər gedib çıxmışdı. Beləliklə İslam dünyası bir əsr boyunca davam edəcək qeyri-stabil dövrünə girmiş oldu.

Burada dərhal ifadə etmək lazımdır ki, millət və vətən sevgisi, müstəqillik tələbi qanuni və nəsib duyğulardır. Milliyyətçilik duyğusunun anormal hala gəlməsi, sevginin ehtirasa çevrilməsiylə baş verir. Bir insan millətini sevərkən digər millətlərə qarşı səbəbsiz yerə kin bəsləməyə başlayarsa, öz millətinin mənfəətləri üçün digər millətlərin və xalqların haqqlarını tapdalamağı, məsələn onların torpaqlarını ələ keçirməyi, mallarını yağmalamağı hədəfləyirsə, bu qeyri-qanuni yoldur. Və yaxud öz millətinə olan sevgisini bir növ irqçiliyə çevirdikdə, yəni öz millətinin irsi olaraq digərlərindən üstün olduğunu iddia etdiyində də yenə anormal bir fikir meydana gətirmiş olur. Milliyyətçiliyin irqçi düşüncəyə çevrilib iki müsəlman cəmiyyət arasındakı “müsəlman qardaşlığı” anlayışını zədələyib, bunu ortadan qaldıraraq nifrət toxumları əkəcək şəkildə şərh olunması da səhvdir.

İslam dünyasında parçalanmanın səbəbləri

Allah bu səhv anlayışa Quranda diqqət çəkir. Ayələrdə “cahiliyyə lovğalığı” olaraq təsvir edilən bu düşüncə cahilliyin (din əxlaqından uzaq cəmiyyətlərin) xüsusiyyəti olaraq izah edilir:

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə (mənəvi) rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir.
(Fəth Surəsi, 26)

Diqqət yetirilsə ayədə “cahiliyyə lovğalığı”ndan bəhs edilir, buna qarşılıq kimi Allahın möminlərə güvən və rahatlıq duyğusu verdiyi bildirilir. Göründüyü kimi öz cəmiyyətinə (tayfasına və ya millətinə) istiqamətlənən sevgi nəticəsində digər cəmiyyətlərə qarşı qəzəbli və təcavüzkar rəftar nümayiş etdirən insanların belə ruh halı Quran əxlaqına ziddir. 19-cu əsrdə materialist Avropada inkişaf edib müsəlman cəmiyyətlərə də ixrac edilən milliyyətçilik anlayışı qəzəb və şiddət doludur. Bu təkcə İslam dünyasında deyil, az qala bütün dünyada qarşıdurmalara və siyasi qeyri-sabitliyə səbəb olmuşdur.

Halbuki insanlar arasında irqlərinə və soylarına görə ayrı-seçkilik etmək, etnik fərqləri anlaşılmazlıq mövzusuna çevirmək Quran əxlaqına qəti şəkildə zidddir. Rəbbimiz bir ayədə bu şəkildə buyurmuşdur:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (irq və soy baxımından deyil, '), təqvada ən irəlidə olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat Surəsi, 13)

Allah, “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır” (Rum Surəsi, 22) ayəsiylə insanların fərqli irqlərdən və millətlərdən olmasının Özünün ayələrindən biri olduğunu bildirmişdir. Bu fərqliliklər qarşıdurma və ədavət mövzusu deyil, bir növ zənginlik və müxtəliflikdir.

Tarix İslamın etnik müxtəliflikləri uzlaşdırma nümunələri ilə doludur. Hz. Məhəmməd (səv, '), səhabələri irq və qəbilə ayrı-seçkiliyi etməkdən, insanları millətlərinə, cinsiyyətlərinə, dillərinə, tayfalarına görə ayırmaqdan, hətta eyni cəmiyyət içində insanları maddi imkanlarına görə təsnif etməkdən də qəti şəkildə çəkindirmişdir. Peyğəmbərimiz Vida Xütbəsində “Ey İnsanlar! Şübhəsiz ki, Rəbbiniz və atanız da birdir. Hamınız Adəmdən, Adəm də torpaqdandır. Allah yanında ən üstün olanınız Ondan ən çox qorxanınızdır. Ərəbin əcəmə (ərəb olmayana, '), əcəmin də ərəbə, ağın qaraya, qaranın da ağa üstünlüyü yoxdur, təqva istisna olmaqla.” sözləri ilə müsəlmanları bu mövzuda diqqətli olmağa dəvət etmişdir.

Peyğəmbərimiz (səv) və dörd xəlifə dövründə bir-birini izləyən fəthlər İslam dünyasının sərhədlərini şərqə və qərbə doğru genişlətmiş, fərqli millətlərdən bir çox insan İslam bayrağı altında birləşmişdir. Qəbilə qarşıdurmalarına, sonu gəlməyən qan döyüşlərinə boğulmuş Yaxın Şərq, İslam əxlaqının yayılması ilə dincliyə qovuşmuş, təkcə ərəblər arasındakı qəbilə döyüşləri deyil, müsəlmanların fəth etdikləri bütün torpaqlardakı qarşıdurmalar da sona çatmışdır. Xristian məzhəbləri arasında var gücü ilə davam edən mübarizələr də, müsəlmanların hakim olduğu torpaqlarda sülhlə nəticələnmişdir. Bir-biri ilə vuruşan qəbilələr, bir-birlərini mərhəmətsizcə yox etməyə çalışan qruplar İslam bayrağı altında bir-birlərinin yaşamaq haqqını tanıyır və hörmət göstərirdilər.

İslam dünyasında parçalanmanın səbəbləri

Müasir müsəlmanların dünyagörüşünün də bu istiqamətdə olması vacibdir. Müsəlmanların bir-birləri ilə olan münasibətlərində əsas meyarı qarşılarındakı insanın irqi, etnik mənşəyi, dil kimi xüsusiyyətləri, sahib olduğu imkanları, mövqeyi deyil, imanı və gözəl əxlaqıdır. Səmimi iman edən insanlar arasındakı sevgi, digər insanın Allahdan qorxub çəkinməsinə, Rəbbimizə qarşı olan dərin sevgisinə, saleh əməllərinə, göstərdiyi gözəl əxlaqa görə formalaşır. Əgər bir insan həyatını Allah yolunda həsr etdiyini bütün davranışları ilə sübut edir, hər anında Allahın razılığını və rəhmətini güdərək gözəl rəftar edirsə, möminlər o insana qarşı sevgi və hörmət bəsləyərlər. Bu insanın dərisinin rəngini, mənsub olduğu millətini, maddi imkanlarını meyar olaraq qiymətləndirməzlər. Eyni meyarlar müsəlman cəmiyyətlər arasındakı əlaqələrdə də tətbiq edilməlidir. İki müsəlman cəmiyyət arasındakı münasibətlər də Quranda bildirildiyi kimi olmalıdır: müsəlmanlar bir-birlərinin köməkçisi və vəlisidirlər.

İslam dünyasının parçalanmağının ən mühüm səbəblərindən biri bu şüurun çatışmamasıdır. Bunun səbəbi də Quran əxlaqından uzaqlaşaraq dinsiz ideologiyaların və düşüncələrin geniş vüsət almasıdır. Bəzi intellektuallar Qərbdə geniş vüsət almış dinsiz fəlsəfə və ideologiyalara aldanaraq bu fikirlərin müsəlman torpaqlarına ixrac edilməsinin İslam dünyasını irəli aparacağını sanmışlar. Bu tarixi səhvin səbəb olduğu təxribatın izləri bu gün də açıq-aşkar görünür. Ədaləti, fədakarlığı, mərhəməti, xoşgörüşü, açıq və qabaqcıl düşünmə tərzini gətirən Quran əxlaqının yerinə, bəzi azğın fəlsəfə və ideologiyalar cəmiyyətlərə mənimsədilmiş və müsəlman dünyasında davam edən nizamın və həmrəyliyin yerini hərc-mərclik və parçalanmışlıq bürümüşdür. Bu xaosu sona çatdırmaq üçün bəzi ölkələrdə yenə Quran əxlaqına zidd olan model ortaya çıxmış və xalqı mərhəmətsizcə əzən despot rejimlər qurulmuşdur.

Bu gün də İslam dünyasının gələcəyinə istiqamətlənən strategiyalar təyin olunarkən bu tarixi təcrübədən dərs alınmalı, yanlış istiqamətləndirmə və təlqinlərə qapılmaqdan çəkinilməlidir. Tarix göstərir ki, İslam dünyası ancaq özündəki dəyərlərə sahib çıxdığında yüksələ bilir və bu dəyərlərdən ən vacib olanları isə müsəlmanların birlik və bərabərliyidir.

İslam dünyasında parçalanmanın səbəbləri


Geri dön

ANGEL LOVE

  • 24 mart 2012 16:03
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
twkler.............

--------------------

EnD of TiMe

  • 24 mart 2012 12:19
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler xebere gore...

★Miss Love★

  • 24 mart 2012 09:07
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xeber idi тewekkurler=)

Shokoladka

  • 24 mart 2012 04:11
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
love me,
Mencede

--------------------


✰Dгeaм✰

  • 24 mart 2012 00:06
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Islam dunyasi hec vaxt parcalana bilmez.Tesekkurler.

AMBA

  • 24 mart 2012 00:06
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
maraqliydi.

SevgiHeyatdi

  • 23 mart 2012 21:10
  • Məqalə: 6
  • Şərh: 303
  • Bal:
{awards}
tewekkurler.

--------------------
Wkalatimin Balasiiiiiiiiiiii............

hazal-kaya

  • 23 mart 2012 21:00
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
eladi teşekkürler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 68
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}