Şis (ə) və İdris (ə) Peyğəmbər

 
Şis (ə) və İdris (ə) Peyğəmbər

Şis (ə) peyğəmbər

Şis (ə) Adəm (ə)-ın başqa bir oğludur. Məsudi belə nəql edir ki, Allah-təalanın Şis peyğəmbərə nazil etdikləri 50 və yaxud 29 səhifə olmuşdur.
Təbəri: Şis peyğəmbərin övladları: Ənuş, Qinan, Məhlail, Yərd və İdris. Onun ömrü rəvayətlərə görə 912 il olmuşdur.

İdris (ə) peyğəmbər
İdris peyğəmbər barədə Quranda "Məryəm" və "Ənbiya" surələrində gəlmişdir.
(Ya Rəsulum!) Kitabda (Quranda) İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi.
Biz onu yüksək bir məqama (Cənnətə, yaxud dördüncü göyə) qaldırdıq. (Məryəm 56,57)

İdris (ə) Nuhun atasının nəslindən idi, onun adı "Tövrat"da Əxnux kimi işlədilmişdir. O, Allahın hikmət və dərslərini yaxşı bildiyi üçün ona İdris adı verilmişdir. İdris peyğəmbərin doğum yeri bəzi rəvayətlərə görə Babil, bəzilərinə əsasən isə Menf şəhəri (Misirin paytaxtı) hesab edilir. O həzrətin evi indiki Səhlə məscidi olmuşdur. İmam Sadiq (ə) buyurur: "Kufəyə gedəndə Səhle məscidində namaz qılıb öz dünyəvi və üxrəvi arzularınızı Allahdan istəyin, çünki bu yerdə İdris (ə) yaşamış, xəyyatlıq etmiş və ibadətlə məşğul olmuşdur."

İdris (ə) enlikürək, hündürboy, kiçik addımlayan, aram danışan, həmişə Yeri və göyün yaradılışında Allahın hikməti haqqında düşünər, mələklərlə ünsiyyətdə olardı. Ravəndi: İlk xəyyat, ilk dərzi, riyaziyyat, astronomiya, həndəsə müəllimi İdris (ə) olmuşdur.O, 72 dil bilmiş, əmr be məruf, nəhy əz münkərlə məşğul olmuşdur. Siyasət, mədəniyyətin banisidir, bir çox şəhərlərin ( 188 şəhərin) yaranmasında rolu olmuşdur. Turkiyədə olan Reha şəhəri onun saldığı şəhərlərdəndir. Məclisi: İdris peyğəmbərə 29-30 səhifə nazil olmuşdur. İdris (ə)-ın dini hökmlərinə bunlar daxil idi: cihad, zəkat, donuz və itdən çəkinmək, şərabın haramlığı və qurbanlıq gününün qeyd olunması. Onun qövmündən çox az adam ona iman gətirmişdi.

Ravəndi ibn Abbasdan belə nəql edir: İdris (ə) nəfsinə nəzarət üçün günlərlə ibadət etmiş və oruc tutmuşdur, gecələri oyaq qalmışdır. Onun ruzisi Allah tərəfindən ona göndərilirdi."
Əzrayıl İdris (ə)-ın çoxlu ibadətinə görə onunla dost olmasını Allahdan istədi. Allah onun istəyini qəbul etdi. Bir neçə gün biryerdə oruc tutub, gecələri ibadət etmişlər. Əzrayıl peyğəmbərçün cənnətdən yemək gətirəndə İdris (ə) onu da yeməyə dəvət edir, lakin Əzrayıl -"Mənim ehtiyacım yoxdur" deyir.

Bir gün onların hər ikisi qoyun sürüsünün və yaşıl üzüm bağlarının kənarı ilə gəzirdilər. Ölüm mələyi İdris (ə)-a dedi: "Bu ruzilərdən yemək istəyirsən?" İdris (ə): "Allaha pənah. Mən səni öz yeməyimə dəvət edəndə qəbul etmirsən, mən necə başqasının malına əl uzadım?! Gərək özünü saxlayasan." İdris (ə) Əzrayıl mələkdən onu göyə aparmasını istədi. Əzrayıl onun istəyini qəbul etdi, İdris (ə) özünü göyün üzündə gördü. Dedi: "Eşitmişəm ki, ölüm çox acı şeydir, yaxşı olar ki, onu mənə dadızdırasan" Ölüm mələyi Allahın əmri ilə İdrisin canını aldı və bir qədər sonra yenidən qaytardı. İdris (ə) dedi: Ölüm onun acısı barədə eşitdiyimdən daha da çətindir."

İdris bu dəfə mələkdən ona cəhənnəmin atəşini göstərməsini istədi. Bir anda onun gözlərindən pərdə çəkildi və İdrisin gözləri alovları gördü, huşunu itirdi və yerə yıxıldı.
İdris (ə) sonra behişti görmək istədi. Behiştin qapıları üzünə açıldı. O, Əzrayıla dedi: "Mən daha burdan çıxmaq istəmirəm, çünki Allah buyurmuşdur: "Hər bir kəs (canlı) ölümü dadacaqdır". (Ali İmran 185) və mən də onu daddım bir az əvvəl.

Həmçinin Allah buyurmuşdur: "Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər." (Məryəm 71) . və həmçinin buyurur: cənnətdən heç vaxt çıxmazlar orada əbədi qalarlar."
O həzrətin ömrü 300-386 il qədər nəql olunur.

Şis (ə) və İdris (ə) Peyğəmbər


Geri dön

Nuray2012

  • 23 aprel 2012 12:39
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Allah razi olsun

--------------------

Nuray2012

  • 22 aprel 2012 11:28
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ANGEL LOVE

  • 24 mart 2012 15:31
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler.......

--------------------

Su Perisi

  • 24 mart 2012 13:58
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər.

--------------------

ME_SA

  • 24 mart 2012 13:39
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
ELA melumat idi
.TEWEKKURLER!

--------------------
legen.az <3

EnD of TiMe

  • 24 mart 2012 13:28
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Xebere gore tesekkurler

★Azerbaijan girl★

  • 24 mart 2012 13:22
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewrkurler

✰Dгeaм✰

  • 24 mart 2012 12:53
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

_favorit_arkadas

  • 24 mart 2012 12:47
  • Məqalə: 556
  • Şərh: 8239
  • Bal:
{awards}
allah razi olsun sizden...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 58
Cəmi: 78

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 5
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}