Bıçaq hər şeyi kəsmir

 
Bıçaq hər şeyi kəsmir

Sakitcə dayan, dinlə

Dinlə, dinlə ki, öyrən

Bilmədiyini danışma,

Özünə zor eləmə,

Söz üstündə yarışma

Dilini qoy qarnına,

Dilin hələ tələsmir

Oxu, oxu, oxu ki,

Qələmini itilə

Bıçaq hər şeyi kəsmir...


İmam Səccaddan (ə) nəql olunan bir hədisdə keçir: “Hər səhər dil başqa bədən üzvlərindən kef-əhval tutar ki, necəsiz? Cavab verərlər ki, sən imkan versən yaxşı olarıq...” 2.

Ona görədə əxlaq alimləri dili bədənin ən bərəkətli, eyni zamanda ən təhlükəli üzvü kimi dəyərləndiriblər. Belə ki, bəzi əxlaq təlimlərində dil üçün 30 –a yaxın - qeybət, yalan, söyüş, sözgəzdirənlik, yaltaqlıq, yersiz mübahisə və s. bu kimi böyük günahlar sadalayıblar. 3.

Bu da dilin insan həyatındakı, onun xoşbəxtliyi və ya bədbəxtliyindəki roluna bir işarədir.

Rəvayətlərə görə Peyğəmbər (s) danışmaq üçün hər minbərə çıxanda ilk öncə yuxarıda qeyd etdiyimiz “Ey iman gətirənlər, Allahdan qorxun və möhkəm söz (lər) danışın!” ayəsini oxuyurmuş. Bu da mövzunun nə qədər əhəmmiyyətli olmasının göstəricisidir.

Bəşəriyyəti bürüyən bəlalların səbəblərindən birinin təməlində insanların möhkəm olmayan, zəif, etibarsız, dırnaqarası TV-lərdən, sosial şəbəkələrdən eşitdiklərini danışmaq və həyatlarını bu kimi sözlər üzərində qurmaq dayanır.

İslam təlimləri bizi “möhkəm” - əsaslı, etibarlı, bildiyimiz, dəqiq sözlər danışmağa səsləyir.

Bütün bu göstərişlərə baxmayaraq biz bir çoxumuz heç yaşamadığımız hislər, heç bilmədiyimiz şeylər haqda pafoslu fikirlər yürüdürük. Misal üçün biri yazır ki, Qərb fəlsəfəsi 0 -dır, götür at zibilqabına. İslam fəlsəfəsi yekdir. Deyirsən qardaş, bir qərb filosofunun hansısa kitabını oxumusanmı? Başlayır kəkələməyə...Sən demə sadəcə kimdənsə eşidib bu sözü və paylaşır...

Axı danışmağa bu qədər söz varkən, bilmədiyimiz şey haqda danışmağa məcburuqmu?

Və yaxud əksinə deyək: Bir dəfə həmişə dini tənqid atəşinə tutan “yazar”lardan bir neçəsinə üzümü tutub soruşdum: siz İslam haqda, onun mahiyyəti, fəlsəfəsi və s. haqda hansı İslam filosoflarını oxumusuz? Siz Mürtəza Mütəhhərini, Əli Şəriətini, Seyyid Qütbü, Məhəmməd Ğəzalini və s. oxumusuz, ya heç adlarını belə eşitməmisiniz? Siz şərq Peripatetiklərindən Əl-Kindinin, Fərabinin, İbn Sinanın, Bəhmənyarın, İbn Rüşdün, Nəsrəddin Tusinin və s. əsərləri ilə tanışsınızmı? Siz 11-12 –ci əsrlərdə yaşayan azərbaycanlı filosof Şihabəddin Sührəvərdinin peripatetik fəlsəfənin kənarında “işraqilik” fəlsəfəsinin banisi olduğunu bilirdinizmi? Təbi ki, bilmirdiniz. Bu halda hansı haqla İslamı tənqid edirsiniz? Təsəvvür edin, psixologiyadan heç anlayışı olmayan biri gəlib desin ki, Freydin fikirləri hamısı puçdu, heç bir dərdə dərman etmir və s. Tez düşəcəyik bu kəsin üstünə ki, ay bala, sənin psixologiyadan anlayışın olmaya-olmaya necə o boyda Freydi tənqid edirsən? Və yaxud orta məktəb belə oxumamış biri Kantın fəlsəfi fikirlərini tənqid atəşinə tutsun, tez haqlı olaraq ona həddini bildirəcəyik. Amma dinlə bağlı tənqidə gələndə ikili standartlar nümayiş etdiririk. Heç Qurani-kərimi başdan-başa bir dəfə olsun oxumayan biriləri əllərinə qələm alıb əsrlər boyu yaşayıb, tarixin canalıcı məngənəsindən sağ çıxıb bu günümüzəcən gəlib çıxan ümumbəşəri bir din haqda ağızlarına gələni yazırlar, bunu isə normal qarşılayırıq! Bu bir fəlakətdir. Sadəcə Quranın tərcüməsini oxumaqla dini tənqid etmək insafdandırmı? Quranı düzgün anlaya bilmək üçün 10 –larla “Quran elmləri” ixtisasları olduğunu bilirdinizmi?

Məsələnin daha gülünc tərəfi odur ki, İslamı tənqid edən əksər yazarlar hələ də o səviyyəyə çatmayıblar ki, “İslamla müsəlmanın” fərqini bilsinlər, bir qurup dırnaqarası müsəlmanın əməlini İslamın adına yazmasınlar. Etiraz edən kimi də deyirlər ki: “Mirzə Ələkbər Sabir də dini tənqid edibdə...” Görün necədə malı-mala qatırlar?! Sabir əgər dinin əleyhinə olsaydı ondan bu günümüzə kimi 10-larla dini şerlər, qəzəllər və hətta mərsiyələr qalmazdı. Əzizlərim, gəlin ayırd edək: Sabir və onun kimi əksər klaassiklərimizin tənqid etdikləri - dırnaqarası müsəlmanlar olub. Bəli, Sabirin qorxduğu müsəlmandan mən də, sən də, biz də, hamımız qorxuruq. Harda müsəlman görürdü qorxurdu Sabir, çünki o əsl İslamı da görürdü və ah çəkirdi ki, İslam hara, müsəlman hara?

Hülya Avşar adlı bir türk müğənnisinin qurban bayramı ərəfəsində “Ətlə-qanla olan bayramı mənim ağlım almır!” –deyə guya dini tənqid etməsi absurddur. Din sizin üçün “yetənək sizsiniz Türkiyə” şouproqramının iştitirakçısının sərgilədiyi performans deyil ki, onun hansısa görüntüsünü ağlınız almasın və qırmızı düyməyə basasınız. Dini oxumaq, dərk etmək və anlamaq lazımdı.

Yaxınlarda bir dost “dinlə bağlı 27 şübhə və irad” adlı bir yazı göndərmişdi mənə. İnanın, orada qeyd olunan “şübhələri” oxuyan kimi məlum olur ki, bu insanın dinin əlifbasından belə xəbəri olmaya-olmaya dinə “ilişmək” istəyir. Özü də elə bilir ki, bu dedikləri şübhələri kəşf eləyib. Daha xəbəri yoxdur ki, bundan qat-qat daha qəliz şübhələr əsrlər öncə yazılıb da, cavablandırılıb da. Bu insanın günahı məlumatsızlığıdır –bilmədiyi şey haqda pafoslu danışmasıdır. Və məncə bu balaca günah deyil.

Bu üzdəndir ki, son zamanlar dinşünaslıq, şərqşünaslıq, tarixşünaslıq, təbiətşünaslıq və s. yerinə, bir alimin dili ilə desək “hərşeyşünaslıq” dəbdədir. Bu gün elmdən, çağımızın bilimlərindən anlayışı olan hər kəs bilir ki, “hərşeyşünaslıq” iddiasında olanlar əslində “heçnəşünas” dırlar. Hər kəs öz ixtisası üzrə fikir yürütməlidir. Belə olsa bir çox qlobal problemləri həll etmiş olar insan.

Əslində bu izah yazımızın epiqrafı olan ayənin xüsusi bir prizmadan açıqlaması idi. Başqa prizmadan -əxlaqi prizmadan yanaşsaq, ayə həmdə demək istəyir ki, “möhkəm söz danışın!” yəni yalan, böhtan və s. bu kimi əsası olmyan sözlərdən də uzaq olun. Bu iddiamı mübarək hədislər də təsdiqləyir.

Möhkəm söz” hansı sözdür? Möhkəm söz ism-felində, mübtəda-xəbərində və hətta nöktə-vergülündə belə yalan, böhtan olmayan cümlə quruluşlarından təşkil tapmış ifadələrdi.

Gördüyümüz kimi bu ayənin təliminə əsasən hər kəs dilinə sahib durmalı –ağzına gələni, bilmədiyini, yalan, böhtan və s. danışmamalıdır. Belə yerlərdə susmaq bəlkə qızıldan da qiymətlidir – cəvahirdir.

Sakitcə dayan, dinlə

Dinlə, dinlə ki, öyrən

Bilmədiyini danışma,

Özünə zor eləmə,

Söz üstündə yarışma

Dilini qoy qarnına,

Dilin hələ tələsmir

Oxu, oxu, oxu ki,

Qələmini itilə

Bıçaq hər şeyi kəsmir...


Geri dön

Su Perisi

  • 28 mart 2012 14:40
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
Sakitcə dayan, dinlə

Dinlə, dinlə ki, öyrən

Bilmədiyini danışma,

Özünə zor eləmə,

Söz üstündə yarışma

cox sagolun axira qeder oxudum

--------------------

enigmatic_girl

  • 26 mart 2012 00:04
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir)))

--------------------

★Miss Love★

  • 25 mart 2012 15:52
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqli idi тewekkurler

angel gunay

  • 25 mart 2012 15:47
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
Sakitcə dayan, dinlə
Dinlə, dinlə ki, öyrən
Bilmədiyini danışma,
Özünə zor eləmə,
Söz üstündə yarışma
Dilini qoy qarnına,
Dilin hələ tələsmir
Oxu, oxu, oxu ki,
Qələmini itilə
Bıçaq hər şeyi kəsmir.. smile

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

✰GlaMurKa✰

  • 25 mart 2012 00:38
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
mmaraqli idi tesekkurlerrrr

VIPTOZ

  • 24 mart 2012 23:28
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
maraqliydi ama cox uzundu.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

B_A_H_A_R

  • 24 mart 2012 23:19
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
tesekkur ALLAH razi olsun

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

ibn xatun_2011

  • 24 mart 2012 21:55
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
SAKİTCƏ DAYAN,DİNLƏ

DİNLƏ,DİNLƏ Kİ,ÖYRƏN

--------------------

Deniz

  • 24 mart 2012 21:47
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Ay cox maraqli idi, ellerinize sagliq winked

Dalga

  • 24 mart 2012 21:12
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Tewekkurler

--------------------

kEnd4i KiVIRCiK

  • 24 mart 2012 20:46
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
xebere gore coxx saolllll what cox qisengdiiii

Sevgi12

  • 24 mart 2012 20:32
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------
Dəniz dalğasız, könül sevdasız olmaz, yarı gözəl olanın başı bəlasız olmaz.

EnD of TiMe

  • 24 mart 2012 20:22
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler xebere gore....

✰Dгeaм✰

  • 24 mart 2012 20:08
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 33

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}