Bu axşam

 
Bu axşam

Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər!
Qanım bir hərarət alsın qanından
Çıxım bu fikir burulğanından.
İsinsin azacıq bu daş duyğular
Olmayım bir evdə beşinci divar
Bu axşam o qədər tənhayam, təkəm,
Bu axşam, elə bil, yarılıb sinəm
Çapılıb, talanıb məhəbbət orda,
Qalmayıb bir tikə mərhəmət orda
Bu axşam sahibi ölən bir tacam,
Kimsə istəməyən bir ehtiyacam
Bu axşam fikrimlə o qədər acam,
Lap bütün gecəni yesəm, doymaram
Bu axşam qəlbimdən gəlib keçəni
Bütün ulduzlara desəm, doymaram
Bu axşam... Özümdə yoxam bu axşam...
Bu axşam özümdə dəfn olunmuşam
Bu axşam od yoxdu məhəbbətimdə,
Bir ünvan, ad yoxdu məhəbbətimdə
Bir dəniz, bir sahil temasını mən
Bu axşam qəlbimdə görmürəm, nədən?..
İlahi, dünyaya niyə gəlmişəm?..
Hisslərim qəlbimdə əzilmiş şüşə,
Eşqim ciliklənmiş bir parça kağız
Küləklər, haraya aparırsınız -
Aparın, aparın, aparın!
Amma tuş etmiyin hissiz adаma,
Onu qoşa duran, onu illər boyu
Yanaşı duran daşlara verin!
Birgə çöp daşıyan, birgə yuva quran
Quşlara verin!
Qoy suya-torpağa hopulsun bu qəm
Mən necə sevildim, necə sevirəm?!.
Sevib yaşadığım anlar var idi
Fikrimdə o vardı, onlar var idi
Bir dağdım, sinəmdə ad idi onlar
Adicə səyyahdı, yad idi onlar
Qəlbimi görməyi bacarmazdılar,
Sinəmə girməyi bacarmazdılar,
Sinəmdə sən adlı vulkanım vardı
Bilməzdik hansımız hansı olardıq
Kim-kimin qəlbindən qopardı dərdi,
Kim-kimin qəlbində buz əridərdi.
Sevirdim, dağ idim, sevirdim-vulkan
Bir ovuc kül qaldı, bir daş o dağdan...
Ey İlham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir nəğmə gətir!


Geri dön

Nuray2012

  • 11 aprel 2012 15:23
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol...........

--------------------

enigmatic_girl

  • 26 mart 2012 02:17
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
qeseng seirdi)))

--------------------

Priya

  • 25 mart 2012 16:47
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Yazı için təşəkkür
.

Bu da məndən
:


Yenə o bağ olaydı,
Yenə o qumlu sahil, sular ötəydi, dil-dil

--------------------




..:MeleK kiz:..

  • 25 mart 2012 16:37
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
qeweng seirdi

EnD of TiMe

  • 25 mart 2012 16:05
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler...xebere gore

miniwinx

  • 25 mart 2012 15:28
  • Məqalə: 0
  • Şərh: 339
  • Bal:
{awards}
Mənə məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir nəğmə gətir!

--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

...:::End_Life:::...

  • 25 mart 2012 15:26
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
twk superdi

Deniz

  • 25 mart 2012 14:37
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Mənə məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir nəğmə gətir!


Cox gozeldi, cox sag ol bacim winked

✿Victoria✿

  • 25 mart 2012 13:33
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
Ey İlham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir nəğmə gətir!

HMM COX BEYENDIM

--------------------

★Miss Love★

  • 25 mart 2012 13:33
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
qeweng weirdim,beуendim ellerine sagliq sebiw=)

B_A_H_A_R

  • 25 mart 2012 13:25
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
eziyyete gore tesekkur yaxsi seirdir

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

✰Dгeaм✰

  • 25 mart 2012 13:23
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkur edirem

ANGEL LOVE

  • 25 mart 2012 13:22
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk seirdi deeeeeeeee

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}