Qalx, artıq qalx

 
Qalx, artıq qalx

Qalx, artıq qalx

Onun adı nahamar yonulmuş xaçın üzərində artıq oxunulmaz hala düşmüşdü. Tabutun karton qapağı artıq cırılmışdı və bir neçə həftə bundan əvvəl orada olan təpəciyin yerində indi cirkli cürümüş güllərin, bozarmış lentlərin, küknar iynələrinin və yarpaqsız budaqların bir-birinə dolaşmasından yaranan qorxulu bir topanın əmələ gəldiyi çuxur vardı. Şam qalıqları isə hələ oğurlanmamışdı...

“Oyan”, mən yavaşca dedim, “yalvarıram, oyan” söylədim və mənim göz yaşlarım artıq bir həftədən bəri davam edən, eyni aramla şırıldayan yağışa qarışdı.

Sonra mən gözlərimi bağladım. Qorxdum ki, arzum yerinə yetirilər. Mən bağlı göz qapaqlarımın arxasında soyuq və dar tabuta doğru sıxılan, yaş torpaq qatının içində batmış, çatlamış və indi onun sinəsi üstündə sərilməli olan karton cildi aydın şəkildə gördüm.

Mən yapışqanlı torpaqdan çirkli məzar bəzəklərini qaldırmaq üçün aşağı əyildim və bu zaman qəfildən arxamda bir kölgənin torpaqdan necə qırılıb ayrıldığıni hiss etdim; bu elə ani və qəfil oldu ki, sanki qapalı bir tonqaldan alov sıçradı.

Tələsik xaç çəkdim, gülləri tulladım və qapıya doğru tələsdim. Ensiz, sıx kolluqla əhatə olunmuş cığırlardan qatı qaranlıq yağırdı. Mən əsas yola yetiəşəndə ziyarətə gələnləri qəbiristanlıqdan geri cağıran zəngin səsini eşitdim. Ancaq hec yerdən addım səsi eçidilmirdi və ətrafda bir kimsə gözə dəymirdi, mən isə arxamda gözlə görünməyən, lakin məni izləyən həqiqi bir kölgənin olduğunu hiss edirdim...

Mən addımlarımı tələsdirdim, paslanmış, cırıldayan darvazanı arxamca örtdüm, dairəvi bağ yolunu keçdim. Elə indiyə qalmış kimi bu lənətə gəlmiş yağış da öz avazıyla gövdəsi cevrilmiş halda yolun kənarında uzanan bir tramvayın dəmir qutusu üzərində sanki təbil çalırdı...

Artıq yağış ayaqqabılarımı islatmışdı, lakin mən nə soyuq, nə də nəmişlik hiss edirdim, şiddətli bir qızdırma iliklərimin ucuna qədər məni üşüdürdü və arxadan məni cənginə alan bu qorxu icində xəstəliyin və kədərin gətirdiyi duyğuların əcaib ləzzətini hiss edirdim...
Qaranlıqda laxlayan kimi görünən çürümüş teleqraf dirəklərinin yanındakı bir-birinə qəribə şəkildə calanmış, qara rəngli əkin yerlərini əhatəyə almış hasarların və bacalarından miskin tüstü iyi gələn yoxsul yaşayış komalarının arasından kecən yol məni çox güman ki, şəhərətrafı qəsəbənin sonu görünməyən ümidsizlik yerinə aparırdı. Bu zaman ehtiyatsızlıqdan gölməçəyə düşdüm... Mən getdikcə şəhərin uzaqdan yırtılmış halda görünən, üfüqdə çirkli toran buludlar icərisində kədərin cıxılmaz yolu kimi dartılıb uzanan siluetinə daha da yaxınlaşırdım...

Bu zaman qəfildən solumda və sağımda nəhəng qara bir xarabalıq peyda oldu; zəif işıqlandırılmış pəncərələrdən qopan əcaib, təlaşla dolu bir səs-küy məni itələyirdi; yenə qara torpaqdan ibarət əkin yerləri, yenə evlər, dağılmış daxmalar... və yenə qızdırma xəstəliyilə birgə məni daha dərindən çuğlayan bir dəhşət... Mən arxamda nəsə nəhəng bir şey hiss edirdim... Gözlərim qarşısında qaranlıq getdikcə qatılaşanda arxamda da qaranlıq cökürdü; artıq gecə düşmüşdü, mən gecəni arxamca aparırdım, onu üfüqün ən ucqar səmtinə çəkirdım və mənim ayaqlarımın toxunduğu hər bir yer qaranlığa bürünürdü. Heç nə görməsəm də, bilirdim ki, gecənin rəhmsiz, taqətsiz yelkənini arxamca ona görə çəkib aparıram ki, sevgilimin məzarı üzərindəki kölgəni yox edim.

Dünya bomboş görünürdü; lakin bir nəhəng çirkabla dolu düzənlik şəhərətrafını, xarabalıqların əmələ gətirdiyi dağlar isə bayaqdan cox uzaqda görünən şəhəri indi bir anda qorxunc şəkildə yaxınlaşdırdı. Mən bir neçə dəfə dayanıb qulaq verdim, məni yenidən yumşaq və vadaredici təzyiqlə itələmək ücün qaranlığın arxamda necə gözlədiyini, uzun zaman hərəkətsiz qaldığını və istehza ilə məni izlədiyini sezdim.

Bu zaman mən həm də ilk dəfə hiss etdim ki, tər bütün bədənimdən sel kimi aşağı axır; mənim yerişim artıq çətinləşmişdi, dartmalı olduğum yük çox ağırlaşmışdı; bu dünyanın yükü idi... bir görünməz iplə mən ona, o da mənə bağlanmışdı və sürüşüb düşən yük yorğun bir heyvanı müqavimətsiz şəkildə dərin ucuruma necə dartırsa, indi o da məni eləcə çəkirdi və sürüyürdü. Bütün gücümlə mən həmin görünməz ipə söykəndim, addımlarım qısa və ümidsiz idi və özümü qəfildən əlacsız bir heyvan kimi mənə sarınan ipin üstünə atdım; bədənimin yuxarı hissəsinin müqavimətini saxlamaq ücün özümdə güc tapan zaman artıq ayaqlarımın yerə batdığını gördüm və birdən hiss elədim ki, dayanmaq ücün özümü məcbur etməyə daha davam gətirmirəm. Bu zaman yük elə təsirli idi ki, məni tamamilə özünə tabe etmişdi. Artıq hiss edirdim ki, müvazinətimi itirirəm. Mən bir nalə cəkdim və özümü yenidən yüyənin üstünə atdım... irəliyə, bayaqdan məni arxasınca sürükləyən gözəgörünməz qüvvənin üstünə yıxıldım... bizi birləşdirən ip qırıldı, mənim arxamda deyiləsi sözlə mümkün olmayan ürəkaçan bir genişlik, gözlərimin qarşısında isə indi onun uyuduğu işıqlı bir düzənlik açıldı... orada, arxada, çirkli güllərin altında miskin bir məzarda uzanmış o, indi təbəssüm dolu sifətilə mənə deyirdi: “Qalx, artıq qalx...” Mənsə artıq qalxmışdım və onun məzarı qarşısında dayanmışdim...


Geri dön

enigmatic_girl

  • 26 mart 2012 02:29
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
ehhh oxumadim basligini oxuyan kimi aglamaq tutdu

--------------------

EnD of TiMe

  • 25 mart 2012 23:47
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler.........

..:MeleK kiz:..

  • 25 mart 2012 19:04
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
maraqli yazidi

kEnd4i KiVIRCiK

  • 25 mart 2012 18:53
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
moraqlidiiii xos geldi ela supeer what:

ANGEL LOVE

  • 25 mart 2012 18:49
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
maraqli idi thanks..............

--------------------

✰Dгeaм✰

  • 25 mart 2012 18:01
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqlidi.Cox sagol.

✿Victoria✿

  • 25 mart 2012 17:25
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
OXUDUM COX MARAQLI IDI

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}