Qurani-Kərimin «Nümunə» təfsiri əsasında (7)

 
Qurani-Kərimin «Nümunə» təfsiri əsasında (7)

Sual 7:
Allah öz bəndəsini daş ürəkli edərmi?

Cavab:
Allah-təala Qur’anın bə’zi ayələrində kimlərinsə qəlbini daşa döndərdiyini xəbər verir. Bir halda ki, bu iş Allah tərəfindən baş verir, insan nə üçün günahkar sayılmalıdır?

Diqqət etsək, görərik ki, ürəyin daşa dönməsi Allah tərəfindən bir cəzadır. Demək, insan Allahın qəzəbinə səbəb olacaq günahlara yol verir və daşürəkliliklə cəzanlandırılır. Məsələn, «Tövbə» surəsinin 77-ci ayəsində belə buyurulur: «Allaha verdikləri və’də xilaf çıxdıqlarına görə, Allah da onların ürəklərinə qovuşacaqları qiyamət gününə qədər nifaq saldı». «İbrahim» surəsinin 27-ci ayəsində isə belə deyilir: «Allah iman gətirənləri dünyada və axirətdə möhkəm bir sözlə sabit qədəm edər. Allah zalımları yolundan azdırar».

İnsanın öz əməlindən doğan bu pis nəticə, onun iradə azadlığına qətiyyən zidd deyildir. Məsələn, spirtli içki içən insan anlamalıdır ki, ağlı başından çıxacaq və üzünə cinayət qapıları açılacaq. Məsələn, adam öldürəcək. Bu şəxs sərxoş olduğunu bəhanə gətirib, adam öldürmək fikirində olmadığını iddia etsə də, məs’uliyyətdən qaça bilməz.

Allah-təalanın bir insanı doğru yola yönəldib, o birini zəlalətə salmasının əsil səbəbi, həmin insanların əvvəlki xeyir və ya şər əməllərində axtarılmalıdır.


Geri dön

★Miss Love★

  • 25 mart 2012 15:19
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
deуerli ve maraqli xebere gore sagol

ANGEL LOVE

  • 25 mart 2012 11:55
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twkler....................

--------------------

✰Dгeaм✰

  • 25 mart 2012 11:49
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

DEMET_AKALIN

  • 25 mart 2012 11:36
  • Məqalə: 0
  • Şərh: 618
  • Bal:
{awards}
ellerinize sagliq

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

C.I

  • 25 mart 2012 10:55
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
hee bilmirdim cox sag olun xebere gore minnetdaram......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 63

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}