Günün qoroskopu (25.03.2012)

 
Günün qoroskopu (25.03.2012)

Ünsiyyət, əməkdaşlıq, qüvvələrin birləşdirilməsi üçün uğurlu gündür.

Hətta adətən müstəqilliyi, sərbəstlik və təkliyi üstün tutan insanlar da anlayacaqlar ki, məqsədə doğru gedərkən yanınca kimisə aparmaq da pis deyil. Üstəlik, bu gün çoxları enerji sarıdan korluq çəkirlər, odur ki, işi kiminləsə bölüşmək yaxşı olar.

Romantik münasibətlərə başlamaq üçün yaxşı gündür. Əsl ürək dostunu tapmaq mümkündür. Maliyyə cəhətdən də gün xoşdur.


Qoç - Kömək gözləməyib özünüz işə başlasanız, xeyli nailiyyət əldə edə bilərsiniz. Möhtəşəm layihələrdən yapışmaq vacib deyil: hətta ən balaca işi də diqqətəlayiq və baxımlı nəticəyə çatdıra bilərsiniz. Maliyyə vəziyyətiniz yaxşıdır. Əlinizə pul gələcək, amma çox durmayacaq.

Bir çox tənha Qoçların bəxti sevgidə gətirəcək. Elə bir gündür ki, istənilən görüş taleyüklü ola bilər. Kiməsə qarşı ani rəğbət sürətlə ciddi hissə çevrilir.

Buğa - Ətrafınızdakılarla münasibətləri «səliqəyə» salmaq lazımdır: kimin tərəfdaşınız olduğunu, kiminsə elə ilk fürsətdə düşmən tərəfinə keçəcəyini ayırd edin. Şübhəli əlaqələri yazığınız gəlmədən pozun: nə qədər uzadırsınızsa, bir o qədər çox uduzursunuz.

Sizin tərəfinizdə olanlara qarşı isə həddən artıq diqqətli və mərhəmətli olun. Bu həm iş, həm də şəxsi münasibətlərə aiddir. Yaxınlarınıza onların xırda zəifliklərini bağışlayın, o zaman münasibətləriniz daha ahəngdar və ham üçün xoş olacaq.

Əkizlər - Bu gözəl gün diplomatik bacarıqlarınızı üzə çıxaracaq. Bunların sayəsində yığılıb qalmış münaqişələri, fikir ayrılıqlarını aradan qaldıra biləcək, istəmədən küsdürdüyünüz insanla barışa biləcəksiniz. Günün birinci yarısı çox məhsuldar ola bilər, onu vacib məsələlərin həllinə sərf etməyə çalışın.

Axşam isə əksinə, daha sakit keçəcək. İstirahət edin, ünsiyyət qurun, hansısa yorucu olmayan işlə məşğul olun. Ev işlərinə ciddi-cəhdlə girişməyin: fiziki və mənəvi qüvvələrinizi bərpa etmək indi daha vacibdir.

Xərçəng - Narahatlıq üçün elə də ciddi səbəb yoxdur. Əsas odur ki, məqsədlərinizi vaxtında təyin edib, onlara çatmaq üçün cızdığınız qrafikə uyğun hərəkət edəsiniz. Bu zaman ətrafınızdakıların təhrikinə uymayın. İntizamlı olmağa çalışın, məhz bu, gərəksiz vurnuxmadan və anlaşılmazlıqlardan sizi qoruyacaq.

Ailə problemlərinin əsas yükü sizin çiyinlərinizə düşür. Hətta müəyyən qurbanlar verməli olsanız da, çalışın, hamının maraqlarını nəzərə alasınız. Başqalarının qayğılarına həssaslıqla yanaşmağınız şəxsi münasibətlərinizi düzəltməyə kömək edəcək.

Şir - Sizi çətin gün: müxtəlif xoşagəlməz sürprizlər və problemlər gözləyir. Ətrafınızdakılarla münasibətləriniz elə sürətlə korlanır ki, heç bilmirsiniz, onlarla barışasınız, yoxsa daha yaxşı anlaşa biləcəyiniz adam axtarasınız. Nəzərə alın ki, yeni tanışlıqlar bu gün daha çox diqqət tələb edir, çünki sizə layiq olmayan biri ilə əlaqə yaratmağınız mümkündür.

Əşyalarınıza diqqət edin: dəyərli nəyisə itirə, yaxud oğruların qurbanı ola bilərsiniz. Bazar, vağzal və digər buna bənzər yerlərə getmək məsləhət deyil. Axşamı sevdiyiniz adamla keçirmək istəyirsinizsə, kluba, kafeyə, yaxud restorana getməkdənsə, həmin görüşü evdə təşkil edin.

Qız - O qədər məqsədyönlüsünüz ki, istəklərinizə çatmaqda sizə heç bir çətinlik və təhlükə mane olmur. Elə sürətlə irəliləyirsiniz ki, tərəfdaşlarınız sizə çata bilmirlər. Amma dərd deyil, siz onların arxasınca hələ qayıdacaqsınız. Pis olan başqa şeydir: lazımi nəticəni əldə etmək üçün siz başqalarının maraqlarını qurban verirsiniz, bunu isə sizə bağışlamayacaqlar.

Davranışınız qüsursuz olmalıdır, nüfuzunuza xələl gətirəcək xırdaca bir nüans uzun müddət unudulmayacaq. Yaxınlarınıza etibar edə bilərsiniz, amma onlar sizin bütün planlarınızı dəstəkləmirlər.

Tərəzi - Gün elə də asan deyil. İş burasındadır ki, məqsədə çatmaq üçün həm səy göstərmək, həm də sizə kömək göstərməyə çalışan insanlara daim nəzarət etmək lazımdır. «Əlimdən qaldıran gəlməz, ayağımdan qaldıran gələr» məsəli bu gün sizin üçün çox aktualdır. İstənilməyən köməkçilərin hərəkətləri sizi bəzən özünüzdən çıxaracaq.

Yaxınlarınızla fikir ayrılıqları mümkündür, amma söhbət prinsipial məsələlərdən getmir, odur ki, mübahisələrdən qaça biləcəksiniz. Köhnə tanışlarınızla, sizin üçün dəyərli olan bir insanla əlaqələri bərpa edə bilərsiniz.

Əqrəb - Çətinliklərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın, özünüzə tərəfdaş tapın. Sizə kömək etmək istəyənlərin sayı çoxdur, sadəcə, seçmək lazımdır. İstənilən xarakterli yeni münasibətlərə başlamaq olar.

Yaxınlarınızı sevindirə bilərsiniz, bu imkanı qaçırmayın. Başqalarının qayğılarıyla maraqlanın, imkanı olmayanlara yardım edin. Axşam alacağınız xəbər sizi narahat edəcək.

Oxatan - İşlərinizdə bir qədər ehtiyatlı olun: ciddi səhvlər edə bilərsiniz, onların nəticələrini aradan qaldırmaq isə çox vaxt və qüvvə tələb edəcək. Bədxahlarınız hər imkanda işlərinizə qarışırlar. Bu işdə o qədər də uğurlu olmasalar da, tədricən əsəbləşirsiniz. Bu arada, bu gün yaxşı əhval-ruhiyyəni qoruyub saxlamaq məsləhətdir: onun sayəsində faydalı əlaqələr qura, maraqlı tanışlar tapa bilərsiniz.

Valideyn Oxatanlar uşaqlarının daha çox diqqət tələb etmələrinə hazır olsunlar. Gənc Oxatanların isə öz əlləri, öz başları - həyat təcrübəsi qazanmaq üçün əlinizə fürsət düşüb.

Oğlaq - Başqalarının məsləhətlərinə qulaq asmaqdansa, öz təcrübənizə və ağlınıza güvənin. Belədə, daha asan uğur qazana bilərsiniz. Qoy ətrafınızdakılar sizin mülahizələrinizə kinayə ilə yanaşsınlar, hadisələrin gedişi sizin doğru yol seçdiyinizi göstərəcək. Gün hansısa yaradıcı layihələr üzərində müstəqil iş üçün münasibdir.

Xırdalıqlara görə kefiniz pozulmasın. Əgər yaxşı əhval-ruhiyyəni qoruyub saxlaya bilsəniz, ətrafınızdakılarla münasibətləriniz əla olacaq. Xoş sürprizlər sizi sevindirəcək.

Dolça - Çox uğurlu və xoş gün olacaq. Başqalarını incitmədən öz məqsədlərinizə çatmaqda nəyi edib-etməməyi intuisiyanız sizə məsləhət görəcək. Seçdiyiniz istiqamətdə irəliləyirsiniz və lazımi nəticəni əldə etmək üçün demək olar ki, səy göstərmirsiniz.

Ünsiyyət üçün yaxşı gündür, demək olar ki, bütün görüşlər əla keçir. Ümumi dil tapmayacağınız insan yoxdur. Maraqlıdır ki, ötəri tanışlıq daha ciddi münasibətə çevrilə bilir - yetər ki, siz bunu istəyəsiniz.

Balıqlar - İstənilən işin öhdəsindən gələ biləcəksiniz. Elə cani-dildən işləyirsiniz ki, günorta artıq yorulduğunuzu hiss edəcəksiniz. İş və qayğılarınızı yaxınlarınızla bölüşün, bu, həyatınızı xeyli asanlaşdıracaq. Şəraitin dəyişməsi ilə bu günə planlaşdırdığınız səfərlərdən imtina etməli olacaqsınız.

Ünsiyyət və görüşlər üçün münasib gün deyil, çünki ətrafınızdakıların bütün zəiflikləri və çatışmazlıqları gözünüzə batır, onları tənqid etməkdən özünüzü saxlaya bilmirsiniz. Yeni tanışlarınıza davranışlarınız xoş gəlməyəcək. Elə köhnə tanışlarınızı da təəccübləndirəcəksiniz.


Geri dön

enigmatic_girl

  • 26 mart 2012 01:57
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Maraqlidir...))) dogrudan da oldu))

--------------------

EnD of TiMe

  • 26 mart 2012 00:23
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
BuGA- Bugun super kecdi..tesekkurler

..:MeleK kiz:..

  • 25 mart 2012 16:51
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Tərəzi - Gün elə də asan deyil. İş burasındadır ki, məqsədə çatmaq üçün həm səy göstərmək, həm də sizə kömək göstərməyə çalışan insanlara daim nəzarət etmək lazımdır. «Əlimdən qaldıran gəlməz, ayağımdan qaldıran gələr» məsəli bu gün sizin üçün çox aktualdır. İstənilməyən köməkçilərin hərəkətləri sizi bəzən özünüzdən çıxaracaq.

Yaxınlarınızla fikir ayrılıqları mümkündür, amma söhbət prinsipial məsələlərdən getmir, odur ki, mübahisələrdən qaça biləcəksiniz. Köhnə tanışlarınızla, sizin üçün dəyərli olan bir insanla əlaqələri bərpa edə bilərsiniz.

SevgiHeyatdi

  • 25 mart 2012 16:34
  • Məqalə: 6
  • Şərh: 303
  • Bal:
{awards}
tewekkurler

--------------------
Wkalatimin Balasiiiiiiiiiiii............

angel gunay

  • 25 mart 2012 15:46
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
Şir - Sizi çətin gün: müxtəlif xoşagəlməz sürprizlər və problemlər gözləyir. Ətrafınızdakılarla münasibətləriniz elə sürətlə korlanır ki, heç bilmirsiniz, onlarla barışasınız, yoxsa daha yaxşı anlaşa biləcəyiniz adam axtarasınız. Nəzərə alın ki, yeni tanışlıqlar bu gün daha çox diqqət tələb edir, çünki sizə layiq olmayan biri ilə əlaqə yaratmağınız mümkündür.

Əşyalarınıza diqqət edin: dəyərli nəyisə itirə, yaxud oğruların qurbanı ola bilərsiniz. Bazar, vağzal və digər buna bənzər yerlərə getmək məsləhət deyil. Axşamı sevdiyiniz adamla keçirmək istəyirsinizsə, kluba, kafeyə, yaxud restorana getməkdənsə, həmin görüşü evdə təşkil edin.
hmmm pis gundu fellow

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

★Miss Love★

  • 25 mart 2012 15:14
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
eqreb burcu oxudum тewekkurler=)

Dalga

  • 25 mart 2012 14:44
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Eqrebi oxudum-Tewekkur edirem Allah xeyr elesin xe xeber olacaq goresen

--------------------

_RiHanNa_

  • 25 mart 2012 14:14
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Thanks...)))

kEnd4i KiVIRCiK

  • 25 mart 2012 12:43
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
balilara gore coxx saolll insallahwhat

✿Victoria✿

  • 25 mart 2012 12:38
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
Tərəzi - Gün elə də asan deyil. İş burasındadır ki, məqsədə çatmaq üçün həm səy göstərmək, həm də sizə kömək göstərməyə çalışan insanlara daim nəzarət etmək lazımdır. «Əlimdən qaldıran gəlməz, ayağımdan qaldıran gələr» məsəli bu gün sizin üçün çox aktualdır. İstənilməyən köməkçilərin hərəkətləri sizi bəzən özünüzdən çıxaracaq.
Yaxınlarınızla fikir ayrılıqları mümkündür, amma söhbət prinsipial məsələlərdən getmir, odur ki, mübahisələrdən qaça biləcəksiniz. Köhnə tanışlarınızla, sizin üçün dəyərli olan bir insanla əlaqələri bərpa edə bilərsiniz.

--------------------

YoUnG_BoY

  • 25 mart 2012 12:26
  • Məqalə: 2
  • Şərh: 32
  • Bal:
{awards}
TESEKKURLERRRRRRRRRRR

--------------------
...::: I LoVe YoU SwEeTHeaRt :::...

Deniz

  • 25 mart 2012 11:49
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Əqrəb - Çətinliklərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın, özünüzə tərəfdaş tapın. Sizə kömək etmək istəyənlərin sayı çoxdur, sadəcə, seçmək lazımdır. İstənilən xarakterli yeni münasibətlərə başlamaq olar.

Yaxınlarınızı sevindirə bilərsiniz, bu imkanı qaçırmayın. Başqalarının qayğılarıyla maraqlanın, imkanı olmayanlara yardım edin. Axşam alacağınız xəbər sizi narahat edəcək.


Cox sag ol canim, her kes ucun en hayirlisi olsun..... winked

✰Dгeaм✰

  • 25 mart 2012 11:46
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Ne maraqsiz.Hec maraqlanmaga deymez,yeni ozum ucun deyirem.Amma yene de xebere gore sagol.

DEMET_AKALIN

  • 25 mart 2012 11:34
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
sukur
_________qoc

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

ANGEL LOVE

  • 25 mart 2012 11:26
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler.................

--------------------

ay seven ulduz

  • 25 mart 2012 11:20
  • Məqalə: 3
  • Şərh: 1318
  • Bal:
{awards}
Buğa - Ətrafınızdakılarla münasibətləri «səliqəyə» salmaq lazımdır: kimin tərəfdaşınız olduğunu, kiminsə elə ilk fürsətdə düşmən tərəfinə keçəcəyini ayırd edin. Şübhəli əlaqələri yazığınız gəlmədən pozun: nə qədər uzadırsınızsa, bir o qədər çox uduzursunuz.

Sizin tərəfinizdə olanlara qarşı isə həddən artıq diqqətli və mərhəmətli olun. Bu həm iş, həm də şəxsi münasibətlərə aiddir. Yaxınlarınıza onların xırda zəifliklərini bağışlayın, o zaman münasibətləriniz daha ahəngdar və ham üçün xoş olacaq.

C.I

  • 25 mart 2012 11:09
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Əqrəb - Çətinliklərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın, özünüzə tərəfdaş tapın. Sizə kömək etmək istəyənlərin sayı çoxdur, sadəcə, seçmək lazımdır. İstənilən xarakterli yeni münasibətlərə başlamaq olar.

Yaxınlarınızı sevindirə bilərsiniz, bu imkanı qaçırmayın. Başqalarının qayğılarıyla maraqlanın, imkanı olmayanlara yardım edin. Axşam alacağınız xəbər sizi narahat edəcək.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 71

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}