Tuile şirniyyatı

 
Tuile şirniyyatı

Tuile (tvil kimi oxunur) yüngül fransız üsulu xırt-xırt qurabiyədir və müxtəlif formada, boyda və dadda ola bilər. Bu qurabiyələr istədiyiniz içliklə doldurula bilər – məsəl üçün, bişmiş krem, muss, hətta dondurma belə. Tuile fransızca “kirəmit” deməkdir ” və orijinal qurabiyənin forması Fransadakı dam kirəmitlərinə bənzədiyinə görə ona bu ad verilib. Ənənəvi tuile əvvəlcə sobada bişirilir, sonra isə isti-isti mərdanənin üstünə sərilir ki, bir qədər qatlansın. Soyuduğunda tuile bir az bərkiyir. Bu qurabiyələrə istədiyiniz şəkil verə bilərsiniz.

Xəmirin hazırlanması 10 dəqiqə, soyuducuda saxlanması 30 dəqiqə, bişirilmə müddəti – hər pay üçün 5-10 dəqiqə vaxt aparır.

Lazım olan ərzaqlar:

65 qram yumşaldımış yağ (ərinmiş yox,məhz yumşaldılmış halda)
60 qram ələnmiş şəkər kirşanı (pudrası)

1 paket vanil tozu (yaxud bir qədər vanil ekstraktı ilə əvəz oluna bilər)
2 böyük yumurtanın ağı (yüngülcə çəngəllə çalınmış şəkildə)
65 qram ələnmiş ağ un
Yağ – bişiriləcək listin üzərinə çəkmək üçün.

1. Yumşaldılmış yağ,şəkər tozu və vanil birlikdə əl yaxud mikserlə (aşağı sürətdə) bir qabda qarışdırılır, yumşaq xəmir halına salınır. Qarışdıra-qarışdıra üzərinə az-az miqdarda çalınmış yumurtanın ağı əlavə olunur. Daha sonra qatışığın üzərinə hissə-hissə un tökülür və yumşaq xəmir alınanadək qarışdırılır. Diqqət yetirmək lazımdır ki, xəmir həddən çox qarışdırılmasın!

2. Xəmir olan qabın üstü selofanla örtülür,ən azı yarım saat soyuducuda saxlanır.( Bu xəmir soyuducuda bir həftəyədək saxlana bilər. İstifadə etməzdən 30 dəqiqə əvvəl xəmir soyuducudan çıxarılmalıdır.)

3. Bişiriləcək listin üzərinə perqament kağızı yerləşdirilir yaxud da listin üzəri yağlanır və heç olmasa 15 dəqiqə soyuducuda saxlanır. Xəmiri qaşıqla götürüb dairə formasında yayın. Hər dəfə listə 2-3 xəmiri yeləşdirib bişirmək lazımdır.

4. Tuile öncədən 180 dərəcə tempraturda qızdırılmış sobada, xəmirin kənarları qızılı qəhvəyi rəng alanadək, təxminən 5-10 dəqiqə bişirilir. Bişmiş xəmir dərhal sobadan çıxarılır və istənilən formaya salınır/bükülür. Xəmir bişdikdən dərhal sonra,isti halda formaya salınmalıdır. Ona görə də hər dəfə az sayda xəmir bişirmək lazımdır.

5. Tuilləri istədiyiniz kremlə (aşağıda nümunə var), meyvəylə doldurub süfrəyə verin.

Kremin hazırlanması:

5-6 ədəd tuiles üçün 1 ¼ fincan krem lazımdır.

Ərzaqlar:

1 fincan süd (tam yağsız ya da az yağlı)
¼ fincan şəkər tozu
1 çay qaşığı vanil ekstraktı
1 cimdik duz
2 böyük yumurtanın yalnız sarısı
¼ fincan qarğıdalı nişastası
1 xörək qaşığı duzsuz kərə yağı (kiçik hissələr doğranılır)

1. Orta ölçülü qazana süd,şəkər tozunun yarısı,vanil ekstraktı və duz tökülüb qaynayanadək orta dərəcəli odun üzərində bişirilir.

2. Orta ölçülü qabda yumurta sarısı, qarğıdalı nişastası və şəkər tozunun qalan hissəsi qarışdırılır. Qarışdıra-qarışdıra bunun üzərinə yavaş-yavaş əvvəlcədən hazırlanmış isti,südlü qarışıq əlavə olunur. Bütün bunlar tam şəkildə bir-birinə qarışdıqdan sonra yenidən qazana tökülür. Təxminən 2-4 dəqiqə,orta-yüksək dərəcəli odda, dayanmadan qarışdırmaq şərtiylə kütlə qatılaşana kimi bişirilir.

3. Bişdikdən sonra qarışıq qaba tökülür,üzərinə yağ əlavə olunur. Orta sürətli mikser vasitəsiylə, təxminən 5 dəqiqə ərzində, yağ əriyənə və kütlə soyuyanadək qarışdırılır.

4. Bərkiməsin deyə kremin üzəri sellofanla kip şəkildə örtülür. Soyuyanadək soyuducuda saxlanır. Ən azı 2 saat,ən çoxu 2 günədək krem soyuducuda saxlana bilər. İstifadə etməzdən öncə yumşalması üçün kremi qarışdırmaq lazımdır.

Nuş olsun!


Geri dön

LoVe_LiFe

  • 20 aprel 2012 22:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
gorunusu elladirr beyendim resepti goturdummm

enigmatic_girl

  • 26 mart 2012 02:55
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
coxdu ee ...yeqin hazirlamaq cetindi eh menlik deyil

--------------------

EnD of TiMe

  • 25 mart 2012 23:29
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler....

angelochik

  • 25 mart 2012 20:20
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
atdim secilmiwdere twkler

..:MeleK kiz:..

  • 25 mart 2012 18:44
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
halim yoxdu vallah

ANGEL LOVE

  • 25 mart 2012 18:39
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
BIWIRECEM VAXT OLSA............

--------------------

✰Dгeaм✰

  • 25 mart 2012 18:39
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Respti goturdum.Sagol.

kEnd4i KiVIRCiK

  • 25 mart 2012 18:19
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
gorunusu deyir gel meni ye goreyda vaxt varsa eleyecemmmwhat

✰Dгeaм✰

  • 25 mart 2012 18:08
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Bisirmek lazimdir.Tesekkurler.

SeL_cAn

  • 25 mart 2012 17:36
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
bişirə bilənlərin əlinə sağlıq))

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

_RiHanNa_

  • 25 mart 2012 17:28
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Dadli gorsenir...))))

C.I

  • 25 mart 2012 17:21
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
hmmmmmmmmmm tsk............

--------------------

✿Victoria✿

  • 25 mart 2012 17:04
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
DADLI GORUNUSU VAR TESEKKUR

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}