QACAQ

 
QACAQ

Hə, bu gün də gəlməyəcək deyəsən o... Elədir. Gəlməyəcək. Yenə də onsuz qalacağam. Yenə də. Onsuzluğu onsuz anlarla paylaşıram. Günlərdir, qaçaq düşüb... Görəsən niyə? Nə üçün ona bu qədər çox ehtiyac duyduğum bir zamanda buraxıb məni? O atlı olub, mən piyada... Nə tapa bilirəm, nə çata. Axı o mənim yaralı ürəyimə yeganə məlhəmdi. Acılı-ağrılı xatirələrin üstündən bir anlıq da olsa xətt çəkə biləcək yeganə qələm...
Qaçaq...
Taqətdən düşmüş ruhuma rahatlıq verə biləcək dunyadır o. Yuxudur o Qaçağın adı... Bəli, yuxumu gəzirəm mən. Indi ən cox istədiyim onun gəlməsidir. Düşünürəm, həqiqətən həyat təzadlarla doludur... Vaxt var idi, yuxu var gücü ilə göz qapaqlarımdan tutub sallanırdı. Onu qəbul eləməyim üçün nəvazişlə xumarlandırırdı gözlərimin önünü. Qara örpəkli gecə də yuxunun istəyini yerinə yetirməyim üçün pəncərəmə elçi düşürdù.
Qaçaq...
Mənsə... Mənsə hər vasitə ilə gözlərimi öpən yuxunu qovmağa ve dərslərimi tamamlamağa çalışırdım. Düzdü, yuxuya qucağımı açmağı lap çox istəyirdim,amma səhəri gün müəllimə "hazır deyiləm"kəlməsini deməli olacağımı düşünürdüm həmin an. Elə məhz bu düşüncə məni yuxunu qovmağa məcbur edirdi. Çünki "hazır deyiləm" sözünü deməkdənsə yerin aralanıb məni içinə çəkməsini daha üstün tuturdum. Gözlərimi ovuşdururdum, soyuq su ilə üzümü yuyurdum, kofe içirdim... Daha nələr-nələr... Indi isə saatlarca gecənin sùkutunda öz nəfəsimin səsini dinləyirəm. Yuxunu çağırıram. Heç olmazsa o gəlsin, məni real aləmden uzaqlaşdırsın. Heç olmazsa bir müddət unuda bilim hər şeyi. Heç olmazsa mənə rahatlıq verməyən, çağırılmamış qonaq kimi yerli-yersiz fikirlər yox olsun beynimdən. Düşünmək istəmirəm! Heç nəyi fikirləşmək istəmirəm! Yatmaq istəyirəm. Yuxumu istəyirəm. QAÇAQ düşmüş yuxumu...


Geri dön

_RONALDO_

  • 19 mart 2011 11:25
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
semeni saxla meni

--------------------

Irane

  • 7 yanvar 2011 02:19
  • Məqalə: 8
  • Şərh: 648
  • Bal:
{awards}
tesekkurrrrrrrrrrrrrrrrrr

--------------------

Ulya

  • 7 noyabr 2010 00:31
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol yaziya gore

sevgi yalandir

  • 5 noyabr 2010 19:18
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
serh yazan her kese twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Yusif

  • 5 noyabr 2010 18:37
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurrrrrrrrrrrrrrrrrr

crazy in love

  • 5 noyabr 2010 18:26
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
love COX INSANIN HEYATI MEHZ BELE OLUR

--------------------
H.O.S.T.&EMO girl
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 67
Cəmi: 92

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 149
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}