Sevgi zərbəsi (11 - ci hissə)

 
Sevgi zərbəsi (11 - ci hissə)

3 il sonra...

-- Səmra, qızım, tələs axı işə gecikirik!

-- Gəldim, gəldim...

Səmra yay donunda tələsərək pilləkənlərdən düşdü. Bir əli ilə saçını düzəldir, digər əli ilə çantasını çiyninə taxırdı. Bəli, Səmra işləyirdi. Son üç ildə o qədər dəyişikliklər olmuşdur ki, Səmranın həyatında.

Mahirlə Zərifəni elə onların toyundan görmürdü. Heç uşağı olduğunu eşidəndə də soruşmamışdı ki, qızdır, ya oğlan. Hər gecə yerinə uzananda Allaha şükr edirdi ki, nə yaxşı ki, Xədicə gəldi və onu bütün olanları bilməkdə kömək oldu. Xədicəni şəhərə yola salan günü Səmra demişdi ki, yenidən universitetə sənədlərini vermək istəyir. Bu xəbərdən sevinən Xədicə ona yola çıxmazdan əvvəl son söz dedi. Hansı ki, Səmra o sözü o gündən qulağında sırğa etmiş və bir gün belə olsun unutmamışdır. "Səmra, atacağın addıma güvən, inan, çünki həyatda hər şey inamdan başlayır".

Səmra 5 ayın içində gecə gündüz bilmədən hazırlaşmışdı. İmtahanın nəticələri açıqlananda sevincindən uçurdu. Universitetə qəbul olmağa kifayət qədər balı çatmasa da, tibb texnikomuna daxil ola bilmişdi. İki il yarım başı aşağı dərsə gedib gəldi. Nə bir qonşuya salam verdi, nə bir tələbə ilə dostluq etdi. Sadəcə özünə güvəndi. Özünə inandı. Təhsilini bitirər-bitirməz iş axtarmağa başladı. Bilirdi ki, rayonda tibb bacısına ehtiyac var. Odur ki, rayondakı bütün xəstəxanaları, poliklinikaları gəzdi. Qapılar onun üzünə bağlansa da, ümidini itirmirdi. Bir gün avtobusla şəhərə iş axtarmağa gedərkən yolda sanki havası çatmadı. Əl atıb sürücüyə dayanmağı işarə etdi. Avtobus dayanan kimi özünü yerə atdı. Dərindən nəfəs aldıqdan sonra qarşısında xəstəxana gördü. Tərəddüd etmədən xəstəxananın həyətinə girdi. Bu ruhi xəstələrin mualicə olunduğu xəstəxana idi. Bu günə kimi bir dəfə də olsun bu xəstəxanaya gəlməmişdi. Amma baş həkimin qəbulundan çıxdıqdan sonra gəlişinə çox sevindi. Səmra 3 aylıq sınaq müddəti ilə işə götürülmüşdü. Artıq onun da öz işi vardı. Anasına mənəvi və maddi dəstək ola biləcəyinə o qədər sevinirdi ki...

"Səmra, sənin marşurutun boşdur get otur, mən isə getdim." Bu sözlərdən sonra Səmra fikirlərindən ayıldı. Anasının işi daha yaxın olduğundan Səmra marşrutla tək gedirdi. Pəncərə önündə özünə yer seçib əyləşdi. Səmra özünü xöşbəxt hiss edirdi. Hər işə gedəndə sanki güllər paltarında yox, yanaqlarında açırdı. Həyatı 3 ildir ki, öz sakit axarı ilə gedirdi ki, birdən arxadan kimsə onun çiyninə toxundu:

-- Səmra, sənsən? - titrək səslə soruşdu.

-- Bəli! -deyib arxaya baxdı. Gözlərinə inana bilmirdi. Bu ki, Zərifə idi. Qucağında da oğlan uşağı. İçindəki bütün hisslər bir anda qarışdı bir birinə. Nə düşünəcəyini, nə deyəcəyini bilmədi. Sevinsinmi, yoxsa danışdırmasınmı?, bilmirdi.

-- Səmra, mən şəhərə gedirəm evə. Iki gündür anamgildə idim. Hər dəfə hasardan boylanırdım ki, bəlkə səni görərəm, amma nə səni, nə ananı görmürdüm. Necəsən? Həyatını necə qurmusan?

Yəni, uşaq onundur? Necə də Mahirə oxşayırdı. Fikirlərindən güclə ayılıb kəsə də olsa Zərifəyə cavab verdi.

-- Heç oxuyuram... Əslində yalan deyirdi, amma başqa çarəsi yox idi. Desəydi ki, xəstəxanada işləyirəm bilmək olmazdı, durub gələrdi sabahsı gün nəsə lazım olanda. Odur ki, işlədiyini gizlətdi.

-- Yaxşı edirsən. Oxu sənət qadına da lazımdır.

Zərifənin arxayınlığı Səmranı qıcıqlandırsa da, yenə də soruşdu. Sanki olmayan, yaşamadığı bir hadisədən sual verirmiş kimi birbaşa Zərifənin üzünə verdi sualı:

-- Sən necəsən? Mahirlə aran necədir?

Bir balaca rəngi qızarsa da Zərifə cavab verdi:

-- Lap yaxşıdır. Zakir doğulandan daha bir birimizi anlamağa başladıq. Zamanla həyatımızı birləşdirməyə alışdıq. İndi xoşbəxtik. Zakir mənim həyatıma yaşamaq eşqi bəxş edib. Mahirə isə sənin onu bağışlamağın. İndi əl-ələ verib övladımızı böyüdürük. Hətta ikinci uşaq da gözləyirik. İnşallah, o da sağ salamat doğular.

Səmra üç il əvvəl düşünsəydi ki, nə vaxtsa Zərifə qarşısına çıxıb Mahirlə xoşbəxt olduğunu desə, o andaca ürəyi tab gətirməz. Amma indi hər şey fərqli idi. Sanki yaralar sağalmışdı. Daha kimsə o yaranı təzələyə bilməzdi.

--- Çox sevindim. Allah xoşbəxtliyinizi min qat artırsın. İkinci balanı da sağlam şəkildə dünyaya gətirəsən inşallah... Mən düşürəm. Özünə yaxşı bax.

Bəli, Səmra işinə çatmasa da marşrutu saxlatdırıb düşdü. Nə Zərifənin sohbətlərinə qulaq asmaq, nə də Mahir haqda nəsə eşitmək istəmirdi. Beləliklə, xəstəxanaya kimi piyada getməli oldu.


Müəllif: XƏYALƏ MURAD


Geri dön

Yağmur_

  • 27 mart 2012 09:12
  • Məqalə: 2
  • Şərh: 140
  • Bal:
Tesekkurler maraqlidir

Aysel_

  • 26 mart 2012 18:21
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler maraqli idi

enigmatic_girl

  • 26 mart 2012 02:57
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
evvelini oxumadim deyesen(((

--------------------

EnD of TiMe

  • 25 mart 2012 23:31
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Oxumaga hevesim yoxdu...yenede tesekkurler

✿Victoria✿

  • 25 mart 2012 21:30
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
MARAQLI HEKAYEDI DAVAMIN GOZLEYEK

--------------------

Victorious

  • 25 mart 2012 21:16
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Maraqlidi.tesekkurler...

--------------------

Angel-Feride

  • 25 mart 2012 20:25
  • Məqalə: 54
  • Şərh: 1056
  • Bal:
{awards}
Təşəkkür[hide][/hide]

ANGEL LOVE

  • 25 mart 2012 19:41
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler......................

--------------------

✰Dгeaм✰

  • 25 mart 2012 19:31
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler.

Priya

  • 25 mart 2012 19:29
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Təşəkkürlər.Ardını gözləyirəm.

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}