Mən itirdim

 
Mən itrdim

Ona bağlandığım gündən bəri həyatım tamamilə dəyişdi.Düşüncələrim,fikirlərim,seçimlərim fərqlənməyə başladı.Heç bir zaman xəyalını belə qurmadığım bir ortamda özümü gördüm.Onu içimdə hiss etdiyim zaman özümüm o qədər şən o qədər xoşbəxt hiss edirdim ki,dünyalar mənim olurdu.İlk başda bu hissləri yaşamaq çox xoşuma gəlirdi.İlk dəfə bu qədər içdən gülürdüm.İlk dəfə bu qədər azad idim,sərbəst idim...
İlk başda bunu heç kəs hiss etmirdi.Mən onu sadəcə xoşbəxtlik simvolu kimi təsəvvür edirdim.Hətta gün getdikcə onsuz yaşaya bilməyəcəyimi anladım.Onsuz özümü çox pis hiss edirdim.Tək otağa çəkilib ağlayırdım.Hirsimi otağımda olan əşyaları qırmaqla biruzə verirdim...Artıq onsuz olan dəqiqələrim mənə ölüm kimi gəlirdi.Daha çox arzu edirdim onu...
Günlər getdikcə artıq əvvəl ki,xoşbəxtliyi hiss etmirdim.İndi hiss etdiyim sadəcə əzab,ağrılar və iztirab idi.Artıq fikrimdə sadəcə o var idi.Tək hədəfim,sahib olmaq istədiyim o idi o!Mən onsuz necə yaşayım axı..Mən onsuz necə dözüm axı...Günlərcə özümlə mübarizə apardım...Ancaq alınmadı...bacarmadım.



Artıq yata bilmirdim,yemək yeyə bilmirdim,dəli kimi olmuşdum.Sadəcə bildiyim yeganə bir şey var idi mən onsuz yaşaya bilmərəm....
Ona rastlaşmamışdan əvvəl çox bədbəxt olduğumu hiss edirdim...Çünki azad deyildim çünki sərbəst deyildim...Ancaq indi fikiləşirəm ki,məgər indi azadammı?
Mən özümü çox bədbəxt hiss edirəm...Hər gün-hər gün eyni şeyləri etməkdən yoruldum...Yaşıdlarımzdan çox fərqlənirəm.Onlar mənim kimi deyillər.Deyib-gülən,əylənən,hər günü fərqli keçirənlər insanlardan olmaq istəyirəm.Heç kəs məni yaxına buraxmır.Çünki onlar fərqlidir eyni zamanda məndə..
Məndə sizlərə qoşulmaq,sizinlə birgə olmaq istəyirəm deyirəm içimdə...Ancaq nə fayda bunları ki,edə bilməyim qeyri-mümkündür.Mən oxumalıyam,mən atamın istədiyi kimi həkim olmalıyam yada...Atamın mənə son dəfə dediklərini hər dəfə yadıma düşdükcə dəli oluram...Mən universitetə daxil olmalıyam...Oxumalıyam,oxumalıyam,oxumalıyam!!!
Heç kəs məni anlamır.Hər kəs sadəcə bunun öhtəsindən məharətlə gələcəksən deyirlər mənə.Bəs mən?Sən bunu istəyirsənmi?Bu sualları mənə heçkəs vermir.İstəmirəm!İstəmirəm!İstəmirəm!Qorxumdan susuram ancaq öz-özümə danışmaqdan artıq bezmişəm.Məndə hər gün şən olmaq istəyirəm.


Bu son ilindir bundan sonra həyat sənindir qızım deyən atamın,anamın sözlərindən bezmişəm!Məndə evə geç gəlmək istəyirəm!Məndə dostlarımla xoş anlar keçirmək istəyirəm!
Məni sadəcə bu maraqlandırır.Görəsən ətrafımdakılar necə bu cür şən, həyat dolu ola bilirlər?Hər kəsin sevgilisi var,hərkəsin dostları var.Mənim isə sadəcə kitablarım var!Mənim isə sadəcə vərəqə çəkdiyim gözəl xəyallarım var...Mən əslində rəssam olmaq istəyirəm...Rəsim çəkməyi çox sevirəm cünki rəsim çəkərkən azadsan.İstədiyini çəkib,istədiyini xəyal etməkdə sərbəstən.Heç kəs sənin düşüncələrinə,heç kəs sənin xəyal dünyana təsir göstərə bilməz...Gözəl olan sadəcə xəyal dünyam var.Düşünəndə ki,o bir xəyaldır,düşünəndə ki,o qeyri-mümkün olandır dəli oluram..Dəli oluram..Bezirəm!
Mənim artıq 18 yaşım var.Mən yetəri qədər böyümüşəm.Ailəmin mənim üzərimdə bu qədər haqqa sahib olduqlarını hər dəfəsində dilə gətirmələri məni bezdirir...Yenə yazıram..yenə yazıram..Bunları onlara deyə biləcək cəsarətim belə yoxdur...Atamın son dəfə dediklərini xatırlayıram...Mənim başqa şansım yoxdur deyirəm və özümə yenədə təsəlli edirəm...Artıq dərs başlayır əziz günlüyüm..Mənim yeganə dostum,sirdaşım olan günlüyüm...Sənə bir gün xoş sözlər yazacağıma söz verirəm.Çünki o günün yaxınlaşdığını hiss edirəm...


Yenə hər kəs mənə baxır,yenə hər kəs mənə gülür...Bunlara son qoymağın vaxtıdır!Bizim sinifdə bir qız var.Ona qiptə edirəm.Onun hər şeyi var.Sevdiyi insan,onu olduğu kimi qəbul edən ailəsi və çoxlu dostları...Atam mənə hər zaman deyir ki,sənin hər şeyin var,heçnəyə möhtac deyilsən.Başqalarının istədiyi ancaq olmayan zəka var səndə...Ancaq bunlar hər şeydirmi?Bütün günü dərs oxumaq hər şeydirmi?Mən heçnəyə sahib deyiləm!
Axır ki,cəsarətimi toplayıb həmin qıza bu gecə nə edəcəksiniz deyə soruşdum?




Ətrafında olan hər kəs mənə gülməyə başladı.
Sən həqiqətəndə sualı mənə unvanladın?Mənsə cəld bəli sənə ünvanladım.Məndə sizlərdən biri olmaq istəyirəm dedim..
Bizdən biri olmaq?Bu o qədərdə asan deyil.Çünki aramıza qatılan biri çətin ki,bizdən üz döndərməyə cəhd etsin.Məncə aramıza qatılmaqda bu qədər tələsmə.
Mənə sadəcə bir şans ver dedim.Məndə sizlər kimi olduğumu sübüt edəcəm dedim.Sonda razılaşdı...razılaşmaz olsaydı kaş...
Artıq dərslərimi oxumurdum.Evdəkilərə yalan danışmağa başlamışdım...Gün getdikcə yalan danışmaq üzrə özümüm məharətli hesab edirdim.Gecələri evə çox gec gəlirdim.Aqressivləşmişdim hətta evdəkilərə cavab qaytarırdım.Evdəkilər bunu dəsr stressi ilə əlaqələndirirdilər amma bu əslində onun təssirindən irəli gəlirdi.Kaş onunla qarşılaşmasaydım...Sonra evdəkilər dərslərimi oxumadığımı öyrəndilər və həmin gün evdə böyük bir dava oldu...Kaş həmin gün evdən getməsəydim,kaş həmin gün evdəkilər məni saxlaya bilsəydi...O vaxt heçnə gec deyildi ancaq indi...Artıq hər şey gecdir....
Mən evdən getdim öz həyatımı yaşamağa başladım.Azadlıq hesab etdiyim cəhənnəm həyatını yaşamağa...Mən azad idimmi?Azad deyildim ki,kiməsə,nəyəsə bağlı idim.Həyatımın sonuna qədərdə ona bağlı olacaqdım...Mənim istədiyim bu deyildi.Hər şey gec idi ancaq dərk etdim ki,qazandıqlarım əslində itirdiklərim oldu.Artıq ətrafımda ki,insanların nə üçün bu qədər şən olduqlarının səbəbini anlamışdım.Kaş ki,tanış olmasaydım..Hər zaman hər kəsdən uzaqda sakit ,saf,təmiz bir qız olaraq qalsaydım...Amma olmadı,olmadı olmadı!!!Mən qazanmaq istəyirdim amma gün-gündən daha çoxunu itirdim.Ailəmdən,təhsilimdən üstün tutduğum əyləncəm,dostlarım mənim yanımda deyildilər...Yaxın dostlarımızdan biri ölmüşdü..Oda mənim kimi idi.Eyni həyat hekayəmiz var idi..Bu əslində mənə bir dərs olmalı idi amma mən güclü olduğumu düşünürdüm,iradəli olduğumu düşünürdüm...Mənə ilk başda xoşbəxtlik yaşatdığı üçün ona minnətdarlıq borcum var idi indi isə nifrət borcum var.Sən mənim həyatımı məhv etdin!Sən mənim həyatımı puç etdin!Sonra isə sakitləşib fikirləşirəm bunu seçən mən idim.Heç kəs məni zorlamamışdı...Artıq xəyallarımı rəsm çəkərək deyil beynimdə yaşayırdım.Əslində bu çox gözəl bir hiss idi...ancaq öz xəyallarım öz təssirini göstərməyə başladığı zaman hər şeyi qırırdım.Nəyəsə zərər verməklə sakitləşirdim.Qırılan,sınan mənim əşyalarım olsada əslində məhv etmək istədiyim mən idim mən...


Atamın dediyi o söz ağlım gəlir...Artıq əvvəl ki,kimi qorxmuram.."Universitetə daxil ola bilməsən özünü öldür,çünki sənə bu qədər əmək vermişik,bu qədər üstündə haqqımız var"
Ata sənin yanında deyiləm bəlkə ancaq mən öldükdən sonra bu yazılarımı oxuyub azda olsa mənə haqq verəcəyini düşünürəm...
Sizi çox sevirəm kaş ki,ölümdən bu qədər qorxmasaydım.Kaş ki,o sözü mənə deməsəydin...Mən yaşamaq istəyirdim sən isə həyatın sonu olacağını deyirdin...Sən məni güclü,iradəli biri kimi təsəvvür edirdin amma mən iradəli deyilmişəm,güclü deyilmişəm..Mən cəsarətsiz və qorxaq bir qız idim...
Mən ona aldandım,o isə mənim həyatımı məhv etdi.Mən özümüm öldürə biləcək qədər cəsarətli deyiləm ancaq narkotika mənə kömək olur.O mənə nə qədər ziyan verdisə bir o qədərdə sizin nə qədər dəyərli olduğunuzu,etdiyimin nə qədər səhv olduğunu göstərdi.Kaş ki,məni anlasaydınız..Sizi qınamıram əksinə kaş ki,həyatımı yenidən yaşa bilmək şansım olsaydı deyirəm...


Geri dön

_RONALDO_

  • 19 mart 2011 11:20
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
twk muellife ve xebere

--------------------

Ulya

  • 7 noyabr 2010 01:10
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol yaziya gore

Yusif

  • 6 noyabr 2010 19:23
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkkurlerrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 55
Cəmi: 82

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}