Son və Sonra

 
Son və Sonra

1.Son və bədbinlik

Son yoxdu. Sonra var.
Birdən sonra iki gəlir, ikidən sonra üç. Sonra … Sanamaqda davam edin, sonrası gələcək. Sonsuzadək.
Heç nə sonuna çatmır, hər şey sonrasına çatır.
Ölüm sonumuz deyil, sonramızdı.
Sonra – anların, ardların, mərhələlərin, məqamların kəsilməzliyidir, aramsızlığıdır. Son – gələcəkdə deyil, keçmişdədir, sonra – gələcəkdədir.
Keçmiş yoxdur, gələcək var. Ona görə daim keçmişlə yaşayan – ölüdür. Ölü – keçmişdə qalandır. Gələcəyə gəlib çıxa bilməyəndir. Bizdə ölüləri ilk dəfə Mirzə Cəlil görüb.
Sonranın sonrasında son yoxdur, sonra var, son, sonranın əvvəlindədir.
Hər şey sonundan sonrasına keçir, sonrasından sonuna keçmir.
Heraklit əslində “bir zamana iki dəfə girmək olmaz” deyirdi.
Zamanın sonu yoxdur, sonrası var.
Ancaq ölülər hər zamanda eyni olur.
“Sonumuz nə olacaq?” sorğusu bədbinləşdirir.
“Sonramız nə olacaq?” sorğusu nikbinləşdirir.
Bədbin insan hadisələrdə sonu görür, nikbin insan sonranı.
Qışın sonu olmur, sonrası olur: bahar.
“Nikbin sonluq” nə deməkdir? Sonluq varsa, son var, sonda nə nikbinlik?!
“Sonunu düşünəndən qəhrəman olmaz.”
Qəhrəmanlıq ona görə nadirdir.
Qəhrəmanların azlığı, sonunu düşünənlərin çoxluğundandır.
Son – nöqtədir, sonra – sual.
Nöqtəli düşünənlər ən yaxşı halda pessimizmə, ən pis halda isə intihara gedib çıxır.
Nöqtə sonlu cavabdır, insanı bir yerə mıxlayır.
Sual qarmaq kimidir, insana ilişib onu dartır, hərəkətə gətirir.
İnsanların bir hissəsi yerə mıxlanıb, bir hissəsi qarmağa ilişib dartınır.

2.Son və müəyyənlik

Dünyada yalnız “orada və onda (o zaman)” müəyyənliyi var. Olmuş olan müəyyəndir, olacaq olan qeyri-müəyyən.
Müəyyənlik – sondur. Müəyyən olanın həddi var, sərhəddi var.
Həddi, sərhəddi olan, sonu olan deməkdir.
Qeyri-müəyyənlik – sonradır. “Burada və indi” sondan sonraya, yəni müəyyənlikdən qeyri-müəyyənliyə keçiddir.
Müəyyənlik – sonluğu bilmədir, yaxud bilinənlikdir. (Müəyyənliyin qanun və qanunauyğunluq anlayışlarına dəxli yoxdur)
Müəyyən bilik – sonludur, bütövdür, tükənəndir, artmayandır, böyüməyəndir.
Bilik sonsuzdursa, natamamdırsa, artırsa, böyüyürsə, deməli, dəyişir, dəyişirsə deməli qeyri-müəyyəndir.
Sonlu, tam, bütöv, hədli, dəyişməyən biliyi olan, nə qədər bildiyini bilən – mənəvi infantildir.
Hərəkətsiz, bütöv, donmuş, müəyyən olunmuş biliklər – dini biliklərdir. Dini biliklərdə bir sualın iki və ya çox cavabı yoxdur.
Cavablar rahatlaşdırır, suallar narahatlaşdırır.
Dindar skeptikdən rahatdır, skeptik dindardan diridir.
Popper heç bir səhv imkanı olmayan, doğru çıxan nəzəriyyələri elmi bilik hesab etmirdi, onları din adlandırırdı.
Hər bir elmi bilik qeyri-müəyyənlikdən ani müəyyənliyə, oradan da yenidən qeyri-müəyyənliyə keçən bilikdir.
İnsan müəyyənliyə meylli varlıqdır, amma müəyyənlik arzusu üçün əvvəlcə qeyri –müəyyənlik və onun dərki olmalıdır. İnsan qeyri-müəyyənliyi kəşf edən və onu aradan qaldırmağa can atan yeganə canlıdır. Qeyri-müəyyənliyə tab gətirə bilmək insanın fizioloji və psixoloji gücü xaricindədir.
Qeyri – müəyyənlik qorxu yaradır, “bilik qorxudan yaranır”
Din, fəlsəfə, elm qeyri-müəyyənliyə münasibətdə yaranıb.
İnsanı gələcək keçmişdən daha çox maraqlandırır. Yəni, insanı dünyanın, insanın sonrası əvvəlindən daha çox, düşündürür; “öldükdən sonra harda olacam, nə olacam” sualı “doğulmamışdan əvvəl harda idm, nə idim?” “sualından daha aktual olub həmişə. Ona görə də magiya, kəhanət, falçılıq, – dünyanın və insanın yaranması və mənşəyi ilə əlaqədar olan kosmoqonik şüurdan əvvəl meydana gəlib. Dinin qocalmaması da dolayısıyla bu amillə bağlıdır, din ölümdən sonra insanın qarşısına çıxacaq qeyri – müəyyənliyi axirət dünyasıyla müəyyənləşdirir.
Son keçmişdədir, sonra gələcəkdədir.
Ona görə də müəyyən olan ancaq keçmişdir, ölmüş zamandır. Sonumuz arxada qalıb, hər birimizə öz keşmişimiz daha çox müəyyəndir. Keçmiş zaman yenidən yazıla və yozula bilər, amma yenidən düzələ bilməz.
Keçmiş birvariantlıdır, gələcək çoxvariantlıdır. Yaxud, son birvariantlıdır, sonra çoxvariantlıdır.

3.Son və mükəmməllik

İdealizmin ən böyük ziddiyyətlərindən biri sonu və sonranı eyni vaxtda qəbul etməsindədir.
İdeyalar aləmi, Allah, mütləq ruh həm sonsuzdur, yəni, sonrasızdır, həm də mükəmməldir. Mükəmməl olan sonsuz ola bilməz, mükəmməllik – sondur. Sonsuz, yəni, sonrası olan mükəmməl ola bilməz, sonrası olan qeyri-mükəmməldir.
Mükəmməllik həm də tamlıqdır, tamamlanmadır; tamlıq, yaxud tamamlanma da müəyyənlik kimi sərhədli və sonludur. Bir şey sonsuzdursa, yəni sonrası varsa, deməli, natamdır, hələ tamamlanmayıb. Tamlıq və tamamlanma bitmişlikdir, sondur, sonluluqdur, sonrasızlıqdır.
Parmenid varlığı dairə şəklində təsəvvür edirdi; dairə ən mükəmməl həndəsi fiqur sayıldığına görə. Dairə diz xətt kimi sonsuz deyil. Dairədə son və sonra birləşib. Ancaq dairədəki sonra, düz xətdəki hərəkətli sonra kimi deyil, donmuş sonradır. Parmenid ona görə də deyirdi ki, heç nə axmır, heç nə dəyişmir. Əgər heç nə axmırsa, dəyişmirsə, deməli, hər şey müəyyənləşib və mükəmməlləşib.
Parmenidin “varlığı” “yoxluq” idi əslində.
Heraklit hərəkət fəlsəfəsi yaratmışdı, Parmenid hərəkətsizlik.
Hərəkət varsa , sonra var.
Monoteist dinlərdə allah, aktivdir, yaradıcıdır, qadirdir, qüdrətlidir, daim fəaliyyətdədir, dünyanı idarə edir. Hər şey onun iradəsinə tabedir. Heç bir monoteist dünyagörüş əbədiliyi, yəni, ardlı (diaxronik) zamanı inkar etmir, əksinə ilahi olanın atributu kimi təqdim edir. Əbədilik zamansızlıq deyil, əbədi zamanlılıqdır. Yaradıcılıq, aktivlik, iradəlilik və idarəlilik, yəni istəyini reallaşdırmaq, istədiyini etmək – prosesdir, yəni zamanla, hərəkətlə mümkündür. Zaman varsa hərəkət var, hərəkət varsa dəyişmə var, dəyişmə varsa fərq var. Fərq varsa mükəmməlllik yoxdur. Dəyişməzlik – sondur. Mükəmməllik – sondur. Zaman dəyişməzliyə və mükəmməlliyə qarşıdır.
Monoteist dinlərdə bu dünyanın sonu var. Axirət bu dünyanın sonrası deyil, sonudur. Deməli, o dünyanın bu dünyaya dəxli yoxdur.
Dünyanın sonu yoxdur, dünyanın sonrası var.
Dünyanın dağılmış, uçulmuş, cansızlaşmış halı belə dünyanın sonrasıdır.
Yer hansısa soyumuş ulduzun sonrası olan kimi.
Son adamı qorxudur, sonra cəsarətləndirir.

Sonranızı düşünün…


Geri dön

Мой Мир

  • 27 mart 2012 20:09
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
Sonranın sonrasında son yoxdur, sonra var, son, sonranın əvvəlindədir.
Twk askim benim super ve anlamli...

--------------------
∞♥

ANGEL LOVE

  • 26 mart 2012 13:16
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler....................

--------------------

★Miss Love★

  • 26 mart 2012 11:33
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqlidir beуendim ellerine sagliq=)

elegantdresses

  • 26 mart 2012 05:37
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
2012 Chiffon Claret Straps Casul Knee Length Sexy Bridesmaid Dress [gxh0008] - $82.99 :

enigmatic_girl

  • 26 mart 2012 03:17
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir))))

--------------------

EnD of TiMe

  • 25 mart 2012 23:11
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler maraqli idi...

Deniz

  • 25 mart 2012 21:57
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Oooo so interesting, thanks for subject winked

Piwka

  • 25 mart 2012 21:57
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
Superdi cox beyendim love

--------------------
Sən Gedərken Düşünmədin Mən nələr çəkəcəm sənsiz ....

✰Dгeaм✰

  • 25 mart 2012 21:54
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox sagol xeber ucun.

nar_18

  • 25 mart 2012 21:54
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
cooox gozel idi teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

C.I

  • 25 mart 2012 21:50
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
coxxxxxxxxx beyendim super super superrrrrrrrrrrrrrrr love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}