Sevgi zərbəsi (13-cü hissə)

 
Sevgi zərbəsi (13-cü hissə)

Bu son cümlə Səmraya pis təsir etdi. Bir atanın övladı haqqında bunu deməsi necə də təsirli idi. Amma Səmra artıq onun burda olma səbəbini öyrənmişdi. Odur ki, bir an belə itirmədən psixiatrin yanına getdi. Bir necə dəqiqəlik söhbətdən sonra Səmra həkimdən onunla ünsiyyət qurmaq üçün icazə aldı. Birinci gündən ona yaxınlaşdı. Dərmanı eyni cür verib sonra yanından çəkilmədi.

-- Atanı incitmək, deyəsən, lap xoşuna gəlir? Məgər, yazıq deyil, o boyda kişi boynunu bükə-bükə həkimlərin ağzını güdür ki, bəlkə ümid olar. Sən iradəsizsən, bilirsən, mən də sənin kimi bir xəyanət yaşamışam. Amma bax, görürsən, həyatımı davam edirəm. Çünki həyat davam edir. Çünki yaşamağa dəyər... Kimlərəsə görə onu niyə yarım qoyum ki? Sən yenə də düşün. Düşün gör axırı nə olacaq bu susmağının.

Səmra uzun monoloqdan sonra onun yanından uzaqlaşdı. Amma hiss etdi ki, dediklərini anlayırdı, hətta bəzi anlarda ona elə gəldi ki, gözləri pəncərəyə deyil, sanki ona doğru baxırdı. Əlbəttə ki, onun sağalması üçün zaman lazım idi. Necə ki, Səmraya lazım olmuşdu. Birdən anladı ki, həmişə 45 saylı xəstə deyərək müraciət etsə sağalmağına ümid olmaz. Odur ki adını onun şəxsi qovluğu arasından oxudu. "Necə? Adı: Saleh??? " Səmra gözlərinə inana bilmirdi. Dərk etməyə çalışırdı. "Yəni Zərifənin sevdiyi Salehdir?" Bəlkə də bir təsadüfdür, amma yenə də dəqiqləşdirmək istəyirdi. Bir daha həkiminə gedib şəxsən Salehin ağzından Zərifə adı eşidib eşitmədiyini soruşdu. Bəli, Saleh elə Zərifənin sevdiyi Saleh imiş. "Təsadüfə bir bax. ... " Səmra heç cürə inana bilmirdi. Evdə anasına hər şeyi danışdı. Anası ona məsləhət verib dedi ki, "əlindən gələn varsa, et qızım. Əgər sən olanlarla barışmısansa, demək o da barışacaq." Zəng vurub Xədicəyə dedi. O da buna bənzər söz dedi. "Xatırlayırsan, demişdim ki, düşünmə ki yer üzündə bu acını çəkən tək sənsən, axı Saleh də eyni acını yaşayırdı. İnanıram ki sən ona öz vaxtı ilə yaşadığın hissləri danışsan, o da tək olmadığını anlayar. "

Hər zamankı kimi Xədicə sirrli məsləhətini verdi. Səmra qərar verdi ki, nə olur olsun Salehə kömək edəcək. Ona həyatı yenidən sevdirəcək... Bir necə həftə Səmra Salehin dərmanını verdikdən sonra dayanıb saatlarla danışırdı. Salehdən cavab gəlmirdi, amma Səmra hiss edirdi ki, hər gün daha çox fikrini Səmranın deyəcəklərinə yönəldir. Artıq bir ay keçmişdi. Səmra Salehi həyətə təmiz hava almağa aparmışdı. Saleh əslində invalid olmasa da, əlillər üçün arabada oturardı. Gəzintilərin birində Səmra ona əkilmiş qızılgüldən danışdı. Sevgini ona bənzətdiyini, tikanları isə sınan qəlb olduğunu dedi. Əslində demək istəyirdi ki, sınan tək sənin qəlbin deyil. Get-gedə Səmra danışmırdı əksinə, bir başa Salehə unvanlanmış suallar verirdi. Bu nə rəngdir? Bu hansı güldür? Bu yolla istəyirdi ki, Saleh sağa-sola baxsın. Onun işarə etdiyi hər şeyə nəzər yetirsin. Bir gün belə gəzintilərin birində Səmra yenə sual verdi. Bu uçan heyvanın adını de görüm?

"Kəpənək"

Bəli, Səmra yanılmamışdı. Saleh son 4 ay ərzində ilk dəfədir ki Səmranın hansısa sualına cavab vermişdi. Günlər keçdikcə onun sualları artar, cavablar da həmçinin. Əksər cavablar tam doğru olurdu. Bu da Səmranı daha da ruhlandırırdı.

6 ay sonra...

Səmra hər gün bağçada Salehlə havadan sudan danışardı. Daha Saleh istədiklərini dilə gətirirdi. Hər tərəfə baxır. Təbiəti yenidən sevməyə başlayırdı. Həkimlərlə zarafatlaşırdı. Bəzən Səmranı gülüş mərkəzinə çevirib bütün tibb bacıları arasında gülüşə səbəb yaradardı. Amma Səmra Zərifədən bir kəlmə də demirdi. Zaman keçdikcə işə daha çox həvəslə gedirdi. Bir gün Salehlə unsiyyət qurmasa, qəti özünə yer tapa bilmirdi. Hər gün Salehə yeni bir şey öyrətmək fikri ilə getsə də, geri dönüşdə özü ondan çox şey öyrənmiş olurdu. Nəhayət bir səhər işə gələndə Salehi ayaqüstə gördü. Yavaş-yavaş addım ataraq yeriyirdi. Bu yenilik Səmraya çox xoş gəldi. Axı necə aydır onun həyata bağlanması üçün əlindən gələni edirdi.

Günlərin bir günündə Salehin atası həkimin kabinetindən sevincək çıxdı. Gəlib Salehi bərk-bərk qucaqlayıb bağrına basandan sonra: "Artıq evə gedə bilərik" dedi. Səmra bu xəbərdən nə qədər sevinsə də, bir o qədər kədərləndi. Kədərinin səbəbini anlamırdı, amma onun həyata yenidən bağlanmağına və bunda öz zəhməti olduğunu bildiyi üçün sevinirdi. Salehi axrıncı dəfə elə onunla tanış olduğu pəncərədən gördü. Digər işçilər kimi onunla vidalaşa bilmədi. Amma Saleh gözləri ilə Səmranı gəzirdi. Maşına minənə kimi dəfələrlə arxaya çönüb onu axtarırdı. Amma Səmra bu vidanı istəmirdi. Bilmirdi niyə, amma bilirdi ki, ona "Əlvida" deyə bilməyəcəkdi...

Ardı var(Yalnız 2 hissə)


Müəllif: XƏYALƏ MURAD


Geri dön

enigmatic_girl

  • 27 mart 2012 02:55
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
bunu ozun yazirsan??? hardan oldugu mene de maraqlidir)))

--------------------

Priya

  • 26 mart 2012 19:07
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Bir də xahiş edirəm, bu yazı kimindi.Onu qeyd edərdiniz.

--------------------




... Deryam ...

  • 26 mart 2012 19:04
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Men maraqla bu hekayenin sonunu gozleyirem..her defe burdan oxuyub telefonla refiqeme yaziram, o da meni telesdirir smile .. ama sonu tez olsaydi bilerdik smile

--------------------

Priya

  • 26 mart 2012 19:03
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Təşəkkür.Ardını gözləyirəəəm winked

Məncə Səmra sevir...

--------------------




Aysel_

  • 26 mart 2012 18:41
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler super idi ardini sebirsizlikle gozleyiirem tez yazin

✰Dгeaм✰

  • 26 mart 2012 18:30
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqlidi.Ardi tez gelsin.

ANGEL LOVE

  • 26 mart 2012 18:26
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
maraqlidir...................

--------------------

★Miss Love★

  • 26 mart 2012 18:15
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqlidir ardi тez gelsin

EnD of TiMe

  • 26 mart 2012 17:07
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Bu hisselerde yaman coxuymus aa wink ..Tesekkurler maraqliydi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}