Qəflət

 
Qəflət

Qəflət.

Sual: Qəflət nədir, qəfləti aradan qaldıran fərqli zikirlər varmı?

Cavab: Qəflət dalğınlıq, diqqətsizlik, insanın ətrafında baş verənlərdən xəbərsiz olması, əşyanın mahiyyətini bilməməsi, görməməsi, hiss etməməsi kimi mənalara gəlir. Başqa bir ifadə ilə qəflət insanın tutduğu yolun ədəb-ərkanını tam olaraq bilməməsi, aqibətindən bixəbər və əndişəsiz yaşaması deməkdir.

Qəfləti aradan qaldıran bir çox iksir var. Məsələn, tədəbbür, təzəkkür, təfəkkür və təəmmül qəfləti aradan qaldıran mühüm vəsilələrdəndir. Hz. Pirin əsərlərinə baxsaq, qəfləti aradan qaldıran dinamizmlərlə dolu olduğunu görərik. Bəli, hansı əsərinə baxırsınız-baxın, sizi aparıb təfəkkür aləmində gəzdirəcək. Hər sətri bəsar və bəsirət üfüqünüzü açacaq və siz gördüyünüz hər şeyi doğru görüb doğru dəyərləndirəcəksiniz. İhsas və ihtisasınız (ruhi və cismani hisləriniz) qəlbinizin dərinliklərinə nüfuz edəcək, yatmış duyğularınız təkrar oyanacaq və vicdan mexanizminiz birdən hərəkətə gələcək.

Qəlbən və səmimi ibadətlər də qəfləti aradan qaldıran mühüm vəsilələrdir. Məsələn, səmimi qəlbdən oxunan azan qəfləti qovub nəzərlərinizi səmaya çevirir və sizi namaza hazırlayır. Məscidə doğru addımlarkən qəlbiniz ibadət həyəcanı ilə çırpınır. Bəzən şadırvanda alınan dəstəmaz, bəzən dinlədiyiniz içdən bir iqamə, bəzən səmimi qəlbdən oxunan bir təkbir, bəzən də namaz qıldıran imamın könül səsi ilə oxuduğu “Fatihə” sizi həyəcana qərq edir və fərqli dünyalara çəkib aparır. Sizi elə bir əhval-ruhiyyəyə bürüyür ki, özünüzü başqa bir aləmdə sanarsınız. Nəticə etibarilə, bütün bunlar insanın gözündən, könülündən qəflət pərdəsini müəyyən qədər götürür və onu özü ilə üz-üzə gətirir.

Yatan duyğular və həyəcanın ötürülməsi

Qəfləti aradan qaldıran ən mühüm vəsilələrdən biri də zikrullahdır (Allahı zikir etməkdir). Sufilər daha çox xətmi-hacəgan[1] düzəldib zikr halqaları təşkil edir, Allahın (cəllə cəlaluhu) isim və ünvanlarını bir-bir və ya bir neçəsini bir yerdə oxuyaraq Allahı zikir edirlər. Hər bir təriqin özünəxas üsul və metodları var. Bu üsul və metodlar hər insana fərqli şəklidə təsir edir. Məsələn, kimiləri çiyin-çiyinə, əl-ələ verərək bir halqa təşkil edir. Sərzakir də gəlib aralarına girir və zikir başlayır. Buna bənzər zikir halqaları təşkil etməklə yanaşı, xafiliyə üstünlük verənlər də var. Bu mərasimlərdə bir tərəfdən dil "Lə iləhə illəllah", "Subhanallah", "Əlhamdulillah", "Allahu əkbər" çəkir, digər tərəfdən birləşən əllərlə həyəcanı bir-birinə ötürürlər. Tez-tez namazla bağlı dilə gətirdiyimiz bir məsələni təkrar xatırlamaqda fayda var: Əgər imam namazda Quran oxuyanda bütün dünyanı gözündən silib Allaha yönəlir və özünü mənən eşqu-həyəcan çağlayanına atırsa, bu həyəcan arxada dayanan insanlara da sirayət edir. Eyni şəkildə cərgədə qəlbi Allahla irtibata keçən bir insandan yüksələn hıçqırıq birdən-birə cərgələrə yayılıb hər kəsi cuşa gətirir. Belə həyəcanlı bir insanın ağlaması bir mənada "Oyanın, ağılınızı başınıza alın və qurtulun bu qəflətdən!" deməkdir.

Dolayısilə əsas məsələ zikrin keyfiyyəti və dərinliyidir. Bəli, Allah içdən və səmimi zikr edilirsə, bu, digər insanlara da sirayətsiz ötüşməz. Oradakı insanları bu üç ölçülü dünyadan çıxarıb başqa bir aləmə aparar. Onlar fərqinə varmadan Cənnət küçələrində, Firdövs yamaclarında gəzər, Cümə təpələrində Cənabi-Allahı müşahidə edər və sanki "Mən sizdən razıyam" sözü ilə ifadə edilən rizvanı-əkbərə məzhər olduqlarını hiss edərlər. Bütün bunlar qəflət pərdəsini parça-parça edərək hadisələrin əsl mahiyyətini göstərər və insanı özünüdərkə hazırlayar.

Şübhəsiz ki, zikir təkcə bəzi sözləri dillə təkrar etmək deyil, eyni zamanda bəzi şeyləri anaraq, xatırlayaraq təfəkkür etməkdir. Məsələn, Musab ibn Umeyr və Sad ibn Muaz kimi səhabələri və onların Haqq yolunda qəhrəmanlıqlarını xatırlamaq da bir zikirdir. Bu xatırlama qəflət sisini dağıdacaq, insanın təkrar özünü kəşf etməsinə, varlığını doğru oxuyub doğru anlamasına və beləcə Cənabi-Allahın mərifətinə yönəlməsinə vəsilə olacaqdır. Bəli, insanın öz varlığını doğru oxuması, mövqeyini düzgün müəyyənləşdirməsi, özünü hesaba çəkməsi və nöqsanlarını görməsi kimi qəlbində etdiyi bütün təfəkkür, tədəbbür və təzəkkürləri zikir kateqorisinə daxil etmək olar.

Təzkir və ya Söhbəti-Canan

Bir örnək gətirim. Nəbiyyi-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Əbu Zərr Həzrətlərinə xitabən belə buyurur:

"Gəminə bir daha əl gəzdir, çünki dəniz çox dərindir. Azuqəni tam götür, şübhəsiz, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki yoxuş çox dikdir. Əməlində ixlaslı ol, çünki görən və dəyərləndirən Rəbbin hər şeydən xəbərdardır."Allah-taala hər şeyi görüb hər şeyə şahid olduğuna görə, gərək insan bütün işlərini Allah üçün görsün.

Bəli, madam ki, hər şeyi Cənabi-Allah görür və axirətdə hesaba çəkəcək, belə mühüm məsələdə qəflətə düşməmək lazımdır. İnsan heç vaxt unutmmalıdır ki, hər kəs ölümü dadacaq. Heç kimi burada saxlamaq mümkün deyil. İnsanı ana bətnindən, uşaqlıqdan, gənclikdən, yetkinlikdən, yaşlılıqdan, qəbirdən, bərzəxdən, sirattan keçən və nəhayət, Cənnətlə, − Allah nəsib eləsin − və ya Cəhənnəmlə − Allah qorusun − sona yetən uzun bir yol gözləyir. Bu qədər uzun və çətin yolun yolçusu necə qəflətə düşür, anlamaq olmur.

Bu məsələ ilə bağlı Qurani-Kərim Rəsuli-Əkrəm Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) belə buyurur:

"Həbibim! Sən təkrar-təkrar xatırlat! Çünki zikir və xatırlatma möminlərə faydalıdır" (“Zariyət” surəsi, 51/55). Ayədə keçən “zikir” sözü ilə təkcə dillə edilən zikir nəzərdə tutulmur. Yəni "Lə iləhə illəllah"ı təkrar etməkdən çox, bu həqiqəti möminlərə müxtəlif üslub və formada, təsrif yolu ilə xatırlatmağı əmr edərək, bunun möminlərə faydalı olduğunu bildirir. Demək ki, tez-tez xatırlatmağa ehtiyacımız var. Mövzunu Söhbəti-Cananla əlaqələndirib belə bir nəticə də çıxara bilərsiniz: biz müəyyən həqiqətləri bir-birimizə xatırlatmaqda məsuliyyət daşıyırıq və bu məsuliyyətin – vəzifənin yerinə yetirilməsi önəmli nəticələr doğuracaq. Bəli, laübalılıqdan, faydasız işlərdən və aktual mövzulardan çəkindirmə baxımından bu cür xatırlatma çox faydalı və mühümdür. Çünki nəfsin həzz aldığı aktual mövzular, faydasız məsələlər girdaba bənzəyir. Əgər başınızı onlarla məşğul etsəniz, sizi sizdən alıb aparar. Siz özünüzdən uzaqlaşsanız:

"Onlar Allahı unutdular, Allah da onlara özlərini unutdurdu" (“Həşr” surəsi, 59/19) ayəsinin təhdidinə məruz qalarsınız. Bu ayə bir mənada insanlara deyir ki, nəfsiniz sizin rəsədxananız, tamaşa yeriniz, müşahidə mərkəzinizdi. Ondan bir durbin, bir teleskop kimi istifadə edərək Cənabi-Allahın misilsiz sənət əsərlərini, əsmaya (isimlərinə) aid aynaları və Onun təcəllilərinə aid məzahiri[2] seyr edəcəkdilər. Lakin onlar qəflətə daldılar və Allahı unutdular. Allah da onlara özlərini unutdurdu və onları öz dayazzlığına, düşüncə, məntiq, cismin və bədənin darlığına məhkum etdi.

Bu səbəblə möminlər təzkiri (xatırlatma, nəsihət etmə) bir vəzifə bilərək daim bir-birinə xatırlatmalıdırlar. وَذَكِّرْ ayəsindən sonra, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (“Zariyət” surəsi, 51/56) ayəsinin gəldiyini nəzərə alsaq, xatırlanası ən vacib məsələnin nə olduğunu da anlayarıq. Yəni hər şeyin üzünü qulluq və mərifətə sarı çevirməliyik. Hər insanın önündə onun qabiliyyət və istedadına uyğun arifi-billah (Allah bilgisi) yolu açılmalı, səviyyəyə görə hər kəsə əşya və hadisələrə fərqli baxması, onları fərqli görməsi və onlar haqda fərqli düşünməsi təmin edilməlidir. Daha doğrusu, hər insana öz darlığını bir kənara qoyub Onun gördürməsi ilə görmə, Onun eşitdirməsi ilə eşitmə, Onun tutdurması ilə tutma və Onun hiss etdirməsi ilə hiss etmə üfüqünü göstərmək lazımdır.

Qəflət


Geri dön

Prank girl

  • 26 mart 2012 13:25
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
Allah razi olsun twkler.....................

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ANGEL LOVE

  • 26 mart 2012 12:45
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
Allah razi olsun...............

--------------------

✰Dгeaм✰

  • 26 mart 2012 12:44
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

EnD of TiMe

  • 26 mart 2012 12:34
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Tesekkurler.......

★Azerbaijan girl★

  • 26 mart 2012 12:25
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah razi olsun twkler.....................

enigmatic_girl

  • 26 mart 2012 11:35
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
tesekkurler...

--------------------

★Miss Love★

  • 26 mart 2012 11:22
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
maraqlidir xebere gore тewekkurler=)

C.I

  • 26 mart 2012 10:56
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
coxxxxxxxxxxx beyendim super xeberdi Allah razi olsun.....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 864
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}