Sevgi zərbəsi (14 - cü hissə)

 
Sevgi zərbəsi (14 - cü hissə)

6 ay sonra...

Səmra hər gün işinə gedir, hər bir xəstəyə xüsusi qayğı göstərirdi. Onun bu mərhəməti bütün xəstəxanadakı həkimləri tibb bacılarını valeh edirdi. Səmra isə 6 ay keçməsinə baxmayaraq hər boş olanda Salehin baxdığı pəncərədən yola tamaşa edirdi. Beynində onu düşünürdü. "Görəsən indi necədi? hardadır? nə işlə məşğuldur?" bu suallara cavab tapa bilməzdi, amma yenə də yaxşı olduğunu öz-özünə təkrar edərdi. Nə hisslər keçirdiyini anlamırdı. Dəfələrlə başqa xəstəyə "Saleh"deyirdi. Nə başverdiyini dərk edə bilmirdi. Tibb bacıları onun Salehə vurulduğunu aralarında şaiə etmişdilər. Onun qəlbində baş verənlər hər kəsə məlum idi, bircə özündən başqa. Bir necə dəfə zarafat naminə Səmraya "muştuluğumu ver Saleh gəldi ", deyib onun edəcəklərini gülüşlər içində izləyirdilər. Səmranın əlləri ayağına dolaşır, gah saçını, gah üstünü təmizləyirdi. Halbuki zarafat olduğunu anlayanda necə də kədərlənirdi. "Yəni Saleh daha xatırlamır məni..."

Amma qəlbində inam var idi. Hiss edirdi ki, Salehi yenidən görəcək və kişi qızı kimi Zərifənin onun sevdiyi oğlanla evləndiyini deyəcək. Amma əfsuslar olsun ki, hər gün buna inamı get gedə azalırdı.

Bir gün Səmra dayanacaqlardan birində dayanıb hər gün evə qayıtdığı marşrutu gözləməyə başladı. Qəfldən yanında bir maşın dayandı. Səmra ürəyində: "Tərbiyəsizə bax, yer tapmır maşını saxlamağa." deyib üzünü sola çevirdi. Maşının qapısı çırpılanda Səmra dönüb baxdı.

Gözlərinə inana bilmirdi. Saleh burdur, aylar sonra qarşısında dayanıb. Sağlam, gümrah yanağında təbəssümlə, əlində də bir dəstə güllə.

--- Salam Səmra xanım. necəsiz?

Həyəcandan dili tutulsa da, başı ilə yaxşı olduğunu bildirdi. Amma qəlbi bir an yerində dayanmırdı. Bu nə hisslər idi axı? Anlaya bilmirdi özünü. Əlləri titrəyirdi, dili söz tutmurdu. Axı bu nə deməkdir? Saleh niyə geri qayıdıb mənə " Çox Sağol" demək üçün? bu an fikirlərindən qəfl ayıldı, axı Saleh ona müraciət edirdi:

---Səmra xanım yaxşısız? İndi bilirəm, nə düşünürsüz. Deyirsiz, buna bax 6 ay boyunca çox sağol deməyi unudub, indi yadına düşüb? Amma bilin ki, mən sizə başqa söz deməyə gəlmişəm. Bilirsiz, Səmra xanım, sizin hər kəlməniz mənim qulağımda cingildəyir. Gecələri, səhərləri sizin həyat sevginizlə keçirdirəm. Mənə yaşamağa güc vermisiz. Səbəb vermisiz. İnam vermisiz. Sizə təşəkkür etsəm də, azdır. Amma istərdim ki, sizi tez-tez görüm. Ünsiyyətinizə həsrət qoymayın məni, çox xahiş edirəm. Səmranın dili yenə söz tutmurdu, amma yenə də başı ilə razılıq bildirdi.

Bir necə müddət görüşdülər. Səmra Salehə həyata olan sevgidən danışdıqca Saleh ona daha çox bağlanırdı. Səmra da hər görüşdən sonra sanki qanad açıb uçurdu. Anası hiss edirdi ki qızı Salehə aşiq olub. Həm də bilirdi ki, Saleh də ona aşiqdir. Bəs bu necə eşq idi? İllər əvvəl başqası üçün döyünən ürəklər necə oldu birdən-birə fikrindən döndü.


Müəllif: XƏYALƏ MURAD


Geri dön

... Deryam ...

  • 27 mart 2012 17:09
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
başqası üçün döyünən ürəklər _ feel

--------------------

Yağmur_

  • 27 mart 2012 09:29
  • Məqalə: 2
  • Şərh: 138
  • Bal:
{awards}
Maraqlidir tesekkurler

enigmatic_girl

  • 27 mart 2012 03:09
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
1 hisse qaldi))) yesss)))

--------------------

★Miss Love★

  • 26 mart 2012 21:34
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
maraqlidir oxudum ardi gelsin))

✰Dгeaм✰

  • 26 mart 2012 20:56
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Tesekkurler.Ardini gozleyirem.

Aysel_

  • 26 mart 2012 20:06
  • Məqalə: 15
  • Şərh: 1612
  • Bal:
{awards}
Tesekkurler cox maraqlidi

EnD of TiMe

  • 26 mart 2012 20:02
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
maraqli idi..tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 37

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}