Halala haram, harama halal deməyin nə faydası var?

 
Halala haram, harama halal deməyin nə faydası var?

Sağlamlıq haqqında söhbətimizi başa çatdırarkən bunda çox böyük əhəmiyyəti olan halal və haramlardan qısaca bəhs etmək istərdik. Çünki cəmiyyətdə halal-haram məsələsinin çox da yaxşı dərk edildiyini demək hələ tezdir. Bu məslədə nəhəng şairimiz Sabir demişkən, “Qarışıqdır hələlik millətin istedadı…”
Sözü uzatmayaq, məsələyə keçək. Haram, lüğətdə qadağan etmək, məhrum etmək mənalarını verir. “Haram” deyəndə ağlımıza ən əvvəl ət və ət məhsullarının İslami qaydalara uyğun olaraq kəsilib istehsal edilib-edilməməsi gəlir, amma mənəviyyatımızda bu daha geniş məna kəsb edərək İslam dininin, başqa sözlə, Allahın (C.C.) bizə qadağan etdiyi şeylərdir.

Halal-haram məsələsində ən təhlükəli şey isə, zənnimzcə, halal-haramı öz nəfsimizə görə izah və şərh etmək cəhdidir və çox təəssüf ki, hələ də bu sahədə çox kəm-kəsirimiz var. Halbuki bütün bu cəhdlər nəfsin müdafiəsindən başqa bir şey deyildir. Müqəddəs kitabımız halal və haram arasında kəskin sədd çəkmiş, nəyin halal, nələrin haram olmasını açıq-aydın göstərmişdir. Bununla da kifayətlənməmiş, halal və haramı müəyyən etmək yollarını göstərmiş, harama görə cəzaları da qeyd etmişdir. Məsələn:

"… O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!.." (“Bəqərə,”, 2/172-174)

"Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!" (“Bəqərə,”2/188)

"…Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir…" (“Bəqərə,”2/275)

“…dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır…” (“əl-Maidə,” 5/3)

Sosialist dövründən qalan, spirtli içkilərin güya hamiya qadağan edilmədiyi, yalnız içki içməyi bacarmayan adamlara haram buyurulduğu haqlda məlum rəvayətlər vardır. Halbuki Kitabımız bu barədə açıq hökm verir:

“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (“əl-Maidə,” 5/90-91)

Haram və halal haqqında bu qədər qısa məlumatdan sonra yekun olaraq bunu demək istəyirik: haram-halal sərhəddinin yalnız Allah tərəfindən müəyyən edildiyi (“Nəhl,” 16/118), heç kəsin bu barədə hökm vermək hüququnun olmaması qeyd edilir. Halal və haramı ağıl gücü ilə, öz istəyi və anlayışı ilə izah etmək insanı küfrə salmağa kifayətdir. İslamın haram elan etdiyi bir şeyi halal saymaq böyük bir xətadır, Allahın hökmlərini əleyhinə çıxmaqdır ki. Bunun da nəticəsi çox qorxunc və dəhşətlidir.

Bir də tərsini düşünək: Allahın halal dediyi şeyləri insanlara haram saymaq da vardır və bu daha böyük xətadır.

Halala haram, harama halal demək kimə nə fayda verər?


Geri dön

DEMET_AKALIN

  • 26 mart 2012 23:27
  • Məqalə: 0
  • Şərh: 618
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

✰Dгeaм✰

  • 26 mart 2012 19:00
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

Allah razi olsun.

★Miss Love★

  • 26 mart 2012 18:43
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
maraqli xeber idi oxudum тewekkur edirem...

Priya

  • 26 mart 2012 18:21
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Allah razı olsun.Təşəkkür

--------------------




EnD of TiMe

  • 26 mart 2012 17:13
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Gozel xebere gore tesekkurler......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 19
Cəmi: 45

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}