Allah (c.c)-u kimləri sevməz?

 
Allah (c.c)-u kimləri sevməz?

Allah (c.c)-u kimləri sevməz?

Allah (c.c)-u yer üzündə fitnə-fəsad törədənləri, pozğunluq yayanları sevməz:


“(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!” (əl-Bəqərə, 205).

Allah (c.c)-u israf edənləri sevməz:

“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 31).

Allah (c.c)-u günahkarları və kafirləri sevməz:

“Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”” (Ali-İmran, 32).

Allah (c.c)-u zülm edənləri sevməz:

“İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!” (Ali-İmran, 57).
“Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!” (əş-Şura, 40).

Allah (c.c)-u həddi aşanları sevməz:

“(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” (əl-Bəqərə, 190).
“Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (əl-Əraf, 55).

Allah (c.c)-u xainlik edənləri sevməz:

“(Bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!” (ən-Nisa, 107)
“Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə elan et. Çünki Allah xainləri sevməz!” (əl-Ənfal, 58).

Allah (c.c)-u dünya malı ilə qürrələnən insanları sevməz:


“Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!” (əl-Qəsəs, 76).

Allah (c.c)-u özünü bəyənən təkəbbürlü insanları sevməz:

“Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!” (əl-Hədid, 23).

“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman, 18).
“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (ən-Nisa, 36).

Allah (c.c)-u ucadan pis söz söyləyənləri sevməz:


“Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!” (ən-Nisa, 148).

Allah (c.c)-u kimləri sevməz?


Geri dön

EnD of TiMe

  • 28 mart 2012 14:20
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
tesekkurler......

✰Dгeaм✰

  • 27 mart 2012 13:54
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

C.I

  • 27 mart 2012 13:46
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
coxxxxxxxxx beyendim twk Allah razi olsun.............

--------------------

Priya

  • 27 mart 2012 12:15
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Çox təşəkkür.Allah köməyiniz olsun.

--------------------




ANGEL LOVE

  • 27 mart 2012 12:01
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun............

--------------------

ANGEL LOVE

  • 27 mart 2012 12:00
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun......................

--------------------

J ♥ S

  • 27 mart 2012 12:00
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!” (əl-Hədid, 23).
tewekkurler....

--------------------
J & S ∞♥....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}