Yalan danışmaqdan çəkinin!

 
Yalan danışmaqdan çəkinin!

Yalan danışmaqdan çəkinin!

Uca Allah Qurani-Kərimdə "Yalan sözlərdən də çəkinin» (əl-Həcc surəsi, 30) - deyə buyurur. Demək ki, Uca Allah sevmədiyi və qəti şəkildə rədd etdiyi bu əməli tərk etməyi müsəlman olan hər kəsə fərz qılmışdır.Yalan – islah edilməsi çox çətin olan, həmçinin, dövrümüzdə çox rastlaşdığımız günahlardandır. Deyilən fikrin, sözün, işarənin nə zaman həqiqət sərhəddini tərk edərək yalan sayılmasını imam Nəvəvinin (Allah ondan razı olsun) izahında görmək mümkündür. Belə ki, İmam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: "Əhli-sünnənin məzhəbinə görə, yalan, bir şeyin əksini qəsdən və ya bilmədən xəbər verməkdir. İnsan bunu bilmədən etdiyinə görə günah qazanmasa da, bilərəkdən etdiyinə görə günah qazanır” («əl-Əzkər» kitabı, 326.)

Qiymətdən salmışdır sözü yalanlar,

Doğrunu danışan möhtəşəm olar.

Sərv də qaldırmış düzlüк bayrağı,

Onunçün həmişə göydür yarpağı. (Nizami Gəncəvi)

Yalan danışmağın hökmü

Quran və Sünnədə yalanın haram olması barədə dəlillər çoxdur. Yalan danışmaq günah olmaqla yanaşı, həm də münafiqlərin əlamətlərindəndir.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: "Münafiqin əlaməti üçdür; danışdıqda yalan deyər, vəd verdikdə ona əməl etməz, əmanətə xəyanət edər”. (Səhih əl-Buxari, 33, 2682, 6095, Səhih Muslim, 220)

Həmçinin Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: «Münafiqlik yalan üzərində qurulmuşdur».

Bəzi insanlar da vardır ki, ətrafındakıları güldürmək məqsədilə yalan uydurub danışarlar. Belə insanların aqibətinin heç də yaxşı olmayacağı barədə Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurur: «Vay olsun insanları güldürmək üçün yalan danışanların halına, vay olsun, vay olsun!».( Sunənu Əbu Davud, 4992, Sünən əd-Dərimi, 2758.)

Yalan danışan kəs bilməlidir ki, bu əməlinə görə bir gün Allah qarşısında cavab verəcəkdir. Düzgünlük öz sahibini Cənnətə apardığı kimi, yalan danışmaq da sahibini Cəhənnəmə aparır. Aşağıda zikr edəcəyimiz hədis yalançıların öz cəzalarına necə çatmasını göstərməklə yanaşı, özlüyündə digər faydalar və ibrətlərlə də zəngindir. Məhz buna görə də , hədisi tam olaraq nəzərinizə çatdırırıq.

Səmura ibn Cundub (Allah ondan razı olsun) rəvayət edir ki, "Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox vaxt sübh namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: "Sizlərdən kim bu gecə yuxu görüb?” - deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: "Allahın istədiyi oldu!”-deyərdi. Bir gün yenə soruşdu: "Sizlərdən bu gecə yuxu görən olubmu?” Biz: "Xeyr!”-deyə cavab verdik. Dedi: "Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa apardılar. Orada gördüm ki, bir nəfər yerdə oturub, başqa birisi də əlində dəmir qarmaq onun başı üstündə dayanıb. O, əlindəki qarmağı oturan adamın dodağının bir qırağından ilişdirib üzü yuxarı dartaraq orduna onun ağzını kəlləsinə qədər cırır, sonra da bu qayda ilə qarmağı dodağının digər tərəfinə ilişdırıb ağzının o biri tərəfini cırırdı. Bu məqamda ağzının əvvəl cırılan tərəfi sağalaraq əvvəlki vəziyyətinə qayıdır və o, təzədən həmin işi təkrarlayaraq əvvəl bu, sonra da o biri tərəfi cırırdı. Mən: "Bu nədir?”-deyə soruşdum. O iki nəfər (mənə): "Get!”-dedi və biz yolumuza davam etdik. Daha sonra, arxası üstə yerə uzanmış bir nəfərin yanına gəldik. Onun başı üstündə başqa birisi dayanmışdı, əlində də böyük bir daş var idi. O, bu daşı uzanmış adamın başına çırparaq əzirdi. Daşı hər dəfə onun başına vurduqda daş yumalanıb gedirdi. Həmin adam gedib daşı götürüb uzanan adamın yanına qayıdanadək onun başı bitişərək əvvəlki halına qayıdırdı. Adam gəlib yenə daşı onun başına vuraraq bu vəziyyəti davam etdirərdi.. Mən: "Bu kimdir?”-deyə soruşdum. (Mənə): "Get!”-dedilər. Biz yolumuza davam etdik. Nəhayət, gəlib təndirə bənzər, boğazı dar, altı geniş bir oyuğa çatdıq. Bu oyuğun altında ocaq alovlanırdı. Orada çılpaq kişi və qadınlar var idi. Alov hər dəfə onları bürüdükdə onlar da yuxarı qalxmağa çalışırdılar, hətta, az qalırdı ki, oradan bayıra çıxsınlar, lakin alov səngidikdə isə, geri çəkilirdilər. Mən: "Bunlar kimdir?”- deyə soruşdum. Mənə: "Get!”- dedilər. Biz yolumuza davam etdik. Nəhayət, gəlib suyu qandan olan bir çaya çatdıq. Çayın ortasında bir nəfər durmuşdu. Sahilində isə, başqa birisi dayanmışdı, qarşısında da çoxlu daşlar var idi. Çayın içindəki adam sahilə çıxmaq istədikdə sahildəki adam daşla onun ağzından vurur və o öz yerinə qayıdırdı. Beləcə, o hər dəfə sahilə çıxmaq istədikdə sahildəki adam daşla onun ağzından vurur və o çaydan çıxa bilməyərək geri qayıdırdı. Mən: "Bu nədir?”- deyə soruşdum. Mənə "Get!”- dedilər. Biz yenə yolumuza davam etdik. Nəhayət, yaşıl bir bağa çatdıq. Bağda böyük bir ağac var idi. Ağacın dibində ixtiyar bir qoca və bir dəstə uşaq var idi. Bir nəfər də ağacın yanında oturub qarşısındakı ocağı alovlandırırdı. Sonra məni bayaqkı yoldaşlarım həmin ağaca qaldırdılar və elə bir evə daxil etdilər ki, indiyədək bundan gözəlini görməmişdim. Orada qocalar, cavanlar, qadınlar və uşaqlar var idi. Sonra məni oradan çıxardıb bir az da yuxarı qaldırdılar və əvvəlkindən daha gözəl və daha yaxşı bir evə daxil etdilər. Orada qocalar və cavanlar var idi. Mən o iki nəfərə dedim: "Bu gecə siz məni çox gəzdirdiniz. İndi isə, mənə gördüklərim barədə xəbər verin.” Onlar dedilər: "Bəli! Ağzı cırılan adama gəlincə, o, bir yalançıdır. Dünyada ikən o, yalan danışardı və onun bu yalanı hər tərəfə yayılardı. Cəza olaraq Qiyamət gününədək onun ağzı beləcə cırılacaq. Başı əzilən adam isə o kimsədir ki, Allah ona Quranı öyrətmiş, lakin o gecələr yatmış, gündüzlər isə onun içində yazılanlara əməl etməmişdir. Odur ki, Qiyamət gününədək onun başı beləcə əziləcək. Dəlikdə gördüyün adamlar zinakarlardır. Onlar dünyada ikən zina etdiklərinə görə Qiyamətədək bu təndirdə yanacaqlar. Çayın içində gördüklərin isə sələm yeyənlərdir. Ağacın dibindəki ixtiyar qoca İbrahim (Allahın ona salamı olsun), ətrafındakı uşaqlar isə, insanların övladlarıdır.. Odu alovlandıran Cəhənnəmin gözətçisi – Malikdir. Daxil olduğun birinci ev bütün möminlərin evi, bu gördüyün ev isə, şəhidlərin evidir. Mən Cəbrayılam, bu da Mikayıldır. Qaldır başını”. Mən yuxarı baxıb başım üzərində buluda bənzər bir şey gördüm. Onlar: "Bu sənin mənzilindir”- dedilər. Mən dedim: "İcazə verin mən öz mənzilimə daxil olum!” Onlar dedilər: "Sənin hələ tamamlamadığın ömrün qalıb. Əgər ömrünü tamamlamış olsaydın, mənzilinə girərdin”.( Səhih əl-Buxari, 1386)

Hədisdən aydın görünür ki, heç bir günah cəzasız qalmayacaqdır. Bəs görəsən hər bir oxucu bu hədisdən sonra danışdığı hər hansı bir yalanı xatırlayıb özlüyündə az da olsa qorxu hissi keçirə bildimi?

Var doğru yazmağa, madam кi, imкan,

Neçin gəlsin gərəк ortaya yalan?! (Nizami Gəncəvi)

Yalan danışmaqdan çəkinin!


Geri dön

EnD of TiMe

  • 28 mart 2012 14:50
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
Deyerli xebere gore tesekkurler....

★Miss Love★

  • 27 mart 2012 18:31
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
menim wexsen bir уalanim уadima duwdu ve cox pis oldu men caliwiramki уalan daniwmaуim,bu gozel ve ibreтli xebere gore cox sagol

Delya_91

  • 27 mart 2012 18:20
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Var doğru yazmağa, madam кi, imкan,

Neçin gəlsin gərəк ortaya yalan?! (Nizami Gəncəvi)

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 35
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 3
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 226
 
 
{slinks}